Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2611/2021 22.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi Vahid qızının iştirakı ilə, Ərizəçi 18 mart 1984-cü il tarixli 11 saylı ölüm haqqında akt qeydinin ləğv edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi Vahid qızı ərizə ilə məhkəməyə müraciət edərək Ərizəçi adına verilmiş olan 18 mart 1984-cü il tarixli 11 saylı ölüm haqqında akt qeydinin ləğv edilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Vahid qızı ərizəsini onunla əsaslandırmışdır ki, 01 yanvar 1983-cü il tarixdə Bərdə rayon Böyük Qəcər kəndində anadan olmuşdur, atası X24, anası X2r. O, 28 sentyabr 2012-ci il tarixdə X11 ilə ailə həyatı qurub evlənmişdir. Birgə nikah dövründə 3 övladları anadan olmuşdur, 3-cü övladına doğum haqqında şəhadətnamə almaq üçün fakt təsdiqinə dair Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə prosesi zamanı ondan şəxsiyyət vəsiqəsinin və nikah haqqında şəhadətnaməninin təsdiq edilmiş surətini tələb etdilər. O, şəxsiyyət vəsiqəsi və nikah haqqında şəhadətnaməni təsdiq etmək üçün X35 xidmət Mərkəzinin notariat kontoruna müraciət etmişdir. Notariat ofisinin işçisi onun şəxsiyyət vəsiqəsini sistemə vuran zaman onun adına 18 mart 1984-cü il tarixdə alınmış ölüm haqqında şəhadətnamə olduğunu bildirmişlər. Bununla bağlı Maraqlı şəxsnə müraciət etdiyi zaman onun adına 18 mart 1984-cü il tarixdə 11 saylı ölüm haqqında akt qeydinə əsasən ölüm haqqında şəhadətnamə alındığını bildirmişlər. Onun isə həmin ölüm haqqqında şəhadətnamədən heç bir məlumatı olmamışdır. Hal-hazırda həmin ölüm haqqında şəhadətnamənin əsli də onda yoxdur. Hətta müəyyən vaxtlarda şəxsiyyət vəsiqələri, nikah kağızı, övladlarına doğum haqqında şəhadətnamə almışdır. Onun yaşadığını bütün kənd camaatı və qohumları da təsdiq edə bilərlər. O, 18 mart 1984-cü il tarixli 11 saylı ölüm haqqında akt eydinin ləğv edilməsinə dair Maraqlı şəxsnə müraciət etmişdir, oradan isə onlara Bərdə Rayon Məhkəməsinə müraciət etmələri məsləhət görülmüşdür. Məhkəmə iclasında ərizəçi Ərizəçi Vahid qızı ərizəsini müdafiə edərək ərizədə göstərdiklərinə uyğun izahat verdi. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X7 bildirmişdir ki, Ərizəçi onun qızıdır, qızı uşağına doğum haqqında şəhadətnamə almaq istəyərkən ona məlum olmuşdur, adına ölüm haqqında şəhadətnamə alınmışdır. Halbu ki, qızı yaşıyır, onun böyük qızı ölmüşdür, böyük qızının adı Lalə olubdur. Böyük qızı öldükdən sonra ölən qızının doğum haqqında şəhadətnaməsini Rahiləyə vermişdir. Lakin böyük qızının anadan olduğu və öldüyü vaxtlar dəqiq yadında deyildir. İş materiallarında olan AZE ******** nörməli şəxsiyət vəsiqsəinin surətindən müəyyən olunur ki, Ərizəçi Vahid qızı xx xxxxxx 1983-cü ildə Bərdə rayonu, Böyük Qəcər kədnində doğulmuş, Bərdə rayonu, Hüseynbəyli kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 09312937 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X11 21 iyul 1977-ci ildə Bərdə rayonu, Hüseynbəyli kəndində doğulmuşdur, Bərdə rayonu, Hüseynbəyli kəndində qeydiyyatdadır. İş materiallarında olan AZ İ 794167 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X25 oğlu ilə Ərizəçi qızı arasında olan nilkah 28 sentyabr 2012-ci ildə 57 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Mamedova soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ 966972 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Məmmədov Azad Eldəniz oğlu 30 oktyabr 2005-ci ildə doğulmuşdur, atası Mamedov Eldəniz Qaçay oğlu, anası Ərizəçi Vahid qızıdır. İş materiallarında olan AZ-İİ 966973 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Məmmədova Aysun Eldəniz qızı 01 avqust 2007-ci ildə doğulmuşdur, atası Mamedov Eldəniz Qaçay oğlu, anası Ərizəçi Vahid qızıdır. İş materiallarında olan 17 iyul 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi 17 mart 1984-cü ildə ölmüşdür, bu barədə Maraqlı şəxs kitanbın 18 mart 1984-cü ildə 11 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 15 iyul 2021-ci il tarixli 468-05/15 nömrəli məktubundan müəyyən olunur ki, Ərizəçi 18 mart 1984-cü il tarixli 11 saylı ölüm haqqında akt qeydinin ləğv edilməsi barədə müraciətinə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarında olan nikah haqqında akt qeydinin surətindən müəyyən olunur ki, Əhmədov Vahid Əli oğlu ilə Nəbiyeva Nəcibə Təyyar qızı arasında nikah 29 mart 1978-ci ildə rəsmi qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X16 28 fevral 1979-cu ildə Bərdə rayonu, Böyük Qacar kəndində doğulmuşdur, atası Əhmədov Vahid Əli oğlu, anası X3r. İş materiallarında olan doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X13 15 mart 1989-cu ildə Bərdə rayonu, Böyük Qacar kəndində doğulmuşdur, atası Əhmədov Vahid Əli oğlu, anası X3r. İş materiallarında olan doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X14 30 may 1986-cı ildə Bərdə rayonu, Böyük Qacar kəndində doğulmuşdur, atası Əhmədov Vahid Əli oğlu, anası X3r. İş materiallarında olan doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X9 17 iyul 1984-cü ildə Bərdə rayonu, Böyük Qacar kəndində doğulmuşdur, atası Əhmədov Vahid Əli oğlu, anası X3r. İş materiallarında olan doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1983-cü ildə Bərdə rayonu, Böyük Qacar kəndində doğulmuşdur, atası Əhmədov Vahid Əli oğlu, anası X3r. İş materiallarında olan ölüm haqqında akt qeydinin surətindən müəyyən olunur ki, Ərizəçi 17 mart 1984-cü ildə Bərdə rayonu, Böyük Qacar kəndində ölmüşdür. İş materiallarında olan İ-İE 836105 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Nəbieva Nəcibə Təyyar qızı 25 may 1959-cu ildə doğulmuşdur, atası Nəbiev Təyyar Bəhlul oğlu, anası Nəbiyeva Rasda Məcid qızıdır. İş materiallarında olan AZ-0764822 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X24 1958-ci ildə doğulmuşdur, atası X17, anası X6r. İş materiallarında olan İ-JQ 473149 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X24 ilə Nəbiyea Nəcibə Təyyar qızının arasında olan nikah 29 mart 1978ci ildə 16 nömrəli nikah akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında ola İX-JQ 308120 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1983-cü ildə doğulmuşdur, atası X24, anası Əhmədova Nəcibə Təyyar qızıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi 18 mart 1984-cü il tarixli 11 saylı ölüm haqqında akt qeydinin ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etsə də, müraciətini təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda şahid qismində məhkəmə iclasında dindirilmiş, ərizəçinin anası X7 da böyük qızının ölməsini və onun adının Lalə olmasını bildirsə də, Lalənin doğulduğu və öıdüyü tarixləri dəqiq ifadə edə bilməmişdir. Bundan başqa şahid X1 adlı qızının 1983-cü ildə öldüyünü, daha spnra 1984-cü ildə öldüyünü, daha spnra isə fikrini dəyişərək dəqiq vaxı və tarixi bilmədiyini məhkəmədə bildirdi. Həmçinin məhkəmənin təşəbbüsü ilə Qeydiyyat Şöbəsindən alınmış sənədlərlə onun ümummiyyətlə Lalə adlı qızı olmaması sübut olunmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizəçi 18 mart 1984-cü il tarixli 11 saylı ölüm haqqında akt qeydinin ləğv edilməsi barədə ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2611/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2611/2021
22.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver