Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2669/2022 26.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı “Hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı məhkəməyə ərizə ilə mürаciət edərək onun *5.*7.1965-ci il təvəllüdlü, Bərdə şəhər sakini, Ərizəçi olması faktının müəyyən edilməsinə dair məhkəmə aktı qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 3*8-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2*19-cu il tarixli, *3 saylı Qərarının: 1.2-ci bəndinə əsasən Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.3-cü bəndinə əsasən nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Məhkəmə hesab edir ki, hazırkı ərizə düzgün tərtib edilməmişdir və ərizəyə əlavə edilmiş sənədlərdən aydın olur ki, ərizəçi ona lazım sənədləri başqa qaydada ala bilməməsini - məsələnin həllindən Bərdə rayon Qeydiyyat Şöbəsinin imtina etməsini təsdiq edən heç bir sübutu ərizəsinə əlavə etməmişdir. Bundan başqa hüquqi əhəmiyəti olan faktın müəyyən edilməsi haqqında ərizə ilə şəxsin şəxsiyyətinin müəyyən edilməsi və şəxsin həmin şəxs olması faktı mümkünsüzdür. Həmçinin, qanunvericiliyə əsasən qeydiyyat şöbələri şəxslərin şəxsiyyətinin müəyyən edilməsin deyil, şəxslərin doğumu, ölümü, nikahı, atalığın müəyyən edilməsi, övladlığa götürmə ilə bağlı akt qeydlərinin aparılmasını həyata keçirir. Bununla bağlı şəxsin ilk növbədə doğum faktı müəyyən edilməlidir və ərizəçi bununla bağlı ərizə ilə yaşayış yeri üzrə Bərdə rayon Qeydiyyat Şöbəsinə müraciət etməli, sözügedən məsələ ilə bağlı imtina məktubunu aldıqdan sonra yaşadığı yer üzrə Bərdə rayon Məhkəməsinə müraciət edə bilər və ərizənin xahiş hissəsində şəxsin doğum faktının müəyyən edilməsinə dair tələb irəli sürülə bilər. Yalnız doğum faktı müəyyən edildikdən sonra şəxs şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı aidiyyəti quruma müraciət edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir və Azərbaycan Respublikası Prezidentinin 6 mart 2***-ci il tarixli fərmanına əsasən burada "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri həyata keçirirlər. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2*13-cü il tarixli fərmanının 2.2-ci bəndinə əsasən vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün tələb olunan sənədlərdən biri də vətəndaşın doğum haqqında şəhadətnaməsidir. Hazırki işdə isə ilk növbədə vətəndaşın doğum faktı müəyyən edilməlidir. Qeyd edilənlərlə bağlı MPM-in 15*.*.7-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 15*.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; MPM-in 152.1.6-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, MPM-in yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı “Hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı “Hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 1* gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2669/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2669/2022
26.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver