Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-261/2024 30.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə, X13 Xidmət Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh mərhumə X4 vərəsəsi olduğundan onun mirasını qəbul etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh həyat yoldaşı mərhumə X5 qarşı pul tələbinə dair iddia ərizəsi vermişdir, Gəncə Apellyasiya məhkəməsi 28 aprel 2022-ci il tarixli, 2(104)-696/2022 saylı qətnamə qəbul edərək iddianı təmin etmişdir. Hazırda iddia ərizəsi qanuni qüvvəsini almışdır. X2 vəfat etmişdir. Onunla 20 iyul 2010-ci ildə nikaha daxil olmuş həyat yoldaşı Cavabdeh hazırda yaşayır və mərhum həmin pulu alanda da həyat yoldaşına maşın almaq üçün ondan almışdır. Hazırda Cavabdeh mərhumla birgə nikah dövründə əldə edilən evdə yaşayır və birgə nikah dövründə aldığı minik maşınını idarə edir. Hazırda mərhumdan qalan əmlakları da idarə edir. Belə ki, mərhum sağ ikən bilərəkdən əri ilə maşını alqı-satqı edib ancaq bütün bunlara baxmayaraq Ailə Məcəlləsinin 35-ci maddəsinə diqqət yetirilsə fərqi yoxdur ki, ərin və yaxud arvadın adna olan mülkiyyətin 1/2 digərinin mülkiyyəti sayılır. Hətta edilən sorğulardan görünür ki Vaz 217030 markalı 1-BE -060 dövlət qeydiyyat nişanlı avtomaşın mərhumun adına olub 15 mart 2021-ci ildə alqı satqı müqaviləsi ilə cavabdehin adına sənədləşdirilmişdir. Bununla da dolayısı ilə cavabdehi vərəsə kimi tanınmamasına şərait yaratmışdır, ancaq cavabdeh həmin şəxslə bir evdə yaşayırsa, nikahda olubsa bir çay olsa belə qəbul edibsə mirası qəbul etmiş sayılır. O, dəfələrlə pulunu tələb etsə də cavabdeh müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırır. Mərhumdan 10.600 manat pulun alınıb ona verilməsi barədə məhkəmə qətnaməsi var. Lakin cavabdeh mərhumun vərəsəsi kimi pulu ödəmir. Cavabdeh kimi qeyd etdiyi Cavabdeh mərhumə X4 bütün əmlaklarını vərəsəsi olaraq qəbul etdiyi üçün mirasın onun qəbul etməsinə dair qətnamə çıxarılmasını istəyir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddiada göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianın təmin edilməsini xahiş etmişdir. Üçüncü şəxslər X13 Xidmət Mərkəzində Notariat Kontoruna, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxx 1975-ci ildə Bərdə şəhərində doğulmuşdur, Bərdə şəhəri, Nizami küçəsi ev 8-də qeydiyyatdadır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh xx xxxxxxx 1960-ci ildə Yevlax rayonunda doğulmuşdur, Bərdə şəhəri, H.Əliyev prospekti ev 5-də qeydiyyatdadır. İş materiallarında olan AZ-İ588773 saylı çıxarışdan müəyyən olunur ki, Cavabdeh və X6 20 iyun 2010-cu ildə 358 saylı akt qeydi ilə evlənmişlər. İş materiallarında olan AZ-İİ 248245 saylı arayışdan müəyyən olunur ki, 13 fevral 2022-ci ildə ölmüşdür. İş materiallarında olan Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5235 saylı 20 sentyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Bərdə şəhəri, H.Əliyev (Nizami) küçəsi 8 saylı evdə yaşayır. İş materiallarında olan X13 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 01 may 2023-cüil tarixli, 1092/2023 saylı məktubdan göstərilmişdir ki, 13 fevral 2022-ci il tarixdə vəfat etmiş X4 vəfatından sonra qalmış miras əmlakın vərəsələri tərəfindən qəbul edilməsinə dair avtomatlaşdırılmış Elektron notariat informasiya sisteminin məlumat axtarış bazasında heç bir məlumat aşkar olunmamışdır. İş materiallarında olan 15 mart 2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, X6 özünə məxsus olan VAZ 217030 minik markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilini Cavabdeh satmışdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, X1 miras qalmış əmlak vardır. Həmin əmlak faktiki olaraq Cavabdeh tərəfindən miras kimi qəbul edilərək, idarə edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. X1 miras qalmış əmlakın Cavabdeh oğlu tərəfindən qəbul edilməsi müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-261/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-261/2024
30.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver