Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2580/2021 08.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi Natiq qızının iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 06 avqust 2017-ci il tarixdə Bərdə şəhərində anadan olmuş X2 doğum faktının müəyyən olunmasına, atası Ağayev Rusif Sadəddin oğlu, anası Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşım Ağayev Rusif Sadəddin oğlu ilə 2016-cı il tarixdə qeyri- rəsmi olaraq ailə qurub evlənmişlər, nikahlarını 16 yanvar 2020-ci il trixdə rəsmiləşdirmişlər, birgə yaşayış dövründə bir övladları anadan olmuşdur, lakin onlar baş qarışdığından 06 avqust 2017-ci il tarixdə Bərdə şəhərində anadan olmuş Ağayeva Səbinə Rusif qızına doğum haqqında şəhadətnamə ala bilməmişlər, indi doğum haqqında şəhdaətnamə almaq üçün Bərdə rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Orada isə ona bildirmişlər ki, məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X9 oğlu bildirmişdir ki, Ərizəçi qızı onun gəlinidir, gəlini Aysel və oğlu Ağayev Rusif Sadəddin oğlu evləniblər, bir uşaqları var, lakin doğum haqqında şəhadətnamə almayıblar. Məhkəmə iclasında şahid Ağayeva Səbinə Hilal qızı şahid X1 izahatına uyğun izahat verdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dindirib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AA ******* nörməli şəxsiyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi Natiq qızı 06 noyabr 2001-ci ildə doğulmuşdur. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ağayev Rusif Sadəddin oğlu 21 oktyabr 1995-ci ildə doğulmuşdur. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ağayev Sadəddin Fərzalı oğlu 01 iyul 1969-cu ildə doğulmuşdur. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ağayeeva Səbinə Hilal qızı 01 noyabr 1972-ci ildə doğulmuşdur. İş materiallarında olan 112 nömrəli, 07 iyul 2021-ci il tarixli uşağın tibbi kartasından müəyyən olunur ki, uşaq həkim müayinəsindən keçirilmişdir, sağlamdır, heç bir patalogiya aşkar olunmamışdır. İşmateriallarında olan Bərdə Rayon Mərkəzi X7 şəxsi tərəfindən verilmiş 14 iyul 2021-ci il tarixli 1297 nömrəli tibbi arayışdan müəyyən olunur ki, Ərizəçi 07 noyabr 2018-ci il tarixdə anadan olmuş qız uşağı hal-hazırda yaşayır və həkim müayinəsindən keçərkən sağlam olduğu müəyyən edildi. İş materiallarında olan İlkin Səhiyyə Xidməti tərəfindən verilmiş, 741 nömrəli, 14 iyul 2021-ci il tarizli məktubdan müəyyən olunur ki, Ərizəçi qızının deməsinə görə Ağayev Rusif Sadəddin oğlu və Ağayeva Aysel Natiq qızının birgə nikah dövründə dünyaya gəlmiş 07 noyabr 2018-ci il təvəllüdlü Ağayeva ------- Rusif qızı Bərdə İSX-nın Ailə Sağlamlıq Mərkəzində həkim Pediatr tərəfindən qeydiyyata götürülüb, həkim pediatr tərəfindən müayinə oluunub, praktik sağlam olması təsdiq olunub. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbsi tərəfindən verilmiş 25 iyul 2021-ci il tarixli 461-05/15 nömrəli məktubundan müəyyən olunur ki, Ərizəçi qızı qeydiyyat şöbəsinə müraciət etmiş, ona faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, Ərizəçi bir qız övladının olması faktı təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilisin. Ərizəçi 06 avqust 2017-ci il tarixdə Bərdə rayonunda bir qız övladının doğulması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında Ağayev Rusif Sadəddin oğlu, ana qrafasında Ərizəçi Natiq qızı yazılsın. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2580/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2580/2021
08.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver