Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2616/2021 02.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı Bank BTB ASC - nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank BTB Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə borc tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank BTB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldıraraq: "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 03 aprel 2014-cü il tarixli 2 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 27.11.2018-ci il tarixinə olan 43979.67 (qırx üç min doqquz yüz yetmiş doqquz manat yetmiş yeddi qəpik) manat əsas borc, 1037.84 (min otuz yeddi manat səksən dörd qəpik) manat faiz borcu, cəmi borc 45017.51 (qırx beş min on yeddi manat əlli bir qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı, həmçinin 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun (60.40 manat məbləğin) Cavabdeh1 iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh1 ilə bağlanan 03 aprel 2014-cü il tarixli ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və 0,06 ha torpaq sahəsi ilə birgə tutmanın yönəldilməsi, açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulması, həmin fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh3 fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Bank BTB ASC iddia ərizəsini belə əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 03 aprel 2014-cü il tarixli 2 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin alınması məqsədi ilə 216 (iki yüz on altı) ay müddətinə illik 8 (faiz) faiz ödəmək şərti ilə 50.000 (əlli min) manat məbləğində kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh1 03 aprel 2014-cü il tarixdə "xxxx" ASC ilə və satıcı Cavabdeh3 ilə 2 nömrəli alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Alqı-satqı və ipoteka müqaviləsinin 1-ci bəndinə əsasən satıcı, Bərdə rayonu 1 saylı notariat kontoru tərəfindən verilmiş 31 mart 2014-cü il tarixli arayışa əsasən ünvan 1 ünvanında, mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən, 3 otaqlı ümumi sahəsi 161.4 kv.m, o cümlədən yaşayış sahəsi 83.2 kv.m olan, tikilialtı sahələri 1-hamam-14.7 kv.m, 2-təsərrüfat damı-40 kv.m-dən ibarət olan , 1 mərtəbəli fərdi yaşayış evini Alıcı-İpoteka qoyanın mülkiyyətinə vermişdir. Satılan fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 20 iyun 2013-cü il tarixli RX № ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Satıcıya məxsusdur. Fərdi yaşayış evinin satış qiyməti 62.500 (altmış iki min beş yüz) manatdır, fərdi yaşayış evinin dəyərinin 12.500 (on iki min beş yüz) manatı Alıcı- İpoteka qoyanın özü tərəfindən, 50.000 (əlli min) manatı isə Kreditor-İpoteka saxlayan tərəfindən 03 aprel 2014-cü il tarixli 2 nömrəli Kredit müqaviləsinə əsasən Alıcı-İpoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Alıcı-İpoteka qoyan satılan fərdi yaşayış evini (bundan sonra ipoteka predmeti) bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla Kreditor-İpoteka saxlayan arasında bağlanmış 03 aprel 2014-cü il tarixli 2 nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi Kreditor-İpoteka saxlayana ipotekaya verir. Kredit üzrə əsas borc və faizlər hər növbəti ayın 5-dək aylıq 437.48 manat məbləğində bərabər hissələrlə ödənilir. Borcalan tərəfindən faktiki ödənişlərin məbləği artıq olduqda, növbəti aylıq ödənişlərin məbləği 03 aprel 2014-cü il tarixli 2 nömrəli kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq azaldıla bilər. İpoteka predmeti kredit müqaviləsi üzrə Kreditor-İpoteka saxlayanın tələblərini (o cümlədən hesablanmış faiz, dəbbə pulu, habelə tələbin yönəldilməsi ilə bağlı digər xərclər) ödəniş vaxtına mövcud olduğu həcmdə təmin edir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin 27.11.2018-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 43979.67 (qırx üç min doqquz yüz yetmiş doqquz manat altmış yeddi qəpik) manat əsas borc, 1037.84 (min otuz yeddi manat səksən dörd qəpik) manat faiz borcu təşkil edir. Beləliklə cavabdehin 27.11.2018-ci il tarixinə cəmi borcu 45017.51 (qırx beş min on yeddi manat əlli bir qəpik) manat təşkil edir. 22 iyul 2016-cı il tarixdə Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq qərarına əsasən "xxxx" ASC-nin bank fəaliyyətinə dair lisenziyası ləğv edilmişdir. Azərbaycan İpoteka Fondu ASC ilə Bank "xxxx" ASC arasında imzalanmış 23 may 2011-ci il tarixli, 31 saylı xidmət müqaviləsinə əlavə olaraq 25 iyul 2016-cı il tarixli, 31-2507/16 saylı ipoteka kreditlərinin reyestrinə əsasən xidmət olunması üçün "xxxx" ASC-nin Azərbaycan İpoteka Fondu ASC xətti ilə verilmiş bütün ipoteka kreditləri Bank "xxxx" ASC-nə təhkim edilmişdir. Bu barədə, cavabdehə dəfələrlə şifahi, yazılı və KİV hesabına məlumat verilmişdir. Məhkəmə iclasında iddiaçı Bank BTB ASC - nin nümayəndəsi X2 iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq onlar heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarındakı sənədləri hərtərəfli və tam tədqiq edərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № 0******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1969-cu il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Bərdə rayon Təbriz küçəsi ev 4 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə edilmiş AZ İİ № 036636 saylı Nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə X8 qızı 28.11.2002-cı il tarixdə 11 saylı akt qeydi ilə nikah bağlamışlar. Nikah bağlandıqdan donra arvada Əliyeva soyadı verilmişdir. Mülki işə əlavə edilmiş RX seriyalı, ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh3 adına verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanında, 0,06 ha torpaq sahəsində yerləşən, 3 otaqlı ümumi sahəsi 161.4 kv.m, yaşayış sahəsi 83.2 kv.m olan, yardımçı sahəsi 78.2 kv.m olan, tikilialtı sahələri 1-hamam-14.7 kv.m, 2-təsərrüfat damı-40 kv.mdən ibarət olan , 1 mərtəbəli fərdi yaşayış evi Cavabdeh3 tam mülkiyyətindədir. Mülki işə əlavə edilmiş 03 aprel 2014-cü il tarixli 2 saylı saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh1 ilik 8 faizlə 216 ay müddətinə 50000 manat məbləğində kredit verilmişdir. Mülki işə əlavə edilmiş "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 03 aprel 2014cü il tarixli 2 nömrəli kredit müqaviləsinin təminatı olaraq kreditor-İpoteka saxlayan "xxxx" ASC , Alıcı-İpoteka qoyan Cavabdeh1 və Satıcı Cavabdeh3 oğlu arasında bağlanmış 03 aprel 2014-cü il tarixli, 2 saylı Alqı-Satqı və İpoteka Müqaviləsindən görünür ki, satıcı, Bərdə rayonu 1 saylı notariat kontoru tərəfindən verilmiş 31 mart 2014-cü il tarixli arayışa əsasən ünvan 1 ünvanında, mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən, 3 otaqlı ümumi sahəsi 161.4 kv.m, o cümlədən yaşayış sahəsi 83.2 kv.m olan, tikilialtı sahələri 1-hamam-14.7 kv.m, 2-təsərrüfat damı-40 kv.m-dən ibarət olan , 1 mərtəbəli fərdi yaşayış evini Alıcı-İpoteka qoyanın mülkiyyətinə vermiş, fərdi yaşayış evinin satış qiyməti 62.500 (altmış iki min beş yüz) manat olmuş, fərdi yaşayış evinin dəyərinin 12.500 (on iki min beş) manatı Alıcı-İpoteka qoyanın özü tərəfindən, 50.000 (əlli min) manatı isə Kreditor-İpoteka saxlayan tərəfindən 03 aprel 2014-cü il tarixli 2 nömrəli Kredit müqaviləsinə əsasən Alıcı-İpoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilmiş, Alıcı-İpoteka qoyan satılan fərdi yaşayış evini (ipoteka predmeti) bu müqavilə 03 aprel 2014-cü il tarixli 2 nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi Kreditor-İpoteka saxlayana ipotekaya vermişdir. Həmin müqavilədə ipotekanın predmeti 62.500 (altmış iki min beş yüz) manat dəyərində qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş RX seriyalı, ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh1 adına verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanında, 0,06 ha torpaq sahəsində yerləşən, 3 otaqlı ümumi sahəsi 161.4 kv.m, yaşayış sahəsi 83.2 kv.m olan, yardımçı sahəsi 78.2 kv.m olan, tikilialtı sahələri 1-hamam-14.7 kv.m, 2-təsərrüfat damı-40 kv.mdən ibarət olan , 1 mərtəbəli fərdi yaşayış evi Cavabdeh1 tam mülkiyyətindədir. Mülki işə əlavə edilmiş GB-İP № 000600 saylı İpoteka Kağızının surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 03 aprel 2014-cü il tarixli 2 nömrəli kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 ünvan 1 ünvanında, mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən, 3 otaqlı ümumi sahəsi 161.4 kv.m, o cümlədən yaşayış sahəsi 83.2 kv.m olan, tikilialtı sahələri 1-hamam-14.7 kv.m, 2-təsərrüfat damı- 40 kv.m-dən ibarət olan , 1 mərtəbəli fərdi yaşayış evini "xxxx" ASCnin xeyrinə ipoteka qoymuşdur. Mülki işə əlavə edilmiş RX seriyalı, ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 oğlunun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi ilə birlikdə "xxxx" ASC- nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Mülki işə əlavə edilmiş Cavabdeh2 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, əri Cavabdeh1 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin "xxxx" ASC-yə ipotekaya qoyulmasına etiraz etmədiyini, girov və ipoteka qoyulmuş əmlaka ödəniş yönəldiyi halda evi tərk edəcəyini qeyd etmişdir. Mülki işə əlavə edilmiş Bank BTB ASC Arayışdan görünür ki, Cavabdeh1 oğlunun 03.04.2014-cü il tarixli YM13107 saylı kredit müqaviləsi üzrə 27.11.2018-ci il tarixə kimi 43979.67 (qırx üç min doqquz yüz yetmiş doqquz manat yetmiş yeddi qəpik) manat əsas borc, 1037.84 (min otuz yeddi manat səksən dörd qəpik) manat faiz borcu, cəmi borc 45017.51 (qırx beş min on yeddi manat əlli bir qəpik) manat borcu vardır. Mülki işə əlavə edilmiş Bildirişdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 oğluna bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin olunmuş öhdəliklərin icrasını ipoteka predmetinə “məhkəmə qaydasında tutmanın yönəldilməyə başlandığı barədə xəbərdarlıq edilmişdir. Mülki işə əlavə edilmiş 01.08.2018-cı il tarixli Ərizədən görünür ki, Bank BTB ASC Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə müraciət edərək, Cavabdeh1 oğlunun ünvan 1 ünvanında, 0,06 ha torpaq sahəsində yerləşən, 3 otaqlı ümumi sahəsi 161.4 kv.m, o cümlədən yaşayış sahəsi 83.2 kv.m olan, tikilialtı sahələri 1-hamam-14.7 kv.m, 2təsərrüfat damı-40 kv.m-dən ibarət olan , 1 mərtəbəli fərdi yaşayış evinə məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. Mülki işə əlavə edilmiş “Müstəqil Ekspertiza Mərkəzi” MMC tərəfindən təqdim edilmiş Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə 501 saylı 13.10.2021-ci il tarixli rəyindən görünür ki, ünvan 1 ünvanında, 0,06 ha torpaq sahəsində yerləşən, 3 otaqlı ümumi sahəsi 161.4 kv.m, o cümlədən yaşayış sahəsi 83.2 kv.m olan, tikilialtı sahələri 1-hamam- 14.7 kv.m, 2-təsərrüfat damı-40 kv.m-dən ibarət olan , 1 mərtəbəli fərdi yaşayış evi 0.06 ha torpaq sahəsi ilə birlikdə hazırki bazar dəyəri 67200 manat, likvid dəyəri 60480 manat dəyərində qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş ödəniş tapşırıqlarından görünür ki, Bank BTB ASC tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 30 manat manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, "xxxx" ASC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 03 aprel 2014-cü il tarixli 2 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin alınması məqsədi ilə 216 ay müddətinə illik 8% ödəmək şərti ilə 50.000 (əlli min) manat məbləğində kredit verilmişdir. Həmin məbləği annuited ödəniş cədvəli üzrə ödənilməsi müəyyən edilmişdir. Lakin iş üzrə cavabdeh müqavilələr üzrə öhdəliklərinin lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Tələbin güzəşti müqaviləsinə əsasən "xxxx" ASC tələb hüquqları Bank BTB ASC-yə keçmişdir. Bank BTB ASC müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət emişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafıq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Göründüyü kimi, Cavabdeh1 03.04.2014-cü il tarixli 2 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh1 oğlu risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, kreditor-İpoteka saxlayan "xxxx" ASC , Alıcı-İpoteka qoyan Cavabdeh1 və Satıcı Cavabdeh3 oğlu arasında bağlanmış 03.04.2014-cü il tarixli, 2 saylı Alqı-Saqtı və İpoteka Müqaviləsinə əsasən satıcı, Bərdə rayonu 1 saylı notariat kontoru tərəfindən verilmiş 31 mart 2014-cü il tarixli arayışa əsasən ünvan 1 ünvanında, mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən, 3 otaqlı ümumi sahəsi 161.4 kv.m, o cümlədən yaşayış sahəsi 83.2 kv.m olan, tikilialtı sahələri 1-hamam-14.7 kv.m, 2-təsərrüfat damı-40 kv.m-dən ibarət olan, 1 mərtəbəli fərdi yaşayış evini Alıcı-İpoteka qoyanın mülkiyyətinə vermiş, Fərdi yaşayış evinin satış qiyməti 62.5000 manat olmuş, fərdi yaşayış evinin dəyərinin 12.500 manatı Alıcı-İpoteka qoyanın özü tərəfindən, 50.000 manatı isə Kreditor-İpoteka saxlayan tərəfindən 03 aprel 2014-cü il tarixli 2 nömrəli Kredit müqaviləsinə əsasən Alıcı-İpoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilmiş, Alıcı-İpoteka qoyan satılan fərdi yaşayış evini (ipoteka predmeti) bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla Kreditor-İpoteka saxlayan arasında bağlanmış 03 aprel 2014-cü il tarixli 2 nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka saxlayanın tələblərinin ödənilməsi üçün tutma, ipoteka ilə təmin edilmiş öhdəliyi ipoteka verən yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə tərəflər razılığa gəlmişlər. Cavabdeh həmin kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda və qaydada icra etməmiş və iddiaçı (ipoteka saxlayana) ipotekaya tutma yönəltmək hüququndan istifadə etmişdir. İddiaçı cavabdehlərə kredit müqaviləsinə əsasən ödəmədiyi kredit borcuna görə tələbin Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında, 0,06 ha torpaq sahəsində yerləşən, 3 otaqlı ümumi sahəsi 161.4 kv.m, o cümlədən yaşayış sahəsi 83.2 kv.m olan, tikilialtı sahələri 1-hamam-14.7 kv.m, 2-təsərrüfat damı-40 kv.m-dən ibarət olan , 1 mərtəbəli fərdi yaşayış evini evinə məhkəmə qaydasında tutmanın yönəldilməsinin başlanması barədə bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmiş, ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda tutmanın ipoteka predmetinə yönəldilməsini və ipoteka predmetinin açıq hərracdan satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, öhdəlik icra edilmədiyindən kredit borcu üzrə tutma borcun təminatı olaraq ipoteka ilə yüklü edilmiş Cavabdeh1 oğlunun mülkiyyətindəki ünvan 1 ünvanında, 0,06 ha torpaq sahəsində yerləşən, 3 otaqlı ümumi sahəsi 161.4 kv.m, o cümlədən yaşayış sahəsi 83.2 kv.m olan, tikilialtı sahələri 1-hamam-14.7 kv.m, 2-təsərrüfat damı-40 kv.m-dən ibarət olan, 1 mərtəbəli fərdi yaşayış evini evinə yönəldilməli, həmin mənzil açıq hərracda satılmalı, satışdan əldə ediləcək pul vəsaiti yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün Bank BTB ASC-yə ödənilməlidir. Bundan başqa məhkəmə ipoteka qoyulmuş ünvan 1 ünvanında, 0,06 ha torpaq sahəsində yerləşən, 3 otaqlı ümumi sahəsi 161.4 kv.m, o cümlədən yaşayış sahəsi 83.2 kv.m olan, tikilialtı sahələri 1-hamam-14.7 kv.m, 2-təsərrüfat damı-40 kv.m-dən ibarət olan, 1 mərtəbəli fərdi yaşayış evinin qiymətini müəyyən edərkən hesab edir ki, ipoteka qoyulmuş əmlakın likvid qiyməti 60480 (altmış min dörd yüz səksən) manat məbləğində müəyyən olunmalıdır. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ipoteka predmeti olan mənzilin qiyməti ilə bağlı suala aydınlıq gətirilməsi üçün müvafiq ekspertiza təyin edilmiş və ekspert rəydən görünür ki, ipoteka ilə yükli edilmiş ünvan 1 ünvanında, 0,06 ha torpaq sahəsində yerləşən, 3 otaqlı ümumi sahəsi 161.4 kv.m, o cümlədən yaşayış sahəsi 83.2 kv.m olan, tikilialtı sahələri 1-hamam-14.7 kv.m, 2-təsərrüfat damı-40 kv.m-dən ibarət olan , 1 mərtəbəli fərdi yaşayış evinin likvid dəyəri 60480 (altmış min dörd yüz səksən) manat təşkil edir. Bu səbəbdən də, ipoteka predmetinin ilkin satış qiyməti mütəxəssis rəyi ilə müəyyən edilmiş məbləğ götürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ipoteka predmetinin satışından əldə olunmuş vəsait kifayət etmədiyi təqdirdə qalan borcun cavabdehdən tutulması tələbi təmin oluna bilməz. Çünki, həmin tələb iddia icraatı qaydasında yox, “İcra haqqında “qanuna əsasən tənzimləndiyindən icra zaman həll olunan məsələdir. Həmçinin ipoteka predmetinin boşaldılması ilə bağlı məhkəmə qeyd edir ki, qanunvericilikdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin məhkəmə qərarı ilə ipoteka predmetindən məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur, ipoteka predmetinin boşaldılması deyil. Lakin çıxarılma özlüyündə boşaldılmanı da ehdiva etdiyindən həmin mənzil boşaldılmalıdır. Məhkəmə hesab edir ki, ipoteka predmetinə istifadə hüququnun itirilməsi hissəsində iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçı kimi Bank BTB ASC ipoteka predmeti olan əmlaka istifadə hüququnun itirilməsi barədə iddia qaldırmaq hüququnun subyekti deyildir. Tərəflər arasında yaranmış müqavilə münasibətləri (kredit və ipoteka) çərçivəsində bankın tələb hüququna yalnız kreditin qaytarılması və bununla bağlı zərərin ödənilməsini tələb etmək, ipoteka predmetinə tutma yönəltmək, eləcə də ipoteka predmetində yaşayan şəxslərin mənzildən çıxarılması aid ola bilər. Nə Mülki Məcəllədə, nə də ki “İpoteka haqqında” Qanunda bankın bu məzmunda iddia qaldırmaq hüququ nəzərdə tutulmamışdır. Həmin hüquq ipoteka predmetinə tutma yönəldilərək mənzil özgəninkiləşdiriləcəyi halda yeni mülkiyyətçiyə məxsusdur. Bu səbəbdən də, iddia tələbi bu hissələrdə rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsində Əliyeva Şəlalaə İlyas qızıda cavabdeh qismində qeyd olunsa da , iddia ərizəsinin xahiş etdi hissəsində ona qarşı hər hansı tələb irəli sürülməmişdir. İddiaçının nümayəndəsi isə iddia ərizəsinə dəqiqləşmə təqdim etməmişdir. Belə olan halda ona münasibətdə hər hansı araşdırılmanın aparılması yolverilmzdir. Məhkəmə həmçinin qeyd edir ki, ipoteka predmetinin satışından əldə olunmuş vəsait kifayət etmədiyi təqdirdə qalan borcun ümumi qaydada tutulması tələbi təmin oluna bilməz. Çünki, həmin tələb iddia icraatı qaydasında yox, “İcra haqqında “qanuna əsasən tənzimləndiyindən icra zaman həll olunan məsələdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Bank BTB ASC-nin iddiası qismən təmin edilməli, tərəflər arasında olan müqavilə ləğv edilməli, Cavabdeh1 43979.67 (qırx üç min doqquz yüz yetmiş doqquz manat yetmiş yeddi qəpik) manat əsas borc, 1037.84 (min otuz yeddi manat səksən dörd qəpik) manat faiz borcu, cəmi borc 45017.51 (qırx beş min on yeddi manat əlli bir qəpik) manat iddiaçı Bank BTB ASC -nin xeyrinə tutulmalı, tutulan məbləğ Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında, 0,06 ha torpaq sahəsində yerləşən, 3 otaqlı ümumi sahəsi 161.4 kv.m, o cümlədən yaşayış sahəsi 83.2 kv.m olan, tikilialtı sahələri 1-hamam-14.7 kv.m, 2-təsərrüfat damı-40 kv.m-dən ibarət olan , 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilməli, mənzilin ilkin satış qiyməti 60480 (altmış min dörd yüz səksən)manat müəyyən olunmalı, mənzil açıq hərracdan satılmalı və satışdan əldə ediləcək vəsait hesabına Bank BTB ASC -yə olan borc ödənilməli, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi Cavabdeh1 qaytarılmalı, Cavabdeh1 mənzili boşaltmalı, iddia tələbi qalan hissədə iddia təmin olunmamalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 30 manat məbləğində rüsum və 0.40 manat bank xidmət haqqı Cavabdeh1 alınaraq Bank BTB ASC -nin xeyrinə tutulmalıdır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 30 manat manat Cavabdeh1 alınaraq Bank BTB ASC -nin xeyrinə tutulmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 03 aprel 2014-cü il tarixli 2 nömrəli kredit müqaviləsinin ləğv edilsin. Cavabdeh1 43979.67 (qırx üç min doqquz yüz yetmiş doqquz manat yetmiş yeddi qəpik) manat əsas borc, 1037.84 (min otuz yeddi manat səksən dörd qəpik) manat faiz borcu, cəmi borc 45017.51 (qırx beş min on yeddi manat əlli bir qəpik) manat alınaraq iddiaçı Bank BTB ASC -yə ödənilsin. Tutma cavabdeh Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında, 0,06 ha torpaq sahəsində yerləşən, 3 otaqlı ümumi sahəsi 161.4 kv.m, o cümlədən yaşayış sahəsi 83.2 kv.m olan, tikilialtı sahələri 1-hamam-14.7 kv.m, 2-təsərrüfat damı-40 kv.m-dən ibarət olan , 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 60480 (altmış min dörd yüz səksən)manat müəyyən edilsin. Həmin əmlak açıq hərracdan satılmaqla kredit borcu bu əmlakın dəyərindən tutulsun və artıq qalan məbləğ mülkiyyətçiyə qaytarılsın. Həmin əmlak satıldıqdan sonra Cavabdeh1 1 ay ərzində mənzildən çıxarılmaqla boşaltsın. İddia tələbi qalan hissədə təmin olunmasın. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 30 manat manat Cavabdeh1 alınaraq Bank BTB ASC -nin xeyrinə tutulsun. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı Cavabdeh1 tutularaq Bank BTB ASC -yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-2616/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2616/2021
02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver