Məhkəmə qərarları › İş №2(021)-2643/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2643/2022

11.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2643/2022 11.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamentinin cavabdehlər Cavabdeh1 Əziz oğluna, X5, Cavabdeh3 və Cavabdeh4 qarşı 21 yanvar 2014-cü il tarixli 866/7 nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamentinin cavabdehlər Cavabdeh1 Əziz oğluna, X5, Cavabdeh3 və Cavabdeh4 qarşı 21 yanvar 2014-cü il tarixli 866/7 nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası” təsdiq edilmişdir. Bu qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidnetinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata həyata keçirir. Əlavə olaraq bildirilir ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daimi nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsindən müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlərə verilmiş mənzillərdə müqavilədə adı keçməyən şəxslər qeyri qanuni yolla yaşayır. Belə ki, Azərbaycan respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 21 yanvar 2014-cü il tarixli 866/7 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən məcburi köçkün X3 qaydanın tələbinə uyğun olaraq X4 Bərdə rayonundan məcburi köçkünlər üçün inşa edilmiş 866 ailəlik qəsəbədə 7 nömrəli binada 33 nömrəli, 3 otaqlı mənzillə təmin edilmişdir. Daha sonra Bərdə rayon Mənzil Komunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1 oğlunun və ailə üzvülərinin həmin mənzildə yaşamadığı və mənzilin kənar şəxsə kirayə verildiyi müəyyən edilmişdir. Sahə rəisi tərəfindən Cavabdeh1 oğluna və ailə üzvülərinə mənzildə yaşamadığı, mənzilin başqa şəxsə kirayə verdiyi məlum olmuş və mənzilin başqa şəxsə kirayə verilməsinin qanunsuz olduğu bildirilmişdir. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydasının” 3-cü hissəsində məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri, qaydaları aşağıdakı kimi müəyyən edilmişdir: 3.2 məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindənən onlarla bağlanmış kirayə müqvciləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu qaydaının 3.3-3.7-ci bəndinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. 3.3 Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qoymaqla və digər vasitələrlə evləri özəlləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. 3.4 Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgə yaşayış qaydasına əməl etməlidirlər. 3.5 Məcburi köçkünlər onların müvəqqəti istifadəsində verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər. 3.6 Məcburi köçkün ailəsi müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyunluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. 3.7 Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərəsə, Komitəsinin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olara ev boşaldılaraq Komitəsinin rəhbərliyi ilə razılaşmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Cavabdeh1 oğlunun və ailə üzvülərinin mənzilində yaşamadığı müəyyən edildiyindən, Qaydanın 3.3-cü və 3.7-ci bəndlərinin tələbləri pozulmuşdur. Komitənin Mənzilistismar Departamenti ilə cavabdeh X14 arasında Bərdə rayonunda məcburi köçkünlər üçün inşa edilmiş 866 ailəlik qəsəbədəki 7 nömrəli binada 33 nömrəli 3 otaqlı mənzilin cavbdehə verilməsi ilə bağlı 21 yanvar 2014-cü il tarixli 866/7 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır. X16 vəfat etmişdir. Odur ki, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri pozulduğundan 866/7 nömrəli mənzil boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməlidir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamentinin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 Əziz oğluna, X5, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilən X17 izahatında göstərmişdir ki, Bərdə rayonu, 866 saylı qəsəbədə sahə müvəkkili işləyir. Cavabdeh1 Əziz oğlu, X9, Cavabdeh3 və Cavabdeh4 məcburi köçkün kimi onlara verilmiş 866 ailəlik qəsəbə, bina 7, mənzil 33 ünvanında yaşamırlar, həmin ünvandakı mənzili başqa şəxslərə kirayəyə veriblər. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilən X10 izahatında göstərmişdir ki, Bərdə rayonu, 866 saylı qəsəbədə 4 saylı binanın 8 saylı mənzilində yaşayır. Cavabdeh1 Əziz oğlu, X9, Cavabdeh3 və Cavabdeh4 məcburi köçkün kimi onlara verilmiş 866 ailəlik qəsəbə, bina 7, mənzil 33 ünvanında yaşamırlar, həmin mənzildə başqa şəxslər yaşayır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilən X7 izaahatında göstərmişdir ki, sahə müvəkkili işləyir. Cavabdehlər Cavabdeh1 Əziz oğlu, X9, Cavabdeh3 və Cavabdeh4 məcburi köçkün kimi onlara verilmiş 866 ailəlik qəsəbə, bina 7, mənzil 33 ünvanında yaşamırlar, onları çoxdandır ki, həmin yaşaymılar, uzun müddətdir ki, onları görmür, bu barədə aktda tərtib edilmişdir. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, o, da ailəlikcə məcburi köçkündür, 866 saylı binada yaşayır, lakin cavabdehlər onlara verilən binada yaşamırlar. Məhkəmə iddiaçının nümayəndəsinin, şahidlərin ifadəsini dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin direktoru ilə X16 arasında 21 yanvar 2014-cü il tarixdə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş 10 mart 2022-ci il tarixli aktdan müəyyən olunur ki, Bərdə rayonu 866 yerlik bina 7, mənzil 33-a baxış keçirilərkən, X11 yaşadığı mənzili kirayəyə verdiyi aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş 13 may 2022-ci il tarixli aktdan müəyyən olunur ki, Bərdə rayonu 866 yerlik bina 7, mənzil 33-a baxış keçirilərkən, X11 yaşadığı mənzili kirayəyə verdiyi aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş 08 iyun 2022-ci il tarixli aktdan müəyyən olunur ki, Bərdə rayonu 866 yerlik bina 7, mənzil 33-a baxış keçirilərkən, X11 yaşadığı mənzili kirayəyə verdiyi aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş 02 iyul 2022-ci il tarixli aktdan müəyyən olunur ki, Bərdə rayonu 866 yerlik bina 7, mənzil 33-a baxış keçirilərkən, X11 yaşadığı mənzili kirayəyə verdiyi aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş 28 avqust 2022-ci il tarixli aktdan müəyyən olunur ki, Bərdə rayonu 866 yerlik bina 7, mənzil 33-a baxış keçirilərkən, X11 yaşadığı mənzili kirayəyə verdiyi aşkar edilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin direktoru rəisi X12 ilə X16 arasında 21 yanvar 2014-cü il tarixdə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır. Cavabdeh X16 qanunsuz olaraq həmin mənzili başqa şəxsə kirayəyə vermişdir və cavabdehlər həmin mənzildə yaşamır. Məhkəmə iddia tələbi ilə bağlı qanunveriliyin aşağıdakı müddəalarını qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 98.1-ci maddəsinin rələbinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 91.1.5-ci maddəsinə əsasən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 96-cı maddəsinə əsasən, məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsaəsn ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası qanunvericiliklə müəyyən edilir. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydasının” 3-cü hissəsində məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri, qaydalarına həm də Qaydaların 3.5-ci bəndində məcburi köçkünlər onların müvəqqəti istifadəsində verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməmələri və 3.7-ci bəndində məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərəsə, Komitəsinin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitəsinin rəhbərliyi ilə razılaşmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilə bilməsi kimi tələblər müəyyən edilmişdir. Bundan başqa 21 yanvar 2014-cü il tarixli 866/7 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, tərəflər arasında bağlanılmış müqavilənin 5.3-cü maddəsində təsbit edilmiş əsas şərtə əsasən “kirayəçi və onunla yaşayan ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, bu müqavilə həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab olunur.” Sadalanan qanunvericilik normalarına əsasən, cavabdehlə mübahisəli mənzilə görə order verilməmişdir. Bununla da həmin mənzilə onun sahiblik hüququ yaranmamışdır. Qanunvericiliyə müvafiq olaraq cavabdeh X16 bağlanılmış kirayə müqaviləsinin şərtlərini pozduğundan o və mənzildə yaşayan digər cavabdehlər həmin mənzildən çıxarılmalı, onunla Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti arasında bağlanmış kirayə müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 Əziz oğluna, X5, Cavabdeh3, Cavabdeh4 qarşı ona məxsus əşyaları ilə birlikdə Bərdə rayonu, 866 ailəlik qəsəbədə bina 7-də yerləşən 33 nömrəli mənzildən çıxarılmalı, mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən verilmiş iddia təmin edilsin. Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə X16 arasında bağlanılmış 21 yanvar 2014-cü il tarixli 866/7 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 Əziz oğlu, X9, Cavabdeh3 və Cavabdeh4 Bərdə rayonu, 866 ailəlik qəsəbədə bina 8-də yerləşən, 33 nömrəli mənzildən çıxarılsın və Bərdə rayonu, 866 ailəlik qəsəbədə bina 7-də yerləşən 33 nömrəli mənzil Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar