Məhkəmə qərarları › İş №2(021)-2682/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2682/2025

08.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2682/2025 08.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X*4 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Abbasova Afət Ağarza qızının katibliyi, Cavabdeh2, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, “X6” Firmasına və Cavabdeh*na qarşı “İpoteka predmetinin girovdan azad edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona məxsus olan və Bərdə rayonu Qaradağlı kəndində 0,*5 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 202,5 kv.m. yaşayış, 376 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinin girovdan azad edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin (hakim Ə.Saryev, iş № 2(02*)-828/20*3) 2* noyabr 20*3-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər "xxxx" X* və onun mülkiyyətçisi Cavabdeh2 *59.738.*2 manat əsas borc, 220.224,56 faiz borc və *00.000 manat cərimə olmaqla, cəmi 479.962.68 (dörd yüz yetmiş doqquz min doqquz yüz altmış iki manat 68 qəpik) manat və 30 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçı "Parabank” ASC-yə verilməsi, borcun tutulmasının ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus olan və Bərdə rayonu Qaradağlı kəndində 0,*5 ha həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 202,5 kv.m. yaşayış, 376 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinə və X5 məxsus olan və Bərdə şəhəri H.Cavid küçəsi *7-də 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 345,* kv.m. ümumi, *35,3 kv.m. yaşayış, 209,6 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, Bərdə rayonu Qaradağlı kəndində 0,*5 ha həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 202,5 kv.m. yaşayış, 376 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin **0000 manat, Bərdə şəhəri H.Cavid küçəsi *7-də 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 345,* kv.m. ümumi, *35,5 kv.m. yaşayış, 209,6 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin isə 80000 manat məbləğində qiymətləndirilməsi, ipoteka predmeti olan evlər hərracdan satıldıqdan sonra cavabdehlər İddiaçı və X9 Bərdə rayonu Qaradağlı kəndində 0,*5 ha həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 202,5 kv.m. yaşayış, 376 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evindən, X*0 və X3 isə Bərdə şəhəri H.Cavid küçəsi *7-də 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 345,* kv.m. ümumi, *35,5 kv.m. yaşayış, 209,6 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evindən çıxarılmaları, ilk iddianın qalan hissədə təmin olunmaması və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 iyun 20*4-cü il tarixli qətnaməsi ilə (hakimlər: R.Muradov (sədrlik edən və məruzəçi), Ş.Əliyeva və İ.Şəfiyev, iş № 2(*04)-280/2024) ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" X2 və ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin 2* noyabr 20*3-cü il tarixli 2(02*)-828/20*3 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin MK-nın *6.*0.20*4-cü il tarixli 2(*02)-4028/20*4 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 iyun 20*4-cü il tarixli 2(*02)-280/20*4 saylı qətnaməsi faiz məbləğinə dair hissədə ləğv edilmiş, cərimə puluna dair hissədə dəyişdirilərək, tutulmalı faiz məbləği **0**2,28 manat məbləğində müəyyən edilərək, iddia tələbi faiz məbləğinə dair digər hissədə təmin edilməyərək, cərimə məbləği 50 000 manat məbləğində müəyyən edilmişdir. Bundan sonra iş üzrə icra vərəqəsi verilmişdir. İcra mərhələsində cavabdehlərdən “X6” Firmasının rəhbəri Cavabdeh2la "xxxx" ASC arasında *9.02.20*5-ci il tarixli “Barışıq razılaşması haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən tərəflər arasında borcun məbləği 300 000 manat müəyyən edilmişdir. Cavabdeh2 tərəfindən ona təqdim edilən qəbzlərdən görünür ki, müqavilənin şərtlərinə uyğun olaraq 200 000 manat ilkin ödəniş edilmişdir. Ancaq iki gün sonra Azərbaycan manatı ABŞ dolları qarşısında devalvasiyaya uğramışdır. Bundan sonra ödənişlərini davam etdirərək 20*5-ci ilin martsentyabr ayları arasında 73*52,92 manat pul banka ödənilmişdir. 20*5-ci ilin oktyabr ayında “X6” Firması qalan borc məbləğini, yəni 26847,*8 manat pulu ödəmiş, onun mülkiyyətində olan ipoteka predmetini girovdan azad edilməsi barədə təklifinə Bank tərəfindən hər dəfə müxtəlif məbləğlərdə borcun olması bildirilmiş və müxtəlif bəhanələr gətirilərək ipoteka predmeti girovdan azad edilməmişdir. 25 dekabr 2009-cu il tarixli 09 C/S.K.M.F nömrəli ipoteka müqaviləsinə əsasən, "xxxx" ASC ilə "xxxx" KİF-nın direktoru Cavabdeh2 arasında bağlanmış 25 dekabr 2009-cu il tarixli 09 S.K.M.F. nömrəli kredit müqaviləsinə əsasən "xxxx" KİF-na *50000 manat məbləğində kredit verilmiş və həmin kreditin təminatı kimi ona məxsus olan və Bərdə rayonu Qaradağlı kəndində 0,*5 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 202,5 kv.m. yaşayış, 376 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Onunla “X6” Firmasının rəhbəri Cavabdeh2 arasında dəfələrlə söhbətlər olmuşdur ki, onun evini girovdan azad etsin. Ancaq ötən *0 il ərzində mülkiyyətində olan ev girovdan azad edilməmişdir. Cavabdeh2la hər dəfə bu barədə danışdıqda sonuncu müxtəlif bəhanələr gətirməyə başlamışdır. Bu günlərdə Cavabdeh2la aralarında narazılıq baş vermişdir. Belə ki, qohum olduqları üçün evini onun rəhbərlik etdiyi Firmanın kredit götürməsi üçün girov qoymuş, yaxşılığının cavabında isə neçə illərdir əsəb keçirir. Qeyd etdiklərinə əsasən hesab edir ki, ona məxsus olan və Bərdə rayonu Qaradağlı kəndində 0,*5 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 202,5 kv.m. yaşayış, 376 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi girovdan azad edilməlidir. Məhkəmənin hazırlıq iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil məhkəməyə ərizə verərək işə onun iştirakı olmadan baxıb, iş materiallarında olan sənədlərlə kifayətlənib iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh, eyni zamanda digər cavabdeh “X6” Firmasının direktoru Cavabdeh2 göstərdi ki, 25 dekabr 2009-cu il tarixli 09 S.K.M.F. nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən kredit götürmüş, qeyd olunan kredit müqaviləsinin təminatı olaraq iddiaçının və X4 fərdi yaşayış evləri ipoteka ilə yüklü edilmişdir. Borcun bir hissəsi olan 200000 manat məbləğini ödədikdən sonra X4 mülkiyyətində olan fərdi yaşayış evi girovdan azad edilmişdir. Lakin iddiaçının evi yüklü olaraq qalmışdır. Hazırda Banka cəmi 26807 manat məbləğində borcu qalmışdır. Borcunu ödəmək istəsə də, Bank pulu qəbul etmir. İddianın təmin olunmasına etiraz etmir. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X** göstərdi ki, Cavabdeh2 nümayəndəsi olduğu bankın müştərisi olmuşdur. Cavabdehin banka nə qədər borcunun qalmasından məlumatı yoxdur. Cavabdeh2 kredit portfeli onlardadır. Lakin bu barədə hazırda heç bir sənəd təqdim edə bilmir. Sonuncunun heç bir borcunun qalmadığı halda əmlak girovdan azad edilə bilər. Cavabdeh*na məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) *85.5-ci maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.*960-cı ildə Ağcabədi rayonu Sarıcallı kəndində anadan olmuşdur, Bərdə rayonu Qaradağlı kəndində qeydiyyatdadır. AA seriyalı 0645*23 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.*96*-ci ildə Bərdə rayonunda anadan olmuşdur, Bərdə şəhəri Şəhriyar küçəsində qeydiyyatdadır. 25 dekabr 2009-cu il tarixli 09 S.K.M.F. nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" KİF-nın direktoru Cavabdeh2 illik 6 faizlə, 60 ay müddətinə, 36 ay güzəşt dövrü olmaqla 680000 (altı yüz səksən min) manat məbləğində SKMF krediti verilmişdir. 25 dekabr 2009-cu il tarixli 09 C/S.K.M.F nömrəli İpoteka (girov) müqaviləsindən görünür ki, bu müqavilənin predmeti borclu Rəşad KİF-in direktoru Cavabdeh2 ilə ipoteka saxlayan “Parabank" ASC-nin arasında bağlanmış 25 dekabr 2009-cu il tarixli 09 S.K.M.F №-li kredit müqaviləsi üzrə: illik 6 (altı } faizlə, 36(otuz altı) ay güzəştlə, 60 (altmış) ay müddətinə, 680000 (altı yüz səksən min) manat kredit aldığı borc öhdəliklərinin icrasının təmin edilməsidir. -Kredit müqaviləsi bağlanarkən borclu kredit götürdüyü pul vəsaitilə bir vaxtda borcun ödənilməsinin üsulunu və qeyri-şərtlərini tənzimləyən ona verilmiş ödəniş cədvəlini almışdır və ona dönmədən əməl etməlidir. Bu cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin əsas məbləğinin qalığından 0,2 faiz dəbbə pulu, yəni cərimə ödəməlidir. -Kredit müqaviləsində nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə, həmin gündən başlayaraq bank borcun qalığına ikiqat faiz dərəcəsi, yəni *2 (on iki) faiz hesablayıb borcludan tələb edir. -İpotekanın predmeti İddiaçı mülkiyyətindəki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsində dövlət reyestrində qeydə alınıb, verilmiş seriya MH 0005864, 7 nömrəli reyestr kitabının *65 nömrəli vərəqində 6*00*3002728-*030* qeydəalma nömrəsi, *808002**7 qeydiyyat nömrəsi ilə xx.xx.2008-ci il tarixli Çıxarışa əsasən Bərdə rayonu Qaradağlı kəndində mülkiyyətində olan 0,*5 ha torpaq sahəsində 2 mərtəbəli, 6 otaqlı, 202.5 kv.m. yaşayış, 376 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evidir. - Bu müqavilə bağlanarkən ipoteka qoyan ipoteka predmetinin mülkiyyət hüququ haqqında dövlət reyestrindən çıxarışın və həmin daşınmaz əmlakın texniki pasportunun notariusda təsdiq edilmiş surətini (avtomobil olduqda isə texniki pasportun notariusda təsdiq edilmiş sürətini) ipoteka saxlayana verir. 05 mart 20*0-cu il tarixli *56 nömrəli Kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" KİF-nın direktoru Cavabdeh2 illik 24 faizlə, 24 ay müddətinə, *64827 (bir yüz altmış dörd min səkkiz yüz iyirmi yeddi) manat məbləğində SKMF krediti verilmişdir. 25 dekabr 2009-cu il tarixli 09 C/S.K.M.F saylı İpoteka (girov) müqaviləsinə 03 mart 20*0-cu il tarixli 0* nömrəli əlavə və dəyişiklikdən görünür ki, bu müqavilənin predmeti borclu "xxxx" X2 ilə ipoteka saxlayan "xxxx" ASC-nin arasında bağlanmış 05 Mart 20*0-cu il tarixli *56 №-li kredit müqaviləsi üzrə: illik 24 (iyirmi dörd) faizlə 24 (iyirmi dörd) ay müddətinə *64827 (bir yüz altmış dörd min səkkiz yüz iyirmi yeddi) manat kredit aldığı borc öhdəliklərinin icrasının təmin edilməsidir. -Kredit müqaviləsi bağlanarkən borclu kredit götürdüyü pul vəsaitilə bir vaxtda borcun ödənilməsinin üsulunu və qeyri-şərtlərini tənzimləyən ona verilmiş ödəniş cədvəlini almışdır və ona dönmədən əməl etməlidir. Bu cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin əsas məbləğinin qalığından 0,2 faiz dəbbə pulu, yəni cərimə ödəməlidir. -Kredit müqaviləsində nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə, həmin gündən başlayaraq bank borcun qalığına ikiqat faiz dərəcəsi, yəni 48 (qırx səkkiz) faiz hesablayıb borcludan tələb edir. -İpotekanın predmeti İddiaçı mülkiyyətindəki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə şəhər (rayon) Ərazi İdarəsində dövlət reyestrində qeydə alınıb, verilmiş seriya MH № 0005864, 7 nömrəli reyestr kitabının *65 nömrəli vərəqində 6*00*3002728-*030* reyestr nömrəsi, *808002**7 qeydiyyat nömrəsi ilə xx.xx.2008-ci il tarixli Çıxarışa əsasən Bərdə rayonu Qaradağlı kəndində mülkiyyətində olan 0.*5 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 202.5 kv.m. yaşayış, 376 kv.m. köməkçi sahədən fərdi yaşayış evidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *6 oktyabr 20*4-cü il tarixli 2(*02)-4028/20*4 saylı qərarından görünür ki, iddiaçı "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməmiş, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" KİFnın kassasiya şikayəti qismən təmin olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 iyun 20*4-cü il tarixli 2(*04)-280/20*4 saylı qətnaməsi faiz məbləğində dair hissədə ləğv edilməsi, cərimə puluna dair hissədə dəyişdirilməsi, tutulmalı faiz məbləğinin **0**2,28 (bir yüz on min bir yüz on iki manat 28 qəpik) manat məbləğində müəyyən edilməsi, iddia tələbinin faiz məbləğinə dair digər hissədə təmin edilməməsi, tutulmalı cərimə məbləğinin 50000 (əlli min) manat məbləğində müəyyən edilməsi qərara alınmışdır. *9 fevral 20*5-ci il tarixli “Barışıq sazişi haqqında” müqavilədən görünür ki, bu müqavilənin predmeti "xxxx" ASC-nin iddiası əsasında cavabdeh - borclu "xxxx" KİF haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(*02)-4028/20*4 №-ii mülki iş üzrə 20*4-cü il *4 noyabr tarixli qərarının könüllü ödənilməsinin təmin edilməsidir. -Tərəflər "xxxx" KİF-ə qərar üzrə müəyyən edilmiş borcdan güzəşt edilmiş məbləğlər nəzərə alındıqdan sonra bu müqavilə bağlanan günədək onun banka 300000 manat borcu olduğu barədə razılaşır, "xxxx" KİF bu borcun icrasını öhdəsinə götürür. -Borclu "xxxx" KİF müqavilə imzalanan gün banka 200000 manat ödəyir. Qalan *00000 manat borc isə ABŞ dolları ekvivalentində *28000 ABŞ dolları həcmində müəyyən edilir və "xxxx" KİF bu borcu müqaviləyə əlavə edilən ödəniş cədvəlinə əsasən *2 ay ərzində hər ay ödəməlidir. -"xxxx" KİF borc öhdəliyini vaxtlı-vaxtında və bu müqaviləyə əlavə edilən ödəniş cədvəlinə əsasən icra etməlidir. O, cədvəl üzrə ödənişləri gecikdirərsə və 2 ay dalbadal ödəniş etməzsə, icra sənədi icraya yönəldilir və bu müqaviləyə xitam verilmiş hesab edilir. -"xxxx" KİF müqavilənin 2.2-ci bəndində göstərilən 200000 manat borcu ödədikdən dərhal sonra bank ipoteka ilə yüklü edilmiş, Bərdə şəhəri H.Cavid küçəsində, X4 mülkiyyətindəki 0.05 ha torpaq sahəsində yerləşən 345.* kv.m. ümumi sahədən ibarət beş otaqlı, iki mərtəbəli *7 №-li fərdi yaşayış evinin ipoteka ilə yüklülüyünə xitam verməyi öhdəsinə götürür. Borc öhdəliyi tam icra edildikdən sonra isə Bərdə rayonu Qaradağlı kəndində İddiaçı mülkiyyətindəki 0.*5 ha torpaq sahəsində yerləşən 578.5 kv.m. ümumi sahədən ibarət altı otaqlı, iki mərtəbəli fərdi yaşayış evinin ipoteka ilə yüklülüyünə xitam verilməlidir. -Bu müqavilə bağlandıqdan və notariusda təsdiq edildikdən sonra - ertəsi gün uİcra haqqında” Qanunun 23.*.*-ci maddəsinə müvafiq olaraq, icra sənədinin icra edilmədən məhkəməyə qaytarılması haqqında bank ərizə verməlidir. *9 fevral 20*5-ci il tarixli mədaxil orderindən görünür ki, “X6” Firması barşıq sazişi bağlandıqdan sonra "xxxx" ASC-nin hesabına 200000 manat məbləğində pul ödəmişdir. 03 aprel 20*5-ci il tarixli ödəniş tapşırığından görünür ki, “X6” Firması "xxxx" ASCnin hesabına 8334 manat vəsait ödəmişdir. *4 aprel 20*5-ci il tarixli ödəniş tapşırığından görünür ki, “X6” Firması "xxxx" ASCnin hesabına 6464 manat vəsait ödəmişdir. 20 aprel 20*5-ci il tarixli ödəniş tapşırığından görünür ki, “X6” Firması "xxxx" ASCnin hesabına 8334 manat vəsait ödəmişdir. *9 may 20*5-ci il tarixli ödəniş tapşırığından görünür ki, “X6” Firması "xxxx" ASC-nin hesabına 8334 manat vəsait ödəmişdir. 23 iyun 20*5-ci il tarixli ödəniş tapşırığından görünür ki, “X6” Firması "xxxx" ASC-nin hesabına 8334 manat vəsait ödəmişdir. 24 iyul 20*5-ci il tarixli ödəniş tapşırığından görünür ki, “X6” Firması "xxxx" ASC-nin hesabına 8334 manat vəsait ödəmişdir. 27 avqust 20*5-ci il tarixli ödəniş tapşırığından görünür ki, “X6” Firması "xxxx" ASCnin hesabına 8334 manat vəsait ödəmişdir. 24 sentyabr 20*5-ci il tarixli ödəniş tapşırığından görünür ki, “X6” Firması "xxxx" ASC-nin hesabına 8334 manat vəsait ödəmişdir. “PARA” BOKT-nın Bərdə Rayon Məhkəməsinə ünvanlanmış 04 avqust 2025-ci il tarixli ərizəsindən görünür ki, keçmiş "xxxx" ASC-nin lisenziyası ləğv edildikdən sonra bankın kredit portfelində olan bütün kreditlərlə yanaşı “X6” Firması ilə bağlanılan kredit və ipoteka müqaviləsi də Cavabdeh*na təhvil verilmişdir. Cavabdeh* Bərdə Rayon Məhkəməsinə ünvanlanmış 22 sentyabr 2025-ci il tarixli *2-5/2-*3480/2025 nömrəli məktubundan görünür ki, "xxxx" ASC-nin kredit portfelinin bir hissəsi Cavabdeh*na ötürülmüşdür. "xxxx" ASC ilə "xxxx" KİF-in direktoru Cavabdeh2 arasında bağlanmış 25 dekabr 2009-cu il tarixli 09S.K.M.F. nömrəli kredit müqaviləsi üzrə kredit portfeli Cavabdeh*na ötürülmüş hissədə aşkar edilməmişdir. Mülki mübahisənin gerçək hallarından görünür ki, cavabdeh "xxxx" KİF-nın direktoru Cavabdeh2 25 dekabr 2009-cu il tarixli 09 S.K.M.F. nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən 680000 manat məbləğində kredit götürmüş, öhdəliyin icrasının təmini məqsədi ilə 25 dekabr 2009-cu il tarixli 09 C/S.K.M.F. nömrəli İpoteka (girov) müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bərdə Ərazi İdarəsində dövlət reyestrində qeydə alınıb, verilmiş seriya MH 0005864, 7 nömrəli reyestr kitabının *65 nömrəli vərəqində 6*00*3002728-*030* qeydəalma nömrəsi, *808002**7 qeydiyyat nömrəsi ilə xx.xx.2008-ci il tarixli Çıxarışa əsasən Bərdə rayonu Qaradağlı kəndində mülkiyyətində olan 0,*5 ha torpaq sahəsində 2 mərtəbəli, 6 otaqlı, 202.5 kv.m. yaşayış, 376 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. "xxxx" KİFnın direktoru Cavabdeh2 ilə "xxxx" ASC arasında *9 fevral 20*5-ci il tarixdə “Barışıq sazişi haqqında” müqavilə bağlanmış, qeyd olunan müqavilənin şərtlərinə görə “Cavabdeh2 banka 300000 manat borcunun olması ilə razılaşır, "xxxx" KİF bu borcun icrasını öhdəsinə götürür, borclu "xxxx" KİF müqavilə imzalanan gün banka 200000 manat ödəyir. Qalan *00000 manat borc isə ABŞ dolları ekvivalentində *28000 ABŞ dolları həcmində müəyyən edilir və "xxxx" KİF bu borcu müqaviləyə əlavə edilən ödəniş cədvəlinə əsasən *2 ay ərzində hər ay ödəməlidir. "xxxx" KİF borc öhdəliyini vaxtlı-vaxtında və bu müqaviləyə əlavə edilən ödəniş cədvəlinə əsasən icra etməlidir. O, cədvəl üzrə ödənişləri gecikdirərsə və 2 ay dalbadal ödəniş etməzsə, icra sənədi icraya yönəldilir və bu müqaviləyə xitam verilmiş hesab edilir. "xxxx" KİF müqavilənin 2.2-ci bəndində göstərilən 200000 manat borcu ödədikdən dərhal sonra bank ipoteka ilə yüklü edilmiş, Bərdə şəhəri H.Cavid küçəsində X4 mülkiyyətində olan 0.05 ha torpaq sahəsində yerləşən 345.* kv.m. ümumi sahədən ibarət beş otaqlı, iki mərtəbəli *7 №-li fərdi yaşayış evinin ipoteka ilə yüklülüyünə xitam verməyi öhdəsinə götürür. Borc öhdəliyi tam icra edildikdən sonra isə Bərdə rayonu Qaradağlı kəndində İddiaçı mülkiyyətində olan 0.*5 ha torpaq sahəsində yerləşən 578.5 kv.m. ümumi sahədən ibarət altı otaqlı, iki mərtəbəli fərdi yaşayış evinin ipoteka ilə yüklülüyünə xitam verilməlidir. "xxxx" KİF Barışıq Sazişinin şərtlərinə uğun olaraq ilkin olaraq 200000 manat ödəniş etmiş, daha sonra isə ödəniş cədvəlinə uyğun olaraq mütəmadi qaydada 8 ay ərzində hər ay 8334 manat məbləğində ödəniş etmişdir. Cavabdeh2 məhkəmə iclasında banka 26807 manat borcunun qaldığını və dəfələrlə borcunu ödəmək üçün banka müraciət etməsinə baxmayaraq bankın pulu qəbul etmədiyini, ondan hər dəfə müxtəlif məbləğlərdə pul tələb edildiyini bildirmişdir. Bərdə Rayon Məhkəməsi cavabdeh “X6” Firmasının direktoru Cavabdeh2 "xxxx" ASC-nə hansı məbləğdə borcunun qalması ilə bağlı “PARA” BOKT-a sorğu göndərmiş, habelə həmin borcun məbləği haqqında məlumatların Cavabdeh* götürülməsi haqqında 26 avqust 2025-ci il tarixli qərardad çıxarsa da, “PARA” BOKT cavab məktubunda keçmiş "xxxx" ASC-nin lisenziyası ləğv edildikdən sonra bankın kredit portfelində olan bütün kreditlərlə yanaşı “X6” Firması ilə bağlanılan kredit və ipoteka müqaviləsinin də Cavabdeh*na təhvil verildiiyini bildirmiş, Cavabdeh* isə cavab məktubunda "xxxx" ASC ilə "xxxx" KİF-in direktoru Cavabdeh2 arasında bağlanmış 25 dekabr 2009-cu il tarixli 09S.K.M.F. nömrəli kredit müqaviləsi üzrə kredit portfelinin Cavabdeh*na ötürülmüş hissədə aşkar edilmədiyini göstərmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış kredit portfeli aidiyyəti kredit orqanlarında aşkar olunmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 269.*-ci maddəsinə görə, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə görə, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə görə, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 309.*-cu maddəsinə görə, daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 309.2-ci maddəsinə görə, ipotekanın dövlət qeydiyyatı qanunda nəzərdə tutulmuş qaydada aparılır. 324.*-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 329.2.-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 739.*-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3-cü maddəsinə görə, borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 20*2-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 20*3-cü il tarixli qərarında qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, borclunun kreditor qarşısında yaranan əsas öhdəliklərinin icrasını təmin edən ipoteka aksessor xarakter daşıyır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, ipoteka icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. -İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. Beləliklə, ipoteka hüququnun əsas təyinatı ondan ibarətdir ki, borclu (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditora nisbətən üstünlük hüququna malikdir. İpoteka kreditoru (ipoteka saxlayan) dedikdə, borclunun onun qarşısında yaranan pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün ipoteka predmeti olan əşyaya tələb yönəltmək, həmin tələbi göstərilən əşya hesabına təmin etmək ixtiyarına malik olan şəxs nəzərdə tutulur. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh2 "xxxx" ASC-nə borcunun qalması barədə “PARA” BOKT və Cavabdeh* tərəfindən məhkəməyə sübut təqdim edilmədiyindən, Cavabdeh2 isə banka 26807 manat borcunun qaldığını, həmin borcu ödəmək istəsə də, bankın pulu qəbul etmədiyini bildirdiyindən, eyni zamanda iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yüklülükdə qalması onun (mülkiyyətçinin) həmin əmlak üzərində hüquqlarını məhdudlaşdırdığından iddia tələbi təmin edilməli, İddiaçı məxsus olan və 25 dekabr 2009-cu il tarixli 09 C/S.K.M.F nömrəli ipoteka müqaviləsinə əsasən "xxxx" ASCnin xeyrinə yüklü edilmiş, Bərdə rayonu Qaradağlı kəndində 0,*5 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 202,5 kv.m. yaşayış, 376 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi girovdan azad edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının *3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının MM-nin: *52.*.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. *52.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İnsan Hüquqlarının və X7 Haqqında Konvesiyanın * saylı Protokolunun *-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” məhkəmə işi üzrə 27 sentyabr 2007-ci il tarixli qərarının 42-ci bəndində göstərilmişdir ki, mülkiyyət hüququnu təmin edən * saylı Protokolun *-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Qeyd olunan qərarın 44-cü bəndində göstərilmişdir ki, Məhkəmə xatırladır ki, * saylı Protokolun *-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın (bax, İatridis Yunanıstana qarşı, № 3**07/96, § 58, İHAM *999-İİ). Konvensiyada «qanun» və «qanuni» anlayışları mahiyyətcə geri daxili qanunvericiliyə istinad edir və həm də qanunun keyfiyyətinə aiddir ki, onun qanunun aliliyi prinsipinə uyğun olmasını tələb edir. MPM-nin: *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.*-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 2*7.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-6.*-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, habelə təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3*.0*.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 2*3, 2*4, 2*6-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı cavabdehlər Cavabdeh2, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, “X6” Firmasına və Cavabdeh*na qarşı “İpoteka predmetinin girovdan azad edilməsi” tələbinə dair iddiası təmin edilsin. İddiaçı məxsus olan, 25 dekabr 2009-cu il tarixli 09 C/S.K.M.F. nömrəli ipoteka müqaviləsinə əsasən "xxxx" ASC-nin xeyrinə yüklü edilmiş və Bərdə rayonu Qaradağlı kəndində 0,*5 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 202,5 kv.m. yaşayış, 376 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi girovdan azad edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar