Məhkəmə qərarları › İş №2(021)-2616/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2616/2025

03.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2616/2025 03.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X18 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Qarayev Vüsal Yusif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (bundan sonra ərizəçi və ya Ərizəçi) Maraqlı şəxs olmaqla “Doğum faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun xx xxxxxxxx 1979-cu il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda anadan olması, atasının X5, anasının X3 olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 1979-cu ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuşdur. X2, anası isə X1r. Atası 07 oktyabr 2022-ci il tarixdə, anası isə 30 oktyabr 2023-cü il tarixdə vəfat etmişdir. Anadan olduğu zaman valideynləri ona doğum haqqında şəhadətnamə almışlar. O, doğum haqqında şəadətnamə ilə orta məktəbə getmiş, daha sonra doğum haqqında şəhadətnamə ilə şəxsiyyət vəsiqəsi almışdır. Lakin naməlum səbəblərdən doğum haqqında şəadətnaməsini itirmiş və heç zaman yenidən bərpa etməmişdir. Hazırda ondan bir çox sənədlərin hazırlanmasında doğum haqqında şəhadətnaməsini tələb edirlər. Doğum haqqında şəhadətnaməsini itirdiyindən sənədlərin hazırlanmasında bir çox problemlər yaranır. Hazırda ona doğum haqqında şəhadətnamə lazımdır. Bununla bağlı Maraqlı şəxsnə müraciət etmiş, orada ona bildirmişlər ki, doğum akt qeydi ilə əlaqədar sənədlər Ermənistan Respublikasının Vardenis rayonunda qaldığından Qeydiyyat Şöbəsində heç bir məlumat yoxdur və bunun üçündə məhkəməyə müraciət etməsini məsləhət görmüşlər. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X8 göstərdi ki, Ərizəçi bacısıdır. Bacısı xx xxxxxxxx 1979-cu ildə Qərbi Azərbaycan, indiki Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuşdur. 1988-ci ildə Ermənistan Respublikasından məcburi olaraq köçürüldükdən sonra bacısı Ərizəçi onlarla birlikdə Bərdə rayonu Yenidaşkənd kəndinə gələrək orada məskunlaşmışdır. Ərizəçi X2, anası X1r. Məhkəmə iclasında şahid qismində izahat verən X10 göstərdi ki, Ərizəçi ilə bir məktəbdə oxumuşlar. Ərizəçi xx xxxxxxxx 1979-cu ildə Qərbi Azərbaycan, indiki Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuşdur. Ərizəçinin atası Fərman Hüseynov, anası Həqiqət Hüseynovadır. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1979-cu ildə Ermənistan Respublikası Vardenis rayonunda anadan olmuşdur, Bərdə rayonu Yenidaşkənd kəndində qeydiyyatdadır. Maraqlı şəxs tərəfindən verilmiş 17 oktyabr 2022-ci il tarixli AZ-İİ 274045 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2022-ci ildə ölmüşdür. Maraqlı şəxs tərəfindən verilmiş 16 noyabr 2023-cü il tarixli AZ-İİ 359512 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2023-cü ildə ölmüşdür. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Yenidaşkənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 fevral 2025-ci il tarixli 39 nömrəli arayışdan görünür ki, Ərizəçi Bərdə rayonu Yenidaşkənd kəndində yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Yenidaşkənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin məktubundan görünür ki, xx xxxxxxxx 1979-cu il təvəllüdlü Ərizəçi Ermənistan Respublikası Vardenis rayonundan 1988-ci il dekabr ayından qaçqın kimi Bərdə rayonu Yenidaşkənd kəndinə gəlmiş və burada məskunlaşmışdır. Yenidaşkənd kəndində təsərrüfatbaşına kitabda onun qeydiyyatı doğum haqqında şəhadətnaməsi ilə aparılmışdır. Onun X2 və anası X3 1988-ci ildən Ermənistan Respublikasının Vardenis rayonunun Daşkənd kəndindən qaçıb Bərdə rayonu Yenidaşkənd kəndində məskunlaşmış və hazırda hər iki valideyin vəfat etmişdir. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Yenidaşkənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 fevral 2025-ci il tarixli 40 nömrəli arayışdan görünür ki, Ərizəçi 1988-ci ildən Ermənistan Respublikasından məcburi köçürülmüş, Bərdə rayonu Yenidaşkənd kəndində məskunlaşmışdır. Aşağıdakı ailə üzvləri olmuşdur: atası-X5 (vəfat edib), anası-X3 (vəfat edib), qardaşı-X4, qardaşı-X9, qardaşı-X9. Maraqlı şəxs tərəfindən verilmiş 12 fevral 2025-ci il tarixli 3-16-5/8-15-105/2025 saylı məktubdan görünür ki, Ərizəçi özünə doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, Ermənistan Respublikası ilə əlaqə olmadığından doğum haqqında akt qeydinin gətirilməsi mümkün olmaması əsası ilə doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. 14 fevral 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi məhkəməyə ərizə verməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilən işin gerçək hallarından görünür ki, Ərizəçi xx xxxxxxxx 1979-cu ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuşdur. Sonuncunun X2, anası X3 olmuşdur. Ərizəçi özünə Ermənistan Respublikasında doğum haqqında şəhadətnamə alsa da, sonradan doğum haqqında şəhadətnaməsini itimişdir. Sonuncu 1988-ci ildən Ermənistan Respublikasından qaçqın kimi gələrək Bərdə rayonu Yenidaşkənd kəndində məskunlaşmışdır. Ermənistan Respublikası ilə əlaqələr olmadığından və bütün sənədlər Ermənistan Respublikasında qaldığından ərizəçi özünə doğum haqqında şəhadətnamə ala bilmir. Məhkəmə iclasında dindirilmiş şahidlər də ərizəçinin xx xxxxxxxx 1979-cu ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmasını, atasının X5, anasının X3 olmasını təsdiq etmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.3-cü maddələrinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İstinad edilən qanunvericilik normalarının tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, Ərizəçiun xx xxxxxxxx 1979-cu ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olması, onun atasının X5, anasının isə X3 olması faktı ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sübutlarla təsdiq olunduğundan ərizə təmin edilməli, Ərizəçi xx xxxxxxxx 1979-cu ildə Ermənistan Respublikasının Vardenis rayonunda doğulması, atasının X5, anasının X3 olması faktı müəyyən olunmalıdır. Mübahisənin gerçək hallarından görünür ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə özünə doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, Ərizəçi öz tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, ərizəçi məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 100 manat dövlət rüsumu ödəmişdir. MPM-in 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ərizənin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilisin. Ərizəçi xx xxxxxxxx 1979-cu ildə Ermənistan Respublikasının Vardenis rayonunda doğulması, atasının X5, anasının X3 olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar