Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2613/2021 22.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1nə, Maraqlı şəxs2nə qarşı “doğum akt qeydindən düzəliş edilməsi” barədə ərizəsini nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 tərəfindən qeydə alınmış 04.06.1986-cı il tarixli 294 saylı doğum haqqında akt qeydində adı qrafasında adının X1 Ərizəçi doğum tarixi qrafasında doğum akt qeydində eyni olduğu kimi 14.05.1986-cı il, doğum yeri qrafasında Füzuli rayonu göstərməklə düzəliş olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəni nəzərdən keçirən məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, təqdim edilmiş ərizə imzalanmamışdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 152.1.2.-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlərə düzəliş olunması inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə aiddir. Məhkəmə hesab edir ki, iddiaçı Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1nə, Maraqlı şəxs2nə qarşı “doğum akt qeydindən düzəliş edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 149- 152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1nə, Maraqlı şəxs2nə qarşı “doğum akt qeydindən düzəliş edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ ərizəçiyə izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2613/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2613/2021
22.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver