Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2592/2021 28.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Hacıyeva Aysu İlqar qızına, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “evdən istifadə hüququna xitam verilməsi və qeydiyyadan çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Hacıyeva Aysu İlqar qızının, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6, həmçinin Cavabdeh2 azyaşlı uşağı olan 18.05.2015-ci il təvəllüdlü X3 onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 158.40 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evindən istifadə hüquqlarının itirilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 158.40 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evini Cavabdeh1 AN-İ № ******* saylı 27.06.2020-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. X4 “ASAN Xidmət” Mərkəzində notariat ofisində təsdiq edilmişdir. Həmin fərdi yaşayıış evinə xüsusi mülkiyyət hüququ Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Həmin müqavilənin 13-cü bəndinə əsasən Cavabdeh1 27.06.2020-ci il tarixinədək həmin fərdi yaşayış evindan qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Buna baxmayaraq Cavabdeh1 bu günə qədər heç bir səbəb olmadan evdən qeydiyyatdan çıxmamışdır. Onunla telefon əlaqəsi saxlamış və bildirmişdir ki, hazırda Azərbaycan Respublikasında deyildir, qeydiyyatdan çıxarılma məsələsini özü bildiyi kimi həll etsin. O, Cavabdeh1qeydiyyatdan çıxarmaq üçün sənədlər hazırlayarkən məlum olmuşdur ki, ünvan 1 ünvanında daha 6 nəfər- Cavabdeh2, Hacıyeva Aysu İlqar qızı, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X5 qeydiyyatdadırlar. Bu şəxslərdən yalnız Cavabdeh1 tanıyır, qalan heç birini tanımır, aralarında hər hansı qohumluq münasibəti və ya müqavilə olmamışdır. Cavabdehlərin evindən pasport qeydiyyatından çıxarılmasını istəsə də, nəticəsi olmamışdır. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinə düzəliş barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və qeyrilərinin fərdi yaşayış evindən istifadə hüququna xitam verilməklə onların qeydiyyatından çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək iddia tələbinin müdafiə etmiş və işə onu iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 bildirmişdir ki, həmin evdə faktiki olaraq yaşamırlar, qeydiyyatdan çıxarılmasına isə etiraz etmir. Digər cavabdehlər Cavabdeh1, Hacıyeva Aysu İlqar qızına, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə , mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş, Seriya AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1967-ci ildə Bərdə rayon Mollaəhmədli kəndində anadan olmuşdur. Bərdə raton Mollaəhmədli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı Arayışdan görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında 29.05.1975-ci il təvəllüdlü Cavabdeh1 , 08.04.1973-cü il təvəllüdlü Cavabdeh2, 20.04.2002-ci il təvəllüdlü Hacıyeva Aysu İlqar qızının, 05.01.1982-ci il təvəllüdlü Cavabdeh4, 04.08.1978-ci il təvəllüdlü Cavabdeh5 və 26.04.2006-ci il təvəllüdlü Cavabdeh6, 18.05.2015-ci il təvəllüdlü X5 qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş AN-İ № ******* saylı 27.06.2020-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 158.4 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus olan 52.8 kv.m hissəsini 8000 manata, ünvan 1 ünvanında yerləşən tam mülkiyyət üzrə ona məxsus ümumi sahəsi 0.055 ha olan torpaq sahəsinin 0.0074 ha hissəsini 2000 manata İddiaçı satmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Daşınmaz Əmlakın Texniki Pasportundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı məxsusdur. (Reyestr nömrəsi **********17- 10301) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında 0.0550 ha torpaq sahəsinə yerləşən ümumi sahəsi 158.40 kv.m olan fərdi yaşayış evi tam xüsusi mülkiyyət hüquq ilə İddiaçı mülkiyyətindədir. (Qeydiyyat nömrəsi:**********, qeydiyyat tarixi:17.07.2020) İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə qeyd edir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarının xitam verilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda onun xitamından söhbət gedə bilməz. Lakin, bu halda cavabdehlərin mübahisəli evdən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, habelə bu hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair onunla iddiaçı arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma mövcud deyildir. Cavabdeh sadəcə olaraq həmin evə qeydiyyata alınmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən,yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Eyni zamanda, məhkəmə hesab edir ki, cavabdehin mübahisəli evə qeydiyyata alınması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbləri baxımından onun vətəndaş hüquqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratsa da, bunun nəticəsində yaranmış həmin hüquqlar Mülki Məcəllədə nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir və onun qeydiyyata alınması həmin evdən istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, cavabdehlərin mübahisəli evə qeydiyyata alınması faktına cavabdehlərin həmin evdən istifadə hüququnun yaranması kimi hüquqi qiymət verilməsi qanuna ziddir. İddiaçı tələbində istinad etdiyi halı, yəni cavabdehlərin ona məxsus evə istifadə hüququnun yaranmasını sübuta yetirə bilmədiyindən, habelə cavabdehlərin iddiaçının sahibliyindən olan evə qeydiyyata alınması onun həmin mənzilə istifadə hüququnun yaranması üçün əsas olmadığından cavabdehlərin həmin evdən istifadə hüququ ümumiyyətlə yaranmamışdır. İddia tələbi istifadə hüququn itirilməsi hissəsində əsassız hesab edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır; 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür; 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları (bu halda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə iş materiallarını araşdırıb, o cümlədən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Hacıyeva Aysu İlqar qızının, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6, həmçinin Cavabdeh2 azyaşlı uşağı olan 18.05.2015-ci il təvəllüdlü X3 iddiaçının mübahisəli evdən sərəncam hüququnun tam həyata keçirə bilməməsindən cavabdehlərin mübahisəli evdə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması baxımından qanunsuz hal kimi qiymətləndirilməli və onların həmin evdən istifadə hüququnun olmaması qeydiyyatdan çıxarılması üçün əsas olmalıdır. Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Hacıyeva Aysu İlqar qızına, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “evdən istifadə hüququna xitam verilməsi və qeydiyyadan çıxarılması” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Hacıyeva Aysu İlqar qızı, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X1 Qüdrət Qurban oğluna məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılsın. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(021)-2592/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2592/2021
28.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver