Məhkəmə qərarları › İş №2(021)-27/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-27/2024

31.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-27/2024 31.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Mustafayeva Lalə Ruslan qızının katibliyi, Cavabdehlər Cavabdeh1, Cavabdeh3 iştirakları ilə, İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3, Şirinova (İsmayılova) Sevinc Vidadi qızına, Cavabdeh5 və Cavabdeh6 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İİddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3, Şirinova (İsmayılova) Sevinc Vidadi qızına, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia qaldıraraq: -Cəmi 5986,19 (beş min doqquz yüz səksən altı manat on doqquz qəpik) manat bundan 2656,03 (iki min altı yüz əlli altı manat üç qəpik) manat əsas, 07.58 (yeddi manat ǝlli səkkiz qəpik) manat faiz, 3008,45 (üç min səkkiz manat qırx beş qəpik) cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 314,13 (üç yüz on dörd manat on üç qəpik) manat faiz və iş üzrə ödənilmiş 30.40 manat dövlət rüsumunun və 40 manat məbləğində bildirişin DƏDRXda qeydiyyata alınmasına dair dövlət rüsumunun Cavabdeh1 tutulması; -Tutmanın ipoteka ilə yüklü edilmiş, ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Şirinova (İsmayılova) Sevinc Vidadi qızına məxsus Bərdə rayonu, Mustafaağalı kəndində yerləşən 0,24 ha həyətyanı torpaq sahəsinə və Bərdə rayonu, Mustafaağalı kəndində olan 0,24 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 104,80 kv.m, o cümlədən, yaşayış sahəsi 74,20 kv.m, yardımçı sahəsi 30,60 kv.m olan 01 mərtəbəli, 03 otaqlı fərdi yaşayış evinə yönəlməsi; -yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması; -satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması; - ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış evinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsini belə əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Yevlax filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 115.LN.2004.210515.00001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 36 (otuz altı) ay müddətinə illik 06 (altı) faiz ödənilmək şərti ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2012-ci il tarixli, RX seriyalı ******* nömrel Çıxarışına əsasən mülkiyyət hüququ üzrə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Şirinova (İsmayılova) Sevinc Vidadi qızına məxsus Bərdə rayonu, Mustafaağalı kəndində mülkiyyətində olan 0,24 ha həyətyanı torpaq sahəsi və Bərdə rayonu, Mustafaağalı kəndində mülkiyyətində olan 0,24 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 104,80 kv.m, o cümlədən, yaşayış sahəsi 74,20 kv.m, yardımçı sahəsi 30,60 kv.m olan 01 mərtəbəli, 03 otaqlı fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Həyətyanı torpaq sahəsi və yaşayış sahəsinin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Şirinova (İsmayılova) Sevinc Vidadi qızı arasında 21 may 2015-ci il tarixli 115.CL.220113.00001/a saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə Bərdə regional "Asan Xidmət" mərkəzinin xüsusi notariusu X7 tərəfindən təsdiq edildikdən sonra əmlakın ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2015-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Kredit müqaviləsinin 1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 8-ci bəndinə əsasən borcalan Cavabdeh1 bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadǝyǝ görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Şirinova (İsmayılova) Sevinc Vidadi qızına borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********574 saylı, xx.xx.2020-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh1 həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh Cavabdeh1 tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2020-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 5986,19 (beş min doqquz yüz səksən altı manat on doqquz qəpik) manat təşkil edir. Bundan 2656,03 (iki min altı yüz əlli altı manat üç qəpik) manat əsas, 07.58 (yeddi manat əlli səkkiz qəpik) manat faiz, 3008,45 (üç min səkkiz manat qırx beş qəpik) manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 314,13 (üç yüz on dörd manat on üç qəpik) manat faiz borcu təşkil edir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı ASC- nin nümayəndəsi X5 məhkəməyə ərizə göndərərək, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 bildirdi ki, əsas borcu ödəyə bilər, ancaq 3000 manat cərimə məbləğini ödəməyə maddi gücü çatmaz. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlər X1, Şirinova (İsmayılova) Sevinc Vidadi qızına, Cavabdeh5 və Cavabdeh6 qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq onlar heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib iş materiallarındakı sənədləri hərtərəfli və tam tədqiq edərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, №115.L.N.2004.210515.00001 saylı Kredit Müqaviləsindən görünür ki, Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh1 xx.xx.2018-ci il tarixinədək illik 6% olmaqla 10000 (on min) manat məbəğində kredit verilmişdir. Borc öhdəliyinin təminatı İddiaçı ASC ilə Cavabdeh1, X3, Cavabdeh3 və Şirinova (İsmayılova) Sevinc Vidadi qızı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, №115.CL.220113.00001 saylı İpoteka Müqaviləsi olmuşdur. Mülki işə əlavə edilmiş Ləğv prosesində olan İddiaçı ASC, Cavabdeh1, X3, Cavabdeh3 və Şirinova (İsmayılova) Sevinc Vidadi qızı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, №115.CL.220113.00001/a saylı Sonrakı ipoteka müqaviləsindən görünür ki, Razılığın şərtlərinə əsasən 115.CL.220113.00001/a saylı İpoteka müqaviləsinin 1.1, 1.2, 1.3 və 1.4 bəndələrinin aşağıdakı kimi göstərilməsi barədə razılaşmışlar: İpotekasaxlayan və Cavabdeh1 (Borcalan) arasında bağlanmış 22 yanvar 2013-cü il tarixli 115.LN.2004.220113.00001 saylı, Cavabdeh1 (Borcalan) arasında bağlanmış 21 may 2015-ci il tarixli 115.LN.2004.210515.00001 saylı Kredit Müqavilələri və onlara edilmiş, və ya ediləcək əlavələr üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə İpotekaqoyan əmlakı ipoteka qoyur, eləcə də ona olan hüquq və maraqları (gələcəkdə - İpoteka qoyulmuş Əmlak) (əmlakın konkret təsviri, onun İpoteka dəyəri və digər lazımi məlumatlar bu Müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmişdir) İpoteka saxlayana verir. Mülki işə əlavə edilmiş 22 yanvar 2013-cü il tarixli 115.CL.220113.00001/a saylı İpoteka müqaviləsinə 1 saylı Əlavədən görünür ki, ipoteka predmeti Cavabdeh1, X3, Cavabdeh3 və Şirinova (İsmayılova) Sevinc Vidadi qızının xüsusi mülkiyyətində olan Bərdə rayon Mustafafaağlı kəndində 0.24 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı, 104.8 kv.m ümumi, 74.2 kv.m yaşayış, 30.06 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış və Bərdə rayon Mustafafaağlı kəndində yerləşən 0.24 ha torpaq sahəsi olmuşdur. Mülki işə əlavə edilmiş **********24-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli, RX seriyalı, №0652237 nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1, X3, Cavabdeh3 və X2 mülkiyyətində olan Bərdə rayonu Mustafaağalı kəndində 0.24 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə xx.xx.2015-ci il tarixli, №115.L.N.2004.210515.00001 saylı Kredit (Borc) Müqaviləsi üzrə öhdəliyin təminatı olaraq Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə 36 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. Mülki işə əlavə edilmiş Cavabdeh6 xx.xx.2015-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh3 məxsus (ümumi birgə) Bərdə rayon Musrafaağalı kəndində yerləşən evinin ipotekaya qoyulmasına razılıq vermiş və ipoteka pretmetinə iddia qaldırıldığı halda fərdi yaşayış evini könüllü boşaltmağı və həmin ünvandan qeydiyyatdan çıxmağı barədə öhdəlik götürmüşdür. Mülki işə əlavə edilmiş Cavabdeh5 xx.xx.2015-ci il tarixli ərizəsindən görünür ki, Şirinova (İsmayılova) Sevinc Vidadi qızına məxsus (ümumi birgə) Bərdə rayon Musrafaağalı kəndində yerləşən evinin ipotekaya qoyulmasına razılıq vermiş və ipoteka pretmetinə iddia qaldırıldığı halda fərdi yaşayış evini könüllü boşaltmağı və həmin ünvandan qeydiyyatdan çıxmağı barədə öhdəlik götürmüşdür. Mülki işə əlavə edilmiş Cavabdeh1 xx.xx.2015-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh2 məxsus (ümumi birgə) Bərdə rayon Mustafaağalı kəndində yerləşən evinin ipotekaya qoyulmasına razılıq vermiş və ipoteka pretmetinə iddia qaldırıldığı halda fərdi yaşayış evini könüllü boşaltmağı və həmin ünvandan qeydiyyatdan çıxmağı barədə öhdəlik götürmüşdür. Mülki işə əlavə edilmiş Cavabdeh2 xx.xx.2015-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh1 məxsus (ümumi birgə) Bərdə rayon Musrafaağalı kəndində yerləşən evinin ipotekaya qoyulmasına razılıq vermiş və ipoteka pretmetinə iddia qaldırıldığı halda fərdi yaşayış evini könüllü boşaltmağı və həmin ünvandan qeydiyyatdan çıxmağı barədə öhdəlik götürmüşdür. Mülki işə əlavə edilmiş xx.xx.2020-ci il tarixli Bidirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsi, ödənilmədiyi təqdirdə borcun ipotekaya yönəldilməsi barədə xəbərdarlıq edilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2020-cı il tarixli İpoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş qeydə alınması haqqında Ərizədən görünür ki, Ləğv prosesində olan İddiaçı ASC Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin 7 saylı Bərdə şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, İddiaçı ASC, Cavabdeh1, X3, Cavabdeh3 və Şirinova (İsmayılova) Sevinc Vidadi qızı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, №115.L.N.2004.210515.00001 saylı Kredit Müqaviləsinə əsasən verilmiş borcun təminatı olaraq Cavabdeh1, X3, Cavabdeh3 və X2 mülkiyyətində olan Bərdə rayonu Mustafaağalı kəndində yerləşən fərdi yaşayış evinə 0.24 ha torpaq sahəsi ilə birlikdə məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2020-ci il tarixli Maliyyə Arayışından görünür ki, AGBank» ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, №115.L.N.2004.210515.00001 saylı Kredit Müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə kimi 2656,03 manat əsas, 7,58 manat faiz borcu, 3008,45 manat cərimə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 314,13 manat faiz borcu olmaqla, ümmilikdə 5986,19 manat borc vardır. Mülki işə əlavə edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmiş Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə 02-122/23 saylı xx.xx.2023-cü il tarixli Rəydən görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən X4 və ailə üzvlərinin mülkiyyətlərində olan Bərdə rayon Mustafaağalı kəndində yerləşən 0.24 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 74.2 kv.m yaşayış sahəsi, 30.6 kv.m yardımçı sahəsi, 104.8 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin xx.xx.2023-cü il tarixinə: bazar dəyəri 38000 (otuz səkkiz min) manat dəyərində, likvid dəyəri isə 27000 (iyirmi yeddi min) manat dəyərində qiymətləndirilmişdir. Qiymətləndirmə xərci 250 manat təşkil edir. Mülki işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş qəbzlərdən görünür ki, iddiaçı tərəfindən bildirişin qeydə alınması üçün 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 115.LN.2004.210515.00001 saylı kredit müqaviləsinə əsasən 36 (otuz altı) ay müddətinə illik 06 (altı) faiz ödənilmək şərti ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi mülkiyyət hüququ üzrə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Şirinova (İsmayılova) Sevinc Vidadi qızına məxsus Bərdə rayonu, Mustafaağalı kəndində mülkiyyətində olan 0,24 ha həyətyanı torpaq sahəsi və Bərdə rayonu, Mustafaağalı kəndində mülkiyyətində olan 0,24 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 104,80 kv.m, o cümlədən, yaşayış sahəsi 74,20 kv.m, yardımçı sahəsi 30,60 kv.m olan 01 mərtəbəli, 03 otaqlı fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Həyətyanı torpaq sahəsi və yaşayış sahəsinin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Şirinova (İsmayılova) Sevinc Vidadi qızı arasında 21 may 2015-ci il tarixli 115.CL.220113.00001/a saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notarial təsdiq edildikdən sonra əmlakın ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2015-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. İş üzrə İddiaçı ASC üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilə üzrə öhdəliklərinin lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Məcəllənin 741.1-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. Mülki Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Mülki Məcəllənin 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh1 risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Həmçinin, məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində dəbbə pulunun məbləği azaldılmalıdır. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə alır və məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq kredit müqaviləsi üzrə 185 manat məbləğində pul tutulmalıdır. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, İddiaçı ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 115.LN.2004.210515.00001 saylı kredit müqaviləsinin təminatı kimi Bank ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Şirinova (İsmayılova) Sevinc Vidadi qızı arasında bağlanmış 21 may 2015-ci il tarixli 115.CL.220113.00001/a saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Şirinova (İsmayılova) Sevinc Vidadi qızının birgə mülkiyyətində olan Bərdə rayonu, Mustafaağalı kəndində mülkiyyətində olan 0,24 ha həyətyanı torpaq sahəsi və Bərdə rayonu, Mustafaağalı kəndində mülkiyyətində olan 0,24 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 104,80 kv.m, o cümlədən, yaşayış sahəsi 74,20 kv.m, yardımçı sahəsi 30,60 kv.m olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqavilələrininə əsasən ipoteka saxlayanın tələblərinin ödənilməsi üçün tutma, ipoteka ilə təmin edilmiş öhdəliyi ipoteka verən yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə tərəflər razılığa gəlmişlər. Cavabdeh həmin kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda və qaydada icra etməmiş və iddiaçı (ipoteka saxlayana) ipotekaya tutma yönəltmək hüququndan istifadə etmişdir. İddiaçı cavabdehlərə kredit müqaviləsinə əsasən ödəmədiyi kredit borcuna görə tələbin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Şirinova (İsmayılova) Sevinc Vidadi qızınınümumi birgə mülkiyyətində olan Bərdə rayonu, Mustafaağalı kəndində mülkiyyətində olan 0,24 ha həyətyanı torpaq sahəsinə və Bərdə rayonu, Mustafaağalı kəndində mülkiyyətində olan 0,24 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 104,80 kv.m, o cümlədən, yaşayış sahəsi 74,20 kv.m, yardımçı sahəsi 30,60 kv.m olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə məhkəmə qaydasında tutmanın yönəldilməsinin başlanması barədə bildiriş göndərmiş, həmin bildiriş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsində qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.2-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.3-cü maddəsinə əsasən İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinə əsasən Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmiş, ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda tutmanın ipoteka predmetinə yönəldilməsini və ipoteka predmetinin açıq hərracdan satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, öhdəlik icra edilmədiyindən kredit borcu üzrə tutma borcun təminatı olaraq ipoteka ilə yüklü edilmiş Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Şirinova (İsmayılova) Sevinc Vidadi qızının ümumi birgə mülkiyyətində olan Bərdə rayonu, Mustafaağalı kəndində mülkiyyətində olan 0,24 ha həyətyanı torpaq sahəsinə və Bərdə rayonu, Mustafaağalı kəndində mülkiyyətində olan 0,24 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 104,80 kv.m, o cümlədən, yaşayış sahəsi 74,20 kv.m, yardımçı sahəsi 30,60 kv.m olan 01 mərtəbəli, 03 otaqlı fərdi yaşayış evinə yönəldilməli, həmin əmlaklar açıq hərracda satılmalı, satışdan əldə ediləcək pul vəsaiti yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə ipoteka qoyulmuş Bərdə rayonu Mustafaağalı kəndində 0.25 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin qiymətini müəyyən edərkən hesab edir ki, ipoteka qoyulmuş əmlakın likvid qiyməti 27000 (iyirmi yeddi min) manat məbləğində müəyyən olunmalıdır. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ipoteka predmeti olan mənzilin qiyməti ilə bağlı suala aydınlıq gətirilməsi üçün müvafiq ekspertiza təyin edilmiş və ekspert rəydən görünür ki, ipoteka ilə yüklü edilmiş Bərdə rayonu Mustafaağalı kəndində 0,24 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 104,80 kv.m, o cümlədən, yaşayış sahəsi 74,20 kv.m, yardımçı sahəsi 30,60 kv.m olan 01 mərtəbəli, 03 otaqlı fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə likvid dəyəri 27000 manat təşkil edir. Bu səbəbdən də, ipoteka predmetinin ilkin satış qiyməti mütəxəsis rəyi ilə müəyyən edilmiş məbləğ götürülməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan Bərdə rayonu Mustafaağalı kəndində 0,24 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 104,80 kv.m, o cümlədən, yaşayış sahəsi 74,20 kv.m, yardımçı sahəsi 30,60 kv.m olan 01 mərtəbəli, 03 otaqlı fərdi yaşayış evi satıldıqdan həmin fərdi yaşayış evinin boşaldılması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən, Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bu Qanunun 59.4-cü maddəsinə görə, Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. İş materiallarından görünür ki, cavanbdehlər ərizələrinə əsasən Bərdə rayonu Mustafaağalı kəndində 0.24 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ipotekaya qoyulmasına razılıq vediklərini və ipoteka predmetinə tutma (ödəniş) yönəldildikdə yaşayış evini dərhal tərk etmələri barədə öhdəlik götürmüşlər. Odur ki, Bərdə rayonu Mustafaağalı kəndində 0,24 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 104,80 kv.m, o cümlədən, yaşayış sahəsi 74,20 kv.m, yardımçı sahəsi 30,60 kv.m olan 01 mərtəbəli, 03 otaqlı fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra 1 ay müddətində evdə yaşayan Cavabdeh1, X3, Cavabdeh3, Şirinova (İsmayılova) Sevinc Vidadi qızı, Cavabdeh5 və Cavabdeh6 çıxmazsa, onlar qaydada çıxarılmaldırlar. Göründüyü kimi, qanunvericilikdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin məhkəmə qərarı ilə ipoteka predmetindən məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur, ipoteka predmetinin boşaldılması deyil. Lakin, bu halda iddia ərizəsində müəyyən olunur ki, bank tərəfindən iddia tələbində ipoteka predmetindən çıxarılma nəzərdə tutulduğundan iddia tələbi həmin hissədə də təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ipoteka predmetinin satışından əldə olunmuş vəsait kifayət etmədiyi təqdirdə qalan borcun Cavabdeh1 tutulması tələbi təmin oluna bilməz. Çünki, həmin tələb iddia icraatı qaydasında yox, “İcra haqqında “qanuna əsasən tənzimləndiyindən icra zaman həll olunan məsələdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ləğv Prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 kredit müqaviləsi üzrə əsas borc 2656,03 manat, 7,58 manat faiz borcu, 185 cərimə borcu, Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına osasən hesablanmış 314,13 manat faiz borcu olmaqla, cəmi 2977,44 manat İddiaçı ASC-nin xeyrinə tutulmalı, tutulan məbləğ Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Şirinova (İsmayılova) Sevinc Vidadi qızının ümumi birgə mülkiyyətində olan Bərdə rayonu, Mustafaağalı kəndində 0,24 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 104,80 kv.m, o cümlədən, yaşayış sahəsi 74,20 kv.m, yardımçı sahəsi 30,60 kv.m olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə yerləşdiyi torpaq sahəsi ilə birlikdə yönəldilməli, Bərdə rayonu, Mustafaağalı kəndində 0,24 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 104,80 kv.m, o cümlədən, yaşayış sahəsi 74,20 kv.m, yardımçı sahəsi 30,60 kv.m olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 27000 (iyirmi yeddi min) manat müəyyən olunmalı, fərdi yaşayəş evi açıq hərracdan satılmalı,əldə olunan vəsait hesabına iddiaçının borc tələbi ödənilməli, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi əmlakın mülkiyyətçisinə qaytarılmalı, fərdi yaşayış evi satıldıqdan sonra Cavabdeh1, X3, Cavabdeh3, Şirinova (İsmayılova) Sevinc Vidadi qızı, Cavabdeh5 və Cavabdeh6 həmin evdən çıxarılmalı və fərdi yaşayış evi boşaldılmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 İddiaçı ASC -nin xeyrinə tutulmalıdır. Qiymətləndirmə Ekspertiza tədqiqatının dəyəri 250 manat Cavabdeh1 tutularaq "xxxx" MMC -yə ödənilməlidir. Bildirişin qeydə alınması üçün ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsinə ödənilmiş 40 manat məbləğində rüsumu Cavabdeh1 İddiaçı ASC -nin xeyrinə tutulmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 kredit müqaviləsi üzrə əsas borc 2656,03 manat, 7,58 manat faiz borcu, 185 cərimə borcu, Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına osasən hesablanmış 314,13 manat faiz borcu olmaqla, cəmi 2977,44 manat İddiaçı ASC yə ödənilsin. Tutma Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Şirinova (İsmayılova) Sevinc Vidadi qızının ümumi birgə mülkiyyətində olan Bərdə rayonu, Mustafaağalı kəndində 0,24 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 104,80 kv.m, o cümlədən, yaşayış sahəsi 74,20 kv.m, yardımçı sahəsi 30,60 kv.m olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə yerləşdiyi torpaq sahəsi ilə birlikdə yönəldilsin. İpoteka predmetinin- Bərdə rayonu, Mustafaağalı kəndində 0,24 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 104,80 kv.m, o cümlədən, yaşayış sahəsi 74,20 kv.m, yardımçı sahəsi 30,60 kv.m olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə yerləşdiyi torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 27000 (iyirmi yeddi min) manat müəyyən edilsin. Həmin əmlaklar açıq hərracdan satılmaqla kredit borcu bu əmlakın dəyərindən tutulsun və artıq qalan məbləğ mülkiyyətçiyə qaytarılsın. İpoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində Cavabdeh1, X3, Cavabdeh3, Şirinova (İsmayılova) Sevinc Vidadi qızı, Cavabdeh5 və Cavabdeh6 həmin fərdi yaşayış evindən çıxarılsınlar və fərdi yaşayış evi boşaldılsın. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş 30,00 manat dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı ASC -yə ödənilsin. Bildirişin qeydə alınması üçün ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsinə ödənilmiş 40 manat məbləğində rüsumu Cavabdeh1 alınaraq İddiaçı ASC -yə ödənilsin. Qiymətləndirmə Ekspertiza tədqiqatının dəyəri 250 manat Cavabdeh1 tutularaq "xxxx" MMC -yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar