Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2614/2023 18.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X* iclas kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Qarabağ regional Təhsil Şöbəsi Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli orta məktəbinə qаrşı “əvvəlki vəzifəyə bərpa edilmə” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdeh Qarabağ regional Təhsil Şöbəsi Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli orta məktəbinə qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, cavabdeh Qarabağ regional Təhsil Şöbəsi Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli orta məktəbi tərəfindən barəsində qəbul edilən 05.0*.202*-ci il tarixli, * nömrəli əmrinin məhkəmə qaydasında ləğv edilməklə əvvəlki işinə bərpa edilməyinə dаir qətnаmə qəbul edilməsini xаhiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2005-ci ildə Ağdam Dövlət Sosial- İqtisad Kollecinin “İbtidai Təhsil” ixtisasına qəbul olmuş, xx.xx.2008-ci il tarixdə həmin ixtisas üzrə Kolleci bitirmişdir. 0*.02.2009-cu ildən əmək fəaliyyətinə başlayıb həmin tarixdə 6 saylı əmrlə Bərdə Şəhər Şəhid Alı adına 5 nömrəli orta məktəbində komputer kabinetinə “laborant” təyin edilmişdir. Xəbəri olmadan 05.0*.202*-ci il tarixdə Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli orta məktəbin direktoru S.Məmmədov tərəfindən verilən * saylı əmrlə “informatika laborantı” vəzifəsindən azad edilərək “xadimə” vəzifəsinə təyin edilmişdir. Göstərilən əsaslara görə barəsində qəbul edilmiş 05.0*.202*-ci il tarixli, * saylı əmri əsassız və qanunsuz hesab edir. Belə ki, işlədiyi müddətdə işinin öhdəsindən layiqincə gəlmiş və bu müddət ərzində hər hansı əmək intizamının pozuntusuna yol verməmiş və rəhbərlik tərəfindən hər hansı bir irad almamışdır. Əksinə işinin öhdəsindən layiqincə gələrək təltif olunmuşdur. Bundan başqa qeyd edir ki, 05.0*.202*-ci il tarixdə Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli orta məktəbin direktoru S.Məmmədov tərəfindən verilən * saylı əmrdən bu günlərdə məlumat tutmuşdur. Sadalananlardan məlum olur ki, Bərdə rayon Mollagülər kənd ümumi orta məktəbinin direktoru onu qanunsuz olaraq işdən azad etmişdir. Məlumatı olmadan aşağı işə keçirilməyi qanunsuzdur. Belə ki ən azından onun izahatı alınmalı, aşağı işə keçirilməyinə razılığı alınmalı idi. Ancaq bunların heç biri edilməmiş və o xəbəri olmadan aşağı işə keçirilmişdir. Məkətəbə yeni təyin edilmiş direktor isə bildirir ki, əvvəlki müdirin etdiyi səhvi düzəltmək onun səlahiyyətində deyil. Qeyd etməyi zəruri hesab edir ki, əvvəlki vəzifəsinə bərpa edilməyinə dair mediasiya şurasına müraciət etsə də, cavabdeh təşkilat öz nümayəndəsini göndərmədiyindən proses orada baş tutmadı və bu barədə xx.xx.2023-cü il tarixli arayış verilmişdir. Sadalanan xüsusatlara və istinad edilən hüquq normalarına əsaslanaraq hesab edir ki, cavabdeh təşkilat tərəfindən barəsində qəbul edilən 05.0*.202*-ci il tarixli, * saylı əmri əmək qanunvericiliyinin tələbinə ziddir. Şərh olunanlara əsasən hesab edir ki, sözügedən əmr məhkəmə qaydasında ləğv edilməklə əvvəlki işinə bərpa edilməyinə dair qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək məhkəmədən təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabadeh Qarabağ regional Təhsil Şöbəsi Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli orta məktəbinə məlumat verilməsinə baxmayaraq cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məktəbin direktoru Sevinc Məmmədova məhkəməyə məktub göndərərək işə onun iştirakı olmadan baxılmasını və qanunamüvafiq qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.*987ci ildə anadan olmuşdur. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd İnzibati Ərazi Vahidi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, *060 nömrəli arayışdan görünür ki, İddiaçı hal-hazırda Bərdə rayonu, Qaradağlı kəndində yaşayır. İş materiallarında olan 05.0*.202*-ci il tarixli * nömrəli Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli tam orta məktəbin əmr kitabından çıxarışından görünür ki, İddiaçı 05.0*.202*-ci il tarixdən məktəbin “informatika laborantı” vəzifəsindən azad edilmiş və məktəbə * oklad xadimə təyin edilmişdir. Əmrdə imza altında *4.04.2023-cü il tarix qeyd edilmişdir. X4 məxsus ******* saylı əmək kitabçasının surətindən görünür ki, Arzu İlyasova xx.xx.2009-cu il tarixli 6 nömrəli əmrə əsasən Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli orta məktəb üzrə ped.orta təhsilli sinif müəllimi ərizəsinə əsasən komputer kabinetinə laborant təyin edilmişdir. İş materiallarında olan BB-İİ 094726 nömrəli diplomdan görünür ki, X8 2005-ci ildə Ağdam Dövlət Sosial-İqtisadi Kollecinə daxil olmuş və xx.xx.2008-ci ildə Ağdam Dövlət Sosial-İqtisadi Kollecini “İbtidai təhsil” ixtisası üzrə tam kursu bitirmişdir və ona Dövlət attestasiya komissiyasının 20 iyun 2008-ci il tarixli qərarı ilə ibtidai sinif müəllimi ixtisası verilmişdir. Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞG/MT- 032/2023-00432 nömrəli arayışdan görünür ki, mediasiya sessiyasında iştirak edən tərəf yalnız İddiaçıdır. İş materiallarında olan 2*909 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı 50 manat medasiya xərcini ödəmişdir. Qarabağ Regional Təhsil İdarəsi Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli tam orta məktəb tərəfindən Bərdə rayon Məhkəməsinə ünvanlanmış *9.06.2023-cü il tarixli, 8* nömrəli məktubdan görünür ki, İddiaçı xx.xx.2009-cu ildə məktəbə komputer laborantı vəzifəsinə təyin edilmiş, 0*.05.202*-ci ildə isə kiçik xidmətedici işçi-xadimə vəzifəsinə dəyişdirilmişdir. İddiaçı iddia məktubunda qeyd edilir ki, onun vəzifəsini o, yəni X2 dəyişdirmişdir. Nəzərə çatdırır ki, Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli tam orta məktəbə *7.03.2023-cü il tarixində direktor təyin edilmişdir. İddiaçı vəzifəsinə dəyişiklik edən isə məktəbin sabiq direktoru X6 olmuşdur. İddiaçı vəzifəsinə dəyişiklik məktəbin əmr kitabında rəsmiləşdirilmişdir. Qeyd edir ki, X6 ilə əmək müqaviləsinə *6.02.2023-cü il tarixində xitam verilmiş və həmin məktəbin direktoru vəzifəsindən azad edilmişdir. Məktəbin idarə edilməsində olan nöqsanlara görə Bərdə rayon Prokrorluğunda təhqiqat işləri aparılır. Halhazırda məktəbdə 5 nəfər laborant işləyir. Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin *996-cı il 26 may tarixli, 59 nömrəli qərarına əsasən ümumi təhsil müəssisəsində 40 və daha çox sinif-komplekti olduqda 3 laborant vəzifəsi müəyyən edilmişdir. Bərdə şəhər 5 nömrəli tam orta məktəbdə ştatların dəqiqləşdirilməsi istiqamətində müvafiq araşdırmalar aparılmışdır. Son olaraq qeyd edir ki, xadimə vəzifəsinin əməkhaqqısı ilə (359 manat), laborant vəzifəsinin əməkhaqqı qiyməti (406 manat) bir-birindən tam fərqlidir. İddiaçı təxminən iki il müddətində xadimə maaşı almasına baxmayaraq bu haqda heç bir hüquq müdafiə orqanına və Təhsil İdarəsinə müraciət etməmişdir. Şikayət müddətinin bu qədər gec verilməyini də nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. 0*.09.2007-ci il tarixli Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli tam orta məktəbin əmr kitabından 49 nömrəli əmrdən çıxarışdan görünür ki, X8 0*.09.2007-ci il tarixdən məktəbə * oklad Laborant vəzifəsinə təyin edilmişdir. Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli tam orta məktəbin əmr kitabından 26 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı məktəbin laborantı xx.xx.2020-ci il tarixdən 08.*2.2020-ci il tarixə kimi analıq məzuniyyətinə buraxılmışdır. Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli tam orta məktəbin əmr kitabından 6* nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı məktəbin laborantı 08.*2.2020-ci il tarixdən analıq məzuniyyəti başa çatdığı üçün uşağı körpə olduğuna görə qismən məzuniyyətə buraxılmışdır. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı müddətsiz əmək müqaviləsinin bağlanma tarixi Bərdə şəhəri Şəhid Alı adına 5 nömrəli tam orta məktəbdə *5.*0.2022-ci il tarixdən xadimə vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan ərizədən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə X7 xidmətinin X5 ərizə ilə müraciət edərək əvvəlki vəzifəyə qayıtmasına köməklik edilməsini məhkəmədən xahiş etmişdir. Qarabağ Regional Təhsil İdarəsi tərəfindən verilmiş *8 may 2023-cü il tarixli arayışdan görünür ki, arayışda İddiaçı 2022-ci ilin may ayından 2023-cü ilin may ayınadək olan dövrdə Bərdə şəhər 5 saylı tam orta məktəbində xadimə vəzifəsində işləməsi və aldığı əmək haqqı məbləğləri əks edilmişdir. Qarabağ Regional Təhsil İdarəsinin **.07.2023-cü il tarixli məktubuna əsasən İddiaçı Bərdə şəhər şəhid Alı adına 5 nömrəli tam orta məktəbin informatika laborantı vəzifəsindən xadimə vəzifəsinə keçirilməsi barədə sənədlərin surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiаçı İddiaçı Qarabağ regional Təhsil Şöbəsi Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli orta məktəbinə qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, cavabdeh Qarabağ regional Təhsil Şöbəsi Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli orta məktəbi tərəfindən barəsində qəbul edilən 05.0*.202*-ci il tarixli, * nömrəli əmrinin məhkəmə qaydasında ləğv edilməklə əvvəlki işinə bərpa edilməyinə dаir qətnаmə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Konstitusiyanın 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək, fövqəladə vəziyyət və hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа-MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra ƏM): 3-cü maddəsinin 2-ci hissəsinə əsasən, işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 3-cü maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. 49.*-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-*-ci hissəsi və bu maddənin *-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 49.2. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə * iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. 59-cu maddəsinə əsasən işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. 60-cı maddəsinə əsasən işçi, onun razılığı olmadan istehsalat zəruriyyəti və boşdayanma hallarının qarşısını almaq məqsədi ilə bir ay müddətinə, müvəqqəti olaraq başqa işə keçirilə bilər. Bu halda işçi onun səhhətinə mənfi təsir edən, habelə aşağı ixtisaslı işə keçirilə bilməz. Başqa işə keçirilmə müddətində işçinin əməyi görülən işin müqabilində, lakin əvvəlki orta əmək haqqından aşağı olmamaqla ödənilir. 73.2-ci maddəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin *79-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. ***-ci maddəyə əsasən məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. *27-ci maddəsinin *-ci hissəsinə əsasən uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər. *27-ci maddəsinin 2-ci hissəsinə əsasən uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilər. 294.*-ci maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən * təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3-cü maddəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Göründüyü kimi Azərbaycan Respublikasının Konstitusiyası, Əmək Məcəlləsi və əmək qanunvericiliyini tənzimləyən digər hüquq normaları işçi ilə işəgötürən arasında əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi, işçinin başqa işə keçirilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək münasibətlərini ətraflı şəkildə tənzimləyir və əmək müqaviləsinin hər iki tərəfinin hüquqlarının bərabər və etibarlı şəkildə qorunmasının təminatçısıdır. Hazırki işin materiallarından görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixdən əmək kitabçasına qeyd edilməklə Bərdə şəhər Şəhid Alı adına 5 saylı tam orta məktəbdə kompüter kabinetinə laborant təyin edilmiş, 05.0*.202*-ci il tarixdən isə özünün yazılı razılığı və məlumatı olmadan tutduğu vəzifədən azad edilərək məktəbdə * oklad xadimə təyin edilmişdir. Bundan sonra iddiaçı aidiyyəti qurumlara yazılı şikayətlər ünvanlasa da nəticəsi olmamış və sonda hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. İş materiallarında olan əmrdən çıxarışlardan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən 08.*2.2020-ci il tarixədək analıq məzuniyyətində olmuş, 08.*2.2020-ci il tarixdən isə uşağı körpə olduğuna görə qismən ödənişli sosial məzuniyyətə buraxılmışdır. Əmək Məcəlləsinin yuxarıda qeyd edilən tələbindən də görünür ki, işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir, yəni işçinin razılığı olmadan və əmək müqaviləsinə əlavələr edilmədən və ya yeni əmək müqaviləsi bağlanmadan, xüsusilə işçinin qismən ödənişli sosial məzuniyyətdə olduğu dövrdə işçinin məlumatı olmadan onun başqa işə keçirilməsi yolverilməzdir və əmək qanunvericiliyinin tələblərinin pozulması deməkdir. İş materiallarından nə əmrlə iddiaçının tanış edilməsi müəyyən edilir, nə də əmək müqaviləsinə dəyişiklik edilməsi və ya yeni əmək müqaviləsinin iddiaçı tərəfindən imzalanmış nüsxəsinə rast gəlinir. İş materiallarında olan əmək kitabçasında İddiaçı başqa işə keçirilməsi barədə hər hansı qeyd də edilməyib. Məhkəmə onu da qeyd edir ki, əmək münasibətlərinə dair iddialara məhkəmələr tərəfindən baxılarkən işçi olan iddiaçıların işəgötürənə qarşı irəli sürdükləri iddialarda sübut etmək vəzifəsi və sübut etmək yükü işəgötürənin üzərinə düşür. Çünki, əmək münasibətlərində işçi işəgötürəndən asılı vəziyyətdədir. Lakin, hazırki işdə isə işəgötürən tərəfindən təqdim edilmiş materiallarda əmək qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulduğu aşkar şəkildə özünü büruzə verir. Həmçinin, cavabdeh məktəbin direktoru Sevinc Məmmədova tərəfindən məhkəməyə ünvanlanmış məktubda məktəbin əvvəlki direktoru X3 əməlləri ilə bağlı Bərdə rayon Prokurorluğunda təhqiqat aparıldığı qeyd edilir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, İddiaçı başqa işə keçirilməsi barədə verilmiş əmr qanunsuz olduğundan iddia təmin edilməklə İddiaçı başqa işə keçirilməsi, yəni xadimə vəzifəsinə təyin edilməsi barədə Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli tam orta məktəbin 05.0*.202*-ci il tarixli əmri ləğv edilməli və o əvvəlki işinə, yəni məktəbdə komputer kabinetinə laborant vəzifəsinə bərpa edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun *7 iyul 2023-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərarında qeyd edilir ki, Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə deyillər. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, intizam sanksiyalarının yalnız işçiyə münasibətdə tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Belə ki, mülki hüququn təməl prinsipini hüquq subyektlərinin tam bərabərliyi təşkil edir. Bu baxımdan, işçinin işəgötürənə münasibətdə tabeli vəziyyətdə olması, habelə hüquqi və maddi imkanlarına görə adətən daha zəif tərəf olduğu nəzərə alınmaqla, dövlət tərəfindən işçilərin hüquqlarını və sosial müdafiəsini təmin etmək, onları işəgötürənin mümkün sui-istifadələrindən qorumaq məqsədilə əmək qanunvericiliyində xüsusi imperativ qaydalar müəyyən edilir. Əmək Məcəlləsinin 2-ci maddəsinin *-ci hissəsinə əsasən, Məcəllə işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in *4.2 və 77.*-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin *06.*-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Brumаresku Rumıniyаyа qаrşı» işdə (ECHR *999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının *25-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” *9 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin *-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qaydada olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3*.0*.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək Qarabağ regional Təhsil Şöbəsi Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli orta məktəbi tərəfindən iddiaçı barəsində qəbul edilmiş 05.0*.202*-ci il tarixli, * nömrəli əmr ləğv edilməli və İddiaçı əvvəlki işinə bərpa edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 2*4, 2*6-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Qarabağ regional Təhsil Şöbəsi Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli orta məktəbin direktoru tərəfindən İddiaçı barəsində qəbul edilmiş 05.0*.202*-ci il tarixli, * nömrəli əmr ləğv edilsin. İddiaçı əvvəlki işinə bərpa edilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən *(bir) аy müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinin Mülki Kollegiyasına аpellyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, rəsmi təqdim edildiyi gündən *(bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-2614/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2614/2023
18.07.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver