Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2661/2021 28.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi Vüqar qızı ərizə ilə məhkəməyə müraciət edərək 28 iyun 2020-ci il tarixdə Bərdə rayonunda anadan olmuş X5 doğum faktının, o cümlədən atası Mehdiyev Arzu Tanrıverdi oğlu, anası isə Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Vüqar qızı ərizəsini onunla əsaslandırmışdır ki, Mehdiyev Arzu Tanrıverdi oğlu ilə faktiki nikaha daxil olmaqla ailə qurmuşdur, maddi imkanı olmadığından 28 iyun 2020ci il tarixdə anadan olmuş Teymurov Murad Vüqar oğlu adlı uşaqlarına doğum haqqında şəhadətnamə ala bilməmişdir. Hal-hazırda uşqlarına doğum haqqında şəhadətnamə almaq üçün Bərdə rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, oradan isə onlara bildirirlər ki, doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməlidirlər. Məhkəmə iclasında Ərizəçi Vüqar qızı ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X4 bildirdi ki, Ərizəçi onun arvadadıdır. Onlar qeyri rəsmi evlənmişlər, birgə nikahlarında bir oğlan övladları olmuşdur. Lakin bilmədiklərindən doğum haqqında şəhadətnamə almamışlar. İndi isə doğum haqqında şəhadətnamə almaq üçün Qeydiyyat Şöbəsinə müraciət etmişlər. Orada isə məhkəməyə müraciət etmələri bildirilmişdir. Faktin müəyyən olunması, uşağa doğum haqqında şəhadətnamə almaq üçün lazımdır. Məhkəmə iclasında şahid X6 şahid X1 izahatına uyğun izahat verdi. Məhkəmə ərizəçinin ifadələrini dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarınada olan AZE ******** nörməli şəxsiyət vəsiqsəinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxx 1992-ci ildə doğulmuşdur. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəqisəqinin surətindən müəyyən olunur ki, X3 14 avqust 1985-ci ildə doğulmuşdur, Bərdə rayonu Xanərəb kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 16655151 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 18 dekabr 1962-ci ildə doğulmuşdur, Bərdə rayonu, Türkmən kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayonu Mirzəxan-Qaraqoyunlu kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 616 nömrəli, 08 iyul 2021-ci il tarixli arayışından müəyyən olunur ki, Ərizəçi Bakı şəhəri Nəsimi rayonunda qeydiyyatda olmasına baxmayaraq, Bərdə rayonu, Türkmən kəndində yaşayır. İş materiallarında olan AZ-İİ 458452 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Mehdiyev Arzu Tanrıverdi oğlu ilə Ərizəçi Vüqar qızı arasında nikah 13 sentyabr 2021-ci ildə 1009 saylı nikah qeydi ilə rəsmi qeyd edilmişdir. İş materiallarında olan Bərdə Rayon İlkin Səhiyyə Xidmətinin Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 471 nömrəli, 05 iyul 2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Ərizəçi deməsinə görə X3 və Teymurovan Türkan Vüqar qızının birgə yaşayış dövründə dünyaya gəlmiş 28 iyun 2020-ci il təvəllüdlü Teymurov ........ Türkan oğlu Bərdə İSX-nın Ailə Sağlamlıq Mərkəzində qeydiyyata götürülmüşdür. Uşaqlar həkim pediatr tərəfindən müayinə olundu və sağlam olması təsdiq olundu. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 23 iyul 2021-ci il tarixli 481-05/15 nömrəli məktubundan müəyyən olunur ki, Ərizəçi Vüqar qızı qeydiyyat şöbəsinə müraciət etmiş, ona faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, və Ərizəçi 28 iyun 2020-ci il tarixdə Bərdə rayonunda bir oğlan övladının doğulması faktı müəyyən edilməli, doğum haqqında şəhadətnamədə ata qrafasında Mehdiyev Arzu Tanrıverdi oğlu, ana qrafasında Ərizəçi qeyd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamələrin alınması üçün lazımdır. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilisin. Ərizəçi 28 iyun 2020-ci il tarixdə Bərdə şəhərində bir oğlan övladının doğulması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamədə ata qrafasında X3, ana qrafasında isə Ərizəçi qeyd olunsun. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2661/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2661/2021
28.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver