Məhkəmə qərarları › İş №2(021)-2590/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2590/2022

12.10.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2590/2022 12.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X9 iclas kаtibliyi, İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qаrşı “cavabdehin torpaq sahələrindən çıxarılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək Cavabdeh qanunsuz hərkətlərinin qarşısının alınması, cavabdehin miras pay torpaq sahəsindən və özünün xüsusi mülkiyyətində olan pay torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xаhiş etmişdir. Sonradan İddiaçı məhkəməyə iddia predmetinin dəyişdirilməsinə dair ərizə verərək onun mülkiyyət hüquqlarının bərpa edilməsi, Cavabdeh qanunsuz hərəkətlərinin qarşısının alınması, xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən xüsusi mülkiyyətində olan 0,3713 ha torpaq sahəsindən və xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətində olan 0,60 ha torpaq sahəsindən cavabdehin çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cvabdeh Cavabdeh onun qardaşıdır. X6 xx.xx.2012-ci ildə, atası X10 isə xx.xx.2014-cü ildə vəfat etmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN182 Kod61014028 nömrəli Dövlət aktına əsasən Bərdə rayonu Qarağacı kəndinin ərazisində yerləşən X4, X11 və onun paylı mülkiyyətində qalan miras əmlakdan pay almaq məqsədi ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün notariat kontoruna müraciət etmişdir. 13 mart 2015-ci il tarixli 2V-88, 2V-89, 2V-90 və 2V-91 saylı notariat işinə əsasən atasının və anasının miras əmlaklarının ½ hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.Vərəsəlik şəhadətnamələri əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, 0651806, RX seriyalı ******* və RX seriyalı ******* nömrəli çıxarışlarla miras əmlaklar adına qeydiyyata alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 28 fevral 2019-cu il tarixli, 2(104)-900/2019 saylı qətnaməsinə əsasən valideyinlərinin hər birinin Bərdə rayonu Qarağacı kəndində yerləşən 1,46 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 1/3 hissədə payının 1/3 hissəsinə Cavabdeh və 1/3 hissəsinə isə onun mülkiyyət hüquqları tanınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 sentyabr 2019-cu il tarixli, 2(102)- 5616/2019 nömrəli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 28 fevral 2019-cu il tarixli, 2(104)- 900/2019 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Valideynlərinin hər birinin Bərdə rayonu Qarağacı kəndində yerləşən 1,46 ha kənd təsərrüfatı təyinatlı torpaqdakı 1/3 hissəsədə payının 1/3 hissəsinə Cavabdeh və 1/3 hissəsinə onun mülkiyyət hüquqları tanınmışdır. Hazırda paylı mülkiyyətdə olan pay torpaq sahəsini cavabdeh əkib becərir, onu pay torpaq sahəsinə buraxmır. Bundan başqa “Torpağın mülkiyyətə verilməsinə” dair JN-182 KOD 61014028 nömrəli Dövlət aktına əsasən Bərdə rayonu Qarağacı kəndinin ərazisində yerləşən X4, X11 və onun paylı mülkiyyətinə verilmiş 1,46 hektar pay torpaq sahəsinin valideyinlərindən miras qalan hissəsi ilə bərabər, onu həmin pay torpaq sahəsəinin xüsusi mülkiyyətində olan hissəsinə də buraxmır və onun kənd təsərrüfatı təyinatlı torpaq sahəsini əkib becərməsinə imkan verməmişdir. İddiaçı məhkəmə iclasında iddianın məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh müvafiq qaydada məlumat verilmişdir. Buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: İş materiallarında olan xx.xx.2015-ci il tarixli, Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 28 may 2014-cü il tarixdə vəfat etmiş X4 vərəsəsi İddiaçıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası ƏMDKY DƏDRX 7 saylı Ərazi İdarəsinin 27 sentyabr 2014-cü il tarixli, 2363 saylı arayışına və DTXK-nin Bərdə Rayon Şöbəsinin 28 mart 2000-ci il tarixli, JN 182 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Bərdə rayonu Qarağacı kəndində yerləşən 1,46 ha torpaq sahəsinin X7 məxsus olan hissəsinin ½ hissəsindən ibarətdir. Əmlakın ½ hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 17 noyabr 2012-ci il tarixdə vəfat etmiş X11 vərəsəsi İddiaçıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası ƏMDKY DƏDRX 7 saylı Ərazi İdarəsinin 27 sentyabr 2014-cü il tarixli, 2363 saylı arayışına və DTXK-nin Bərdə Rayon Şöbəsinin 28 mart 2000-ci il tarixli, JN182 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Bərdə rayonu Qarağacı kəndində yerləşən 1,46 ha torpaq sahəsinin X12 məxsus olan hissəsinin ½ hissəsindən ibarətdir. Əmlakın ½ hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İşə əlavə edilmiş JN 182 nömrəli, 61014028 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli, 14 saylı qərarı ilə verilmiş Bərdə Rayonu Qarağacı kəndində yerləşən 1,46 ha torpaq sahəsi X4, X11 və X1 ümumi paylı mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Bərdə rayonu Qarağacı kəndində yerləşən 0,3713 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrində 49 nömrəli reyestr kitabının 81 nömrəli vərəqində qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Bərdə rayonu Qarağacı kəndində yerləşən 0,60 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrində 52 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində qeydiyyat aparılmışdır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Mirzəcəfərli kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 283 saylı arayışdan görünür ki, Cavabdeh adına Bərdə rayonu Qarağacı kəndində 0,80 ha pay torpaq sahəsi vardır. AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1969-cu ildə Bərdə rayonu Mirzəcəfərli kəndində doğulmuş, Bərdə şəhəri Sabir küçəsi ev 9-da qeydiyyatdadır. Bərdə rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 4657 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə şəhəri Sabir küçəsi ev 9-da yaşayır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********038 nömrəli rəydən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestrində 45 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınaraq İddiaçı adına verilmiş çıxarışda göstərilən Bərdə rayonu Qarağacı kəndində yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilir. Bərdə rayonu Qarağacı kəndində yerləşən ümumi sahəsi 0,25 ha olan İddiaçı məxsus torpaq sahəsi fərdi yaşayış evi ilə birlikdə paylı mülkiyyətdədir, bu səbəbdən bölünməsi mümkün deyil. Torpağa mülkiyyət hüququna dair JN-182 KOD 61014028 saylı Dövlət Aktı ilə Bərdə rayonu Qarağacı kəndində yerləşən ümumi sahəsi 1,46 ha olan torpaq sahəsi 2 konturda yerləşir. İddiaçı məxsus pay ayrılaraq 0,60 ha və 0,3713 ha torpaq sahəsi olmaqla Dövlət Reyestrində qeydiyyata alınmışdır. RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0,3713 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilir. RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0,60 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilir. Bərdə Rayon Məhkəməsinin 30 yanvar 2017-ci il tarixli 2(021) 428/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı və qeyrilərinə qarşı “vərəsəlik şəhadətnamələrinin ləğv edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-dən çıxarışların etibarsız hesab edilməsi və ləyaqətsiz vərəsə kimi tanınma tələbinə” dair iddiası qismən təmin edilərək Bərdə rayon xüsusi notariusu tərəfindən X4 əmlakı barədə İddiaçı adına verilmiş 13 mart 2015-ci il tarixli, 2V-89 №li və 13 mart 2015ci il tarixli, 2V-88-İİ, Cavabdeh adına verilmiş 29 noyabr 2014-cü il tarixli 2V-515 №-li, 29 noyabr 2014-cü il tarixli 2V-516 № li qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamələrin ləğv edilməsi, həmin şahədətnamələr əsasında İddiaçı adına verilmiş 0,60 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi barəsində daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 04 iyun 2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın, 0,3713 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi barədə verilmiş 08 may 2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və Bərdə rayonunun Qarağacı kəndindəki 0,25 hektar torpaq sahəsində yerləşən evə tam, torpaq sahəsinin isə 3/4 hisəsinə dair verilmiş 08 may 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışların etibarsız hesab olunması, X2 miras qalmış Bərdə rayonunun Qarağacı kəndindəki evinin, həmin evin həyətyanı torpağındakı 1/4 hissədə payının, həmin kənddə yerləşən 1,46 hektar kənd təsərrüfatı təyinatlı torpaqdakı 1/3 hissədə payının 3/4 hissəsinə Cavabdeh, 1/4 hissəsinə isə İddiaçı mülkiyyət hüququnun tanınması, qalan hissələrdə iddianın əsassız olduğundan təmin olunmaması qət edilmişdir. İşə əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 28 fevral 2019-cu il tarixli 2(104) 900/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh Bərdə rayon Məhkəməsinin 30 yanvar 2017-ci il tarixli, 2(021) 428/2017 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bərdə Rayon Məhkəməsinin 30 yanvar 2017-ci il tarixli, 2(021 )-428/2017 saylı qətnaməsinin qismən ləğv edilməsi, iddiaçı Cavabdeh X2 miras qalmış Bərdə rayonunun Qarağacı kəndindəki evinin üzərində tam, həmin evin Mikayıl Məmmədov və Şölə Məmmədovadan miras qalan həyətyanı torpağındakı hər birinin 1/3 hissədə payının 3/4 hissəsinə Cavabdeh, 1/4 hissəsinə isə İddiaçı mülkiyyət hüququnun tanınması hissəsində dəyişdirilərək iddiaçının atası X2 miras qalmış Bərdə rayonunun Qarağacı kəndindəki 0,25 ha torpaq sahəsində yerləşən evinin 'A hissəsinə Cavabdeh və 1/2 hissəsinə İddiaçı, iddiaçının valideynləri X10 və X8 miras qalmış Bərdə rayonunun Qarağacı kəndindəki evinin 0,25 ha həyətyanı torpaq sahəsindəki hər birinin 1/4 hissədə payının 1/4 hissəsinə Cavabdeh, 3/4 hissəsinə isə İddiaçı, həmçinin onların hər birinin Bərdə rayonunun Qarağacı kəndində yerləşən 1,46 hektar kənd təsərrüfatı təyinatlı torpaqdakı 1/3 hissədə payının 1/3 hissəsinə Cavabdeh və 1/3 hissəsinə isə İddiaçı mülkiyyət hüquqlarının tanınması, qətnamə cavabdeh İddiaçı adına verilmiş 13 mart 2015-ci il tarixli reyestr nömrələri 2V-88, 2V-89, 2V-90 və 2V-91 olan vərəsəlik hüququ haqqında şəhadətnamələrinin ləğv edilməsi və həmin vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında İddiaçı adına verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən" RX seriyalı ******* saylı, RX seriyalı ******* saylı və RX seriyalı 06551915 savlı çıxarışların etibarsız hesab edilməsi hissəsində və cavabdeh X5 ləyaqətsiz vərəsə hesab edilməsinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-5616/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh Gəncə Apellyasiya Məhkəməsinin 28 fevral 2019-cu il tarixli 2(104)- 900/2019 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiаçı İddiaçı Cavabdeh qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək Cavabdeh qanunsuz hərəkətlərinin qarşısının alınması, cavabdehin miras pay torpaq sahəsindən və özünün xüsusi mülkiyyətində olan pay torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xаhiş etmişdir. Sonradan İddiaçı məhkəməyə iddia predmetinin dəyişdirilməsinə dair ərizə verərək onun mülkiyyət hüquqlarının bərpa edilməsi, Cavabdeh qanunsuz hərəkətlərinin qarşısının alınması, xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışs əsasən xüsusi mülkiyyətində olan 0,3713 ha torpaq sahəsindən və xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətində olan 0,60 ha torpaq sahəsindən cavabdehin çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********038 nömrəli rəydən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestrində 45 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınaraq İddiaçı adına verilmiş çıxarışda göstərilən Bərdə rayonu Qarağacı kəndində yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilir. Bərdə rayonu Qarağacı kəndində yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsində İddiaçı məxsus torpaq sahəsi fərdi yaşayış evi ilə birlikdə paylı mülkiyyətdədir, bu səbəbdən bölünməsi mümkün deyil. Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair JN-182 KOD61014028 saylı Dövlət Aktı ilə Bərdə rayonu Qarağacı kəndində yerləşən ümumi sahəsi 1,46 ha olan torpaq sahəsi 2 konturda yerləşir. İddiaçı məxsus pay ayrılaraq 0,60 ha və 0,3713 ha torpaq sahəsi olmaqla Dövlət Reyestrində qeydiyyata alınmışdır. RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0,3713 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilir. RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0,60 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsində göstərilir ki, torpaq mülkiyyətçilərinin torpağa sahiblik, torpağı təyinatına görə istifadə etmək, icarəyə vermək, satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, vərəsəlik üzrə və irsən vermək hüquqları vardır. Torpaq mülkiyyətçilərinin hüquqları Azərbaycan Respublikasının Mülki məcəlləsi, Azərbaycan Respublikasının Torpaq məcəlləsi və digər normativ hüquqi aktlar ilə tənzimlənir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 49-cu maddəsinin 1-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 55-cı maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66-cı maddəsinin 1-ci bəndinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 82-ci maddəyə əsasən, torpаq mülkiyyətçiləri, istifаdəçiləri və icаrəçiləri bаşqа torpаq mülkiyyətçilərinin, istifаdəçilərinin və icаrəçilərinin hüquqlаrını pozmаmаlıdırlаr. 84-cü maddəsinin 1-ci bəndinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci mаddəsinə əsаsən, Azərbаycаn Respublikаsındа torpаqlаrın özbаşınа tutulmаsı (zəbt edilməsi) qаnunlа qаdаğаn olunur. Özbаşınа tutulmuş (zəbt edilmiş) torpаq sаhələri qаnunsuz istifаdə zаmаnı çəkilən xərclərin əvəzi ödənilmədən аidiyyаti üzrə geri qаytаrılmаlıdır.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və q urğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfind ən və ya onların hesabınahəyata keçirilir. “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Republikası Konstitusiya Məhkəmə Plenumunun 3 iyul 2015-ci il Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikasında torpaq münasibətlərini, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsini və torpaq üzərində hüquqların müdafiəsini, torpaqlardan səmərəli istifadə və onların mühafizəsini tənzimləyən əsas qanunvericilik aktlarından biri Torpaq Məcəlləsidir. Qanunvericilikdə vətəndaşların torpaq sahəsini əldə etmələrinin müxtəlif əsasları müəyyən edilmişdir. Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1 və 2-ci hissələrinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1 və 2-ci hissələrinəmüvafiq olaraq dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli qərarında göstərilmişdir ki, torpaq üzərində hüquqları pozulan və yaxud mübahisələndirilən şəxslər (fiziki və hüquqi şəxslər, sahibkarlar) öz mülahizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarına, bələdiyyələrə və yaxud həmin orqanlara müraciət etmədən birbaşa məhkəmələrə müraciət edə bilərlər. Torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. Qeyd edilsin ki, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatlı, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Fiziki və hüquqi şəxslər torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququna əsasən əldə edə bilərlər. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ digər əmlaklar üzərində olduğu kimi, onların mütləq və müstəsna xarakter daşıyan sahiblik, istifadə və sərəncam səlahiyyətlərini nəzərdə tutur. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Dövlət Aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə hesab edir ki, Bərdə rayonu, Qarağacı kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0.60 ha və 0,3713 ha torpaq sahəsinin Cavabdeh tərəfindən bütünlüklə istifadə edilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş rəyinə əsasən müəyyən edilir. MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən, ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş rəylə razılaşaraq qeyd edir ki, həmin rəy Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən verilmişdir. Həmin mütəxəssis rəyindən isə görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestrində 45 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınaraq İddiaçı adına verilmiş çıxarışda göstərilən Bərdə rayonu Qarağacı kəndində yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilir. Bərdə rayonu Qarağacı kəndində yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsində İddiaçı məxsus torpaq sahəsi fərdi yaşayış evi ilə birlikdə paylı mülkiyyətdədir, bu səbəbdən bölünməsi mümkün deyil. Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair JN- 182 KOD61014028 saylı Dövlət Aktı ilə Bərdə rayonu Qarağacı kəndində yerləşən ümumi sahəsi 1,46 ha olan torpaq sahəsi 2 konturda yerləşir. İddiaçı məxsus pay ayrılaraq 0,60 ha və 0,3713 ha torpaq sahəsi olmaqla Dövlət Reyestrində qeydiyyata alınmışdır. RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0,3713 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilir. RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0,60 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilməsi nəticəsinə gəlmişdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Bərdə rayonu Nazırlı kəndində yerləşən X3 (Torpağın mülkiyyətə verilməsinə dair JN-172A saylı Şəhadətnamə ilə) mülkiyyətində olan torpaq sahəsinin cavabdeh X13 tərəfindən bütünlüklə zəbt edildiyi iş materialları ilə tam sübut olunduğundan iddia təmin edilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh qanunsuz hərəkətlərinin qarşısı alınaraq Cavabdeh İddiaçı məxsus RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən Bərdə rayonu Qarağacı kəndində yerləşən 0,3713 ha torpaq sahəsindən və RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən Bərdə rayonu Qarağacı kəndində yerləşən 0,60 ha torpaq sahəsindən çıxarılsın. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar