Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-266/2023 21.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X*0, Ərizəçi nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi maraqlı şəxs X28 Xidmət Mərkəzində Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhumə X3 mülkiyyətində olan, Bərdə rayonu, Lənbəran kəndində yerləşən torpaq sahəsinə görə mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab ediməsinə və vərəsəlik hüququnun tanınması tələbinə dair qətnamə çıxarılmasını xahiş tmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 09 iyul *967-ci il təvəlldlüdür, atası X22, anası isə X4r. Onlar iki uşaq olmuşdur, atası X22 20 avqust *975-ci il tarixdə, anası isə X7 isə 02 iyul 202*-ci il tarixdə vəfat etmişdr. Qardaşı uzun zamandır ki, Rusiyada yaşayır və oranın vətəndaşıdır. Hazırda onların məlumatı var ki, qardaşı Rusiyada vəfat etmiişdir. Onların xüsusi mülkyyətində olan ünvan 1i ünvanında *.8502 ha torpaq sahəsi var. Qeyd etdiyi torpaq sahəsi X6 adına 08 sentyabr 2022-ci il tarixdə *8220*7407 saylı qeyydiyyat nömrəsi ilə qeydiyyata alınmış Çıxarış verilmişdir. *.8502 ha torpaq sahəsində mərhumə X* payı var. Onlar uzun zamandır ki, onlara məxsus olan torpaq sahəsini istifadə edirlər, lakin mərhumə ansına məxsus olan torpaq sahəsini tanımadığı bir şəxs zəbt etmişdir. Dəfələrlə həmin şəxsə anasına məxsus olan torpaq sahəsindən çıxmasını bildirsələr də çıxmamışdır və bu münvalla onlar torpaq sahəsini istifadə edə bilmirlər. Mərhumə anası vəfat edəndən sonra onun qeyd etdiyi torpaq sahəsini miras olaraq o, qəbul etmişdir, indi isə o, hal-hazırda miras qalmış torpaq sahəsini rəsmi olaraq adına sənədləşdirmək istəyir. Bununla bağlı X28 Xidmət Mərkəzinin notariat ofisinə müraciət etdikdə isə onun adına sənədləşdirməkdən imtina ediblər. Səbəb də onu göstəriblər ki, mirası qəbul etmə müddəti ötürülmüşdür və vərəsəlik hüququ tanınmamışdır. Onu başa salan olmamışdır ki, o, əvvəlcədən ərizə ilə müraciət etsin. Buna görə də mirası qəbul etmə müddəti ötürülmüşdür. Qeyd etdiyi torpaq sahəsini rəsmi olaraq adına sənədləşdirilməsində mərhumun heç bir ailə üzvünün etirazı yoxdur. Mirası onun qəbul etməsini yaxınları və qohumları da təsdiq edə bilərlər. Bunun üçün də mirasın qəbul edilmə müddətinin ötürülməmiş hesab edilməsini və vərəsəlik hüquqlarının tanınmasını istəyir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X*2 ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs X28 Xidmət Mərkəzində Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AA 07692*7 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxx *967-ci ildə doğulmuşdur. İş materiallarında olan Bərdə rayon Lənbəran kənd İnzzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 38* nömrəli, 09 sentyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, ünvan 1ində yaşamış, mərhumə X5 vəfatından sonra ailə üzvləri oğlu Ərizəçi, gəlini X20, nəvəsi X*2, nəvəsi X*3, nəvəsi X**, nəvəsinin həyat yoldaşı X*8 qalmışdır. İş materiallarında olan Bərdə rayon, Lənbəran bələdiyyəsi ərəfindən verilmiş 28 nömrəli, *2 sentyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, reyestr nömrəsi 6*00*3098963 Çıxarışda olan *.8502 ha torpaq sahəsindən Ərizəçi istifadə etməmiş və vergi ödəməmişdir. İş materiallarında olan AZ-İİ *8*995 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 02 iyul 202*-ci ildə ölmüşdür. İş materiallarında olan *2 sentyabr 2022-ci il tarixli, *2*7-05/69 nömrəli arayışdan müəyyən olunur ki, X22 ilə X8 04 iyun *964-cü il tarixdə 08 nömrəli akt qeydi ilə nikah başlamışlar, nikahdan sonra arvada Əzizova soyadı verilmişdir. İş materiallarında olan *2 sentyabr 2022-ci il tarixli, *2*8-05/69 nömrəli arayışdan müəyyən olunur ki, X22 *0 avqust *975-ci ildə ölmüşdür. İş materiallarında olan *820*7407 qeydiyyat nömrəli Çıxarışın surətindən müəyyən olunur ki, X6 mülkiyyətinə Bərdə rayonu, Lənbəran kəndində *.8502 ha torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarında olan X28 Xidmət Mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *4 dekabr 2022-ci il tarixli, 05Q/76-*00/*3 saylı məktubunda göstərilmişdir ki, Əzizova (Quluyeva) Sonya Hüseyinqulu qızının X22 ilə Bərdə rayonu, Lənbəran kənd İ.N tərəfindən 04 iyun *964-cü il tarixli 08 saylı nikah haqqında akt qeydi, X*4 Bərdə rayonu, Lənbəran kənd İ.N tərəfindən 25 avqust *975-ci il tarixli *6 saylı ölüm haqqında akt qeydi, övladı X*5 Bərdə rayonu, Lənbəran kənd İ.N tərəfindən 28 fevral *965-ci il tarixli 30 saylı doğum haqında akt qeydi qeydiyyata alınmışdır. İş materiallarında olan X28 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 2226/2022 saylı, *2 sentyabr 2022-ci il tarixli məktubdan müəyyən olunur ki, Ərizəçi mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddəti ötürmüşdür. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, mərhumə X2 miras qalmış Bərdə rayonu, Lənbəran kəndində *.8502 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi faktiki olaraq X7 tərəfindən miras kimi faktiki qəbul edilərək, idarə edilmişdir. Buna görə də Ərizəçi tərəfindən mirasın qəbul edilməsi müddəti ötürülməmiş hesab edilməli və vərəsəlik hüququ tanınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin *243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 2*3-2*4, 2*6-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi tərəfindən mərhumə X2 miras qalmış Bərdə rayonu, Lənbəran kəndində *.8502 ha torpaq sahəsinə mirasın qəbul edilməsi müddəti ötürülməmiş hesab edilsin və vərəsəlik hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-266/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-266/2023
21.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver