Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-270/2025 13.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Bərdə Regional “Asan Xidmət” Mərkəzində notariat kontoruna qarşı “vərəsəlik hüququnun tanınması və ötürülmüş müddətin üzürlü hesab edilərək mirasın qəbul edilməsi ” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X3ndan miras qalmış evi və torpağı adlarına rəsmiləşdirmək üçün ötürülmüş müddətin üzürlü hesab edilərək onların vərəsəlik hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbini iddiaçılar tərəfindən onunla əsaslandırılmışdır ki, mərhum ataları X4 onlara Bərdə rayonu Güloğlular kəndində ev və pay torpağı miras qalmışdır. Mərhum atası vəfat etdikdən sonra onlar vərəsəlik haqqında şəhadətnamə ala bilməmişdirlər. Hazırda onlar atalarından miras qalmış evi və torpağı adlarına rəsmiləşdirmək istəyirlər. Bu səbəbdən notarial ofisə müraciət etsələr də, onlara vərəsəlik şəhadətnaməsi verilməmişdir. Onlara 6 ay müddət keçdiyindən məhkəməyə müraciət etmələri məsləhət görülmüşdür. Ona görə də məhkəmədən mərhum X3ndan miras qalmış evi və torpağı adlarına rəsmiləşdirmək üçün ötürülmüş müddətin üzrlü hesab edilərək onların vərəsəlik hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafə edərək, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və etməmələrinin üzürlü səbəbləri barədə heç bir məlumat verməmişlər. X37 xidmət mərkəzi notariat ofisi məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilmədiklərini və qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə yerində müşavirə edərək tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Mülki iş materiallarına əlavə olunmuş seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı4 xx.xx.1961-ci il tarixdə Bərdə rayonu Güloğlular kəndində anadan olmuşdur. Bərdə rayonu Şorəlli kəndində yaşayır. Seriya AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.1956-cı il tarixdə Bərdə rayonu Güloğlular kəndində anadan olmuşdur. Bərdə rayonu Güloğlular kəndində yaşayır Seriya AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1955-ci il tarixdə Bərdə rayonu Güloğlular kəndində anadan olmuşdur. Bərdə rayonu Güloğlular kəndində yaşayır. Seriya AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1960-cı il tarixdə Bərdə rayonu Güloğlular kəndində anadan olmuşdur. Bərdə rayonu Güloğlular kəndində yaşayır. xx.xx.2024-cü il tarixli Bərdə rayon Məhkəməsinin 2(021)-98/2024 saylı qərardadından görünür ki, iddiaçı X8 cavabdeh X11 qarşı “mirasın qəbul edilməsi faktının və miras əmlak üzərində payların müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılması və sənədlərin iddiaçı X12 qaytarılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli 223 saylı arayışdan görünür ki, Bərdə rayon Güloğlular kəndində yaşamış mərhum X6 ailə üzvləri:- X17, İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4dır. 5306549 nömrəli arayışdan görünür ki, X18 xx.xx.1995-ci il tarixdə Bərdə rayonu Güloğlular kəndində anadan olmuşdur. xx.xx.2017-ci il tarixdə Bərdə rayonu Güloğlular kəndində qeydiyyatdadır. 2-126 saylı xx.xx.2005-ci il tarixli vəsiyyətnamədən görünür ki, vəsiyyət edən X2 rayonu Güloğlular kəndində yerləşən iki mərtəbəli iki otaqlı qarşısı aynabənd olan yaşayış evini və pay torpağını nəvəsi X12 vəsiyyət etmişdir. xx.xx.2023-cü il tarixli X37 Xidmət mərkəzində notariat ofisi tərəfindən Bərdə rayonu Güloğlular kəndində qeydiyyatda olan X12 miras əmlakın bölüşdürülməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. AZ 030989 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1961-ci ildə anadan olmuşdur. X3, anası X7r. Mülki iş materiallarına əlavə olunmuş Torpaq sahəsinin planından görünür ki, torpaq sahəsinin koordinatları və planı sənəddə qeyd edilmişdir. JN 0087 KOD 61005018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, X2 rayonu Güloğlular kənd sakini, X5 rayonu Aqrar İslahat Komissiyasının 1999-cu il 16 iyul tarixli 07 saylı qərarı ilə verilmişdir, çizgidə göstərilən sərhəd daxilində 0.13 hektar torpaq sahəsi kənd təsəsrrüfatı məhsulları istehsalı, dövlət aktı iki nüsxədən ibarət tərtib edilmişdir. xx.xx.2021-ci il tarixli **********21-10301 saylı reyestr nömrəli 7 saylı Bərdə Ərazi İdarəsinin fərdi yaşayış evinin texniki pasportundan görünür ki, sənəddə torpaq sahəsinin planı, yaşayış evlərinin texniki göstəriciləri, mərtəbələr üzrə otaqların təsnifatı və həyətyani tikililərin və qurğuların texniki göstəriciləri qeyd edilmişdir. AA3804617 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X18 xx.xx.1995-ci il tarixdə anadan olmuşdur. xx.xx.2024-cü il tarixli 619 saylı arayışdan görünür ki, İddiaçı2 Bərdə rayonu Güloğlular kəndində yaşayır. xx.xx.2024-cü il tarixli 620 saylı arayışdan görünür ki, İddiaçı3 Bərdə rayonu Güloğlular kəndində yaşayır. xx.xx.2024-cü il tarixli 618 saylı arayışdan görünür ki, İddiaçı4 Bərdə rayonu Şorəlli kəndində yaşayır. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X14 xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. AZ-İ 581174 nömrəli ölüm haqqında şəhadtnamənin surətindən görünür ki, X13 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. AZ-İ 581175 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.2013-cü il tarixdə anadan olmuşdur. xx.xx.2024-cü il tarixli 1348 nömrəli arayışdan görünür ki, Bərdə rayonu Güoğlular kəndində yaşamış mərhum X6 ailə üzvləri : X19, X20, X17, İddiaçı2, X14, İddiaçı1 və X9r. Qanun və vəsiyyət üzrə vərəsələrin tam dairəsi məhkəməyə məlum olsa da, məhkəmə yalnız iddia tələbi daxilində iddia baxmalı olduğunu qeyd edir. İddia tələbi üzrə məhkəmə aşağıdakı maddi və prosessual hüquq normalarını qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəlləsinin 152.4-ci maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1.1.-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər birinci növbədə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum ataları X4 miras qalmış evi və torpağı adlarına rəsmiləşdirmək üçün ötürülmüş müddətin üzürlü hesab edilərək onların vərəsəlik hüquqlarının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Mülki iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, mərhum X13 vəsiyyətnamə əsasında Bərdə rayon Güloğlular kəndində yerləşən iki mərtəbəli iki otaqlı qarşısı aynabənd olan yaşayış evini və pay torpağını nəvəsi X10 vəsiyyət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1193-cü maddəsində mirasda məcburi pay anlayışına əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Bu səbəbdən Azərbaycan Respublikasının MM 1193-cü maddəsinə əsasən X4 miras qalmış ev və torpağın üzərində İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 vərəsəlik hüquqları tanınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyanın 43-cü maddəsinin İ bəndinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Mcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə olunmuş X37 xidmət notariat ofisinin imtina məktubuna əsasən müəyyən olunur ki, vərəsələr arasında miras əmlakın bölüşdürülməsi ilə ixtilaflar mövcuddur. Bununla bağlı yaranan zərurətdən irəli gələrək məhkəmə tərəfindən iddiaçılara iddia tələbinin dəqiqləşdirilməsi təklif olunmuş, lakin belə bir dəqiqləşmə ərizəsi məhkəməyə daxil olmamışdır. X1 miras qalmış əmlakı rəsmiləşdirmək üçün ötürülmüş müddət üzrlü hesab edilməli, X1 miras qalmış əmlak üzərində qanun üzrə vərəsələr İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 müəyyən edilməlidir. İddia miras qalmış ev və torpaq hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçının iddia ərizəsinə əlavə etmiş olduğu sənədlərə əsasən X4 qalmış əmlak və ya əmlakların tam dairəsi məlum deyildir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ:
1. İddia qismən təmin edilsin.
2. X1 miras qalmış əmlakı rəsmiləşdirmək üçün ötürülmüş müddət üzrlü hesab edilsin.
3. X1 miras qalmış əmlak üzərində qanun üzrə vərəsələr İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 müəyyən edilsin. 4.Hazırki qətnamə miras qalmış əmlaka dair qanunvericiliyə uyğun olaraq vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün əsasdır. 5.İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin.
6. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.
Hakim: Ziya Abdullayev