Məhkəmə qərarları › İş №2(021)-2699/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2699/2023

31.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2699/2023 31.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynli Nicat Sayad oğlunun katibliyi, Ərizəçi Fyodrovnanın doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Ərizəçi Fyodrovna ərizə ilə məhkəməyə müraciət edərək xx xxxxxxx 1939-cu il tarixdə Ukrayna Respublikası, Sumski vilayəti, Romnı şəhərində anadan olmuş Qorodniça (Rəhimova) Qalin Fyodorovnanın doğumunun qeyd edilmə faktının müəyyən edilməsi, atasının X12, anasının X4masına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Fyodrovna ərizəsini onunla əsaslandırmışdır ki, o, Rəhimova (Qorodniça) Qalina Fyodorovna xx xxxxxxx 1939-cu ildə Ukrayna Respublikasının Sumski vilayətinin Romnı şəhərində anadan olmuşdur. O, hazırda Bərdə rayonu, Cəyirli kəndində yaşayır. Atası X12 və anası X4muşlar. Ona Bərdə rayon daxili işlər şöbəsi tərəfindən 25 dekabr 1976-cu ildə ll-JQ seyriyalı, 556921 nömrəli pasport verilmiş, pasportda ad, ata adı, soyadı: Ərizəçi, doğum tarixi xx xxxxxxx 1939-cu il və doğum yeri Ukrayna Respublikası Sumski vilayəti, Romnı şəhəri göstərilmişdir. Bundan əlavə 24 mart 1962- ci il tarixdə Rusiya Federasiyasının Leninqrad şəhərinin, Puşkin rayon VVAQ tərəfindən X9 ilə nikah bağlanması haqqında qeydlər ktiabında 158 nömrə ilə qeyd edilmiş, nikahları bağlanmış və ll-YB seriyalı 070885 nömrəli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən soyad, ad, ata adı: X13; doğum tarixi: xx xxxxxxx 1939-cu il; doğulduğu yer: Ukrayna Respublikası, Sumski vilayəti, Romnı şəhəri göstərilmişdir. Bərdə rayon Dövlət Arxivinin 15 mart 2023-cü il tarixli, 58 nömrəli məktubunda göstərilmişdir ki, rayon Dövlət Arxivində 72 saylı fondda mühafizə edilən Bərdə rayonu, Güloğlular kənd Sovetinin Cəyirli kəndi üzrə 1983-1985-ci illərə aid 11 saylı Təsərrüfatbaşına kitabın 947 saylı şəxsi hesabına əsasən vətəndaş X5 ailə üzvləri aşağıdakı kimi qeyd olunub: Ərizəçi-arvadı. Onun doğum haqqında şəhadətnaməsinin olub-olmamasını, itməsini və ya məhv olmasını dəqiq bilmir. Maraqlı şəxs elektron bazasında da doğum haqqında şəhadətnamə aşkar edilməmişdir. Həmçinin Rusiya Federasiyasından və yaxud Ukrayna Respublikasından doğum haqqında şəhadətnaməsini bərpa etməyi mümkün deyildir. Odur ki, şəxsiyyət vəsiqəsi əldə edə bilməmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 26 sentyabr 2022-ci il tarixli ******* nömrəli «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında Qərarı»na əsasən xx xxxxxxx 1939-cu il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Lakin doğum haqqında şəhadətnamənin olmadığına görə bu günə qədər «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi» almamışdır və doğum haqqında şəhadətnaməsi olmadığına görə ona şəxsiyyət vəsiqəsi verilmir. O, doğum haqqında akt qeydinin əldə edilməsi üçün çalışsa da doğum haqqında akt qeydini əldə edə bilməmişdir. Bununla bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Maraqlı şəxsndə onun doğumu barədə şəhadətnamənin bərpa edilməsindən imtina edilərək, 13 fevral 2023-cü il tarixli 15-112\2023 nömrəli arayışla bildirilmişdir ki, sizin doğum haqqında akt qeydinizi bərpa etmək Maraqlı şəxs səlahiyyəti xaricindədir. Maraqlı şəxs sizə doğum akt qeydinin bərpa edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməyi məsləhət görür. O, göstərilən səbəbdən doğum haqqında akt qeydinin müəyyən edilməsini başqa yolla əldə edə bbilmir və məcbur olub məhkəməyə müraciət edir. Onun xx xxxxxxx 1939-cu ildə Ukrayna Respublikası, Sumski vilayəti, Romnı şəhərində anadan olmasını şahidlər da təsdiq edə bilərlər. Ona görə də hesab edirə ki, məhkəmə tərəfindən xüsusi icraat qaydasında onun doğum akt qeydi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmalıdır. Ərizəçi Fyodrovna məhkəməyə ərizə göndərərək, səhhəti ilə əlaqədar iştirakı olmadan baxılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan İİ-JQ 556921 nömrəli Sovet Sosialist Respublikaları ittifaqının vətəndaşının pasportundan müəyyən olunur ki, Ərizəçi Fedorovna xx xxxxxxx 1939-cu ildə Ukrayna Respublikasının Sumski vilayətinin Romnı şəhərində doğulmuşdur. İş materiallarında olan Güloğlular kənd inzibati əraz vahidi üzrə nümayəndəliyi tərəfindən verilmiş 326 saylı, 20 fevral 2023 saylı arayışdan müəyyən olunur ki, Ərizəçi Fedorovna Bərdə rayonu, Cəyirli kəndində yaşayır. İş materiallarında olan İİYB 070885 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 ilə X18 ilə 24 mart 1962-ci ildə 158 nömrəli akt qeydi ilə Rusiya Federasiyasının Leninqrad şəhərinin, Puşkin rayon VVAQ Şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. İş materiallarında olan AZ-İ 441398 nömrəli ölüm haqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 ilə 23 fevral 2011-ci ildə ölmüşdür. İş materiallarında olan İV-JQ 315976 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 24 fevral 1966-cı ildə doğulmuşdur. X1, anası Ərizəçi Foedor qızıdır. İş materiallarında olan İİİ-JQ 446795 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 26 may 1975-ci ildə doğulmuşdur. X1, anası Ərizəçi Foedor qızıdır. İş materiallarında olan Vİ-JQ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X17 01 fevral 1980-ci ildə doğulmuşdur. X1, anası Ərizəçi Foedor qızıdır. İş materiallarında olan AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X15 03 may 1968-ci ildə doğulmuşdur. X1, anası Ərizəçi Foedor qızıdır. İş materiallarında olan V-JQ 293679 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 07 may 1977-ci ildə doğulmuşdur. X1, anası Ərizəçi Foedor qızıdır. İş materiallarında olan Bərdə Rayon Dövlət Arxivi tərəfindən verilmiş 15 mart 2023-cü il tarixli 58 saylı məktubdan müəyyən olunur ki, 72 saylı fondda mühafizə edilən Bərdə rayonu, Güloğlular kənd Sovetinin Cəyirli kəndi üzrə 1983-1985-ci illərə aid 11 saylı Təsərrüfatbaşına kitabın 947 saylı şəxsi hesabına əsasən vətəndaş X5 ailə üzvləri arvadı X11, oğlu RəhimovTofiq Baxşeyiş oğlu, oğlu X14, qızı X10, qızı X16, qızı X2 ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş 26 sentyabr 2022-ci il tarxli ******* nömrəli Qərarın surətindən müəyyən olunur ki, xx xxxxxxx 1939-cu il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. İş materiallarında olan Bərdə Rayon Polis Şöbəsi tərəfindən verilmiş 31 mart 2023-cü il tarixli, 3-13-68/2-12508/23 saylı məktubdan müəyyən olunur ki, 09 dekabr 1939-cu il təvəllüdlü Ərizəçi Fyodrovna 25 dekabr 1976-cı il tarixdə İİ-JQ 556921 nömrəli SSRİ nümunəli pasportla sənədləşdirilmişdir. İş materiallarında olan iyul 1968-ci il tarixli, 53 nömrəli doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X15 03 may 1968-ci ildə doğulmuşdur. X1, anası Ərizəçi Fedorovnadır. İş materiallarında olan 24 noyabr 1971-ci il tarixli doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X7 30 oktyabr 1971-ci ildə doğulmuşdur. X1, anası Ərizəçi Feodorovnadır. İş materiallarında olan 22 avqust 1975-ci il tarixli, 42 nömrəli doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X14 03 may 1968-ci ildə doğulmuşdur. X1, anası Ərizəçi Feodorovnadır. İş materiallarında olan 20 iyun 1977-ci il tarixli 53 nömrəli doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X6 30 oktyabr 1971-ci ildə doğulmuşdur. X1, anası Ərizəçi Fedorovnadır. İş materiallarında olan 13 fevral 1983-cü il tarixli, 18 nömrəli doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X17 07 fevral 1980-ci ildə doğulmuşdur. X1, anası Ərizəçi Feodorovnadır. İş materiallarında olan Rəhimova (Qorodniça) Qalina Feyodrovnanın fərdi uçot kartoçkasının surətinddən müəyyən olunur ki, Ərizəçi Feyodrovna 09 dekabr 1939-cu ildə Ukrayna Respublikasının Sumski vilayətinin Romnı şəhərində doğulmuşdur, atası X12, anası X3. İş materiallarında olan Bərdə rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 13 yanvar 2023-cü il tarixli, 3-16-5/8-15-112/23 nömrəli məktubdan müəyyən olunur ki, Ərizəçi Feyodrovnaya doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin doğum faktı iş materiallarında olan sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, ərizəçi Rəhimova (Qorodniça) Qalina Fyodorovnanın 09 dekabr 1939-cu ildə Ukrayna Respublikasının Sumski vilayətinin Romnı şəhərində doğulması faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Rəhimova (Qorodniça) Qalina Fyodorovnanın 09 dekabr 1939-cu ildə Ukrayna Respublikasının Sumski vilayətinin Romnı şəhərində doğulması, atası X12, anası X4ması faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar