Məhkəmə qərarları › İş №2(021)-2581/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2581/2022

24.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2581/2022 24.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X1 iclas kаtibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 qarşı “ Bərdə rayonu Həsənqaya kəndində mərhum anasından miras qalmış əmlakı qəbul və idarə etməsi faktının müəyyən edilməsi, Bərdə rayonu Həsənqaya kəndində yerləşən həyətyanı torpaq sahəsinin ayrılaraq ayrıca mülkiyyət sənədinin verilməsi və evə köçürülmə tələbi”nə dair ərizəsi üzrə mülki işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 qarşı ərizə ilə məhkəməyə mürаciət edərək Bərdə rayonu Həsənqaya kəndində mərhum anasından miras qalmış əmlakı qəbul və idarə etməsi faktının müəyyən edilməsi, Bərdə rayonu Həsənqaya kəndində yerləşən həyətyanı torpaq sahəsinin ayrılaraq ayrıca mülkiyyət sənədinin verilməsi və evə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, məhkəməyə ərizə təqdim edərək Bərdə rayonu Həsənqaya kəndində miras əmlaka daxil olan evin yerləşdiyi torpaq sahəsinin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin alınması üçün Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə, Bərdə Arxiv İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliynin Baş Arxiv İdarəsinə, Bərdə rayon Həsənqaya kənd İcra Nümayəndəliyinə sorğular verilməsini, sorğulara cavab verilənədək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxslərə məlumat verilməsinə baxmayaraq maraqlı şəxslər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb, ərizəyə qiymət verib belə hesab edir ki, ərizə MPM-in 259.0.10-cu maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən və iddia ərizəsindən, həmçinin əvvəlki məhkəmə hazırlıq iclasında iştirak etmiş maraqlı şəxslərin izahatlarından görünür ki, iş üzrə tərəflər arasında miras əmlakla bağlı mübahisə vardır. MPM-in 259.0.10-ci maddəsinin tələbinə görə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Bu əsasdan çıxış edərək məhkəmə Ərizəçi ümumi əsaslarla iddia qaldırmaq hüququnu izah etməlidir. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardadında işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 qarşı “ Bərdə rayonu Həsənqaya kəndində mərhum anasından miras qalmış əmlakı qəbul və idarə etməsi faktının müəyyən edilməsi, Bərdə rayonu Həsənqaya kəndində yerləşən həyətyanı torpaq sahəsinin ayrılaraq ayrıca mülkiyyət sənədinin verilməsi və evə köçürülmə tələbi”nə dair ərizəsi baxılmamış saxlanılsın və Ərizəçi ümumi əsaslarla iddia qaldırmaq hüququ izah edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar