Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2584/2022 26.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X2 iclas katibliyi, Ərizəçi, Maraqlı şəxs X1 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bərdə regional ASAN xidmət mərkəzində 1 saylı notariat ofisinə qarşı “hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi ” barədə ərizəsinə dair mülki işə Bərdə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 2 otaqdan ibarət, ümumi sahəsi 57.5* kv.m olan fərdi yaşayış evini miras kimi qəbul etməsi faktının təsdiq olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Maraqlı şəxs X4 məhkəmə iclasında ərizə təqdim edərək bildirdi ki, mərhum dayısı X3 ilə bir evdə yaşamışdır. X3 vəfat edənə qədər ona qulluq etmiş və yas mərasimini xərcini çəkmişdir. Buna görə də iddia tələbi ilə razılaşmır. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxsə qanunda nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə MPM-in 3*6.4-cü maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 3*6.4-cü maddəsinin tələbinə görə xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs Bərdə regional ASAN xidmət mərkəzində 1 saylı notariat ofisinə qarşı “hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi ” barədə ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasi MPM-nin 263-264, 267- 269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Ərizəçi maraqlı şəxs Bərdə regional ASAN xidmət mərkəzində 1 saylı notariat ofisinə qarşı “hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi ” barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 1* gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət vermək olar. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-2584/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2584/2022
26.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver