Məhkəmə qərarları › İş №2(021)-2594/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2594/2022

25.07.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2594/2022 25.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, İddiaçılar X3, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Cavabdeh qarşı “Torpaqdan çıxarılma” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar X3, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Cavabdeh qarşı “Torpaqdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə mürаciət edərək Bərdə rayonu Bəcirəvan kəndində yerləşən JN-143 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən xüsusi mülkiyyətlərində olan və halhazırda zəbt olunmuş 2.35 ha torpaq sahəsindən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, ərizə ilk növbədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 149-cu maddəsinə, yəni forma və məzmunla bağlı tələblərinə uyğun olmalıdır. Hazırkı iddia ərizəsi isə bu tələblərə riayət edilmədən hazırlanmışdır. Belə ki, MPM-in 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. MPM-in 150.1.5-ci maddəsinə əsasən, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilməlidir. Hazırkı iddia ərizəsindən görünür ki, iddiaçılar mülkiyətlərində olan torpaq sahəsindən Cavabdeh çıxarılmasını tələb etsələr də sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri (Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı, Çıxarış, torpaq sahəsinin Plan və Ölçü sənədi və s.) və ya notarial qaydada təsdiq edilmiş surətləri məhkəməyə təqdim etməmişlər. Buna görə də hazırki işdə hansı torpaq sahəsindən cavabdehin çıxarılmasını müəyyən etmək mümkün deyildir. MPM-in 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin iddia ərizəsindən görünür ki, iddiaçılar cavabdehin şəxsiyyətini təsdiq edən və onun rəsmi qeydiyyatda olduğu yer barədə sənədi iddia ərizəsinə əlavə etməmişlər. Belə ki, həmin sənədlər məhkəmə aidiyyatının və tələbin kimə qarşı irəli sürülməsinin müəyyən edilməsi üçün vacib əhəmiyyətə malikdir. MPM-in 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə təqdim edilərkən qanunun qeyd edilən müddəalarına riayət edilməmiş və yuxarıda göstərilən nöqsanlarla məhkəməyə təqdim edilmişdir. Odur ki, MPM-in qeyd edilən tələblərinə əsasən iddiaçılar X3, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar X3, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Cavabdeh qarşı “Torpaqdan çıxarılma” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçilərə izah edilsin ki, iddia ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar