Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2701/2025 18.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1nə və Maraqlı şəxs2 qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair mülki iş üzrə QƏTNAMƏ Açar sözlər: doğum faktı, qeyri-rəsmi nikah Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi ilə, Ərizəçi və vəkili X4 iştirakları ilə. Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1nə və Maraqlı şəxs2 qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İ. Mülki işin mahiyyəti Ərizəçi Maraqlı şəxs1nə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il tarixdə Bərdə şəhərində anadan olmuş Əzizova (Əzizli) Aytac Rahib qızının və xx.xx.2009cu il təvəllüdlü Əzizova (Əzizli) Aytən Rahib qızının doğum faktının, atasının Ərizəçi, anasının Maraqlı şəxs2 olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs2 ilə 2006-cı ildə qeyri-rəsmi olaraq ailə qurub evlənmişdir. Onların birgə yaşayış dövründən 2 (iki) övladları anadan olmuşdur. Lakin onlar baş qarışığlığından xx.xx.2007-ci il tarixdə Bərdə şəhərində anadan olmuş Əzizova (Əzizli) Aytac Rahib qızına və xx.xx.2009-cu il təvəllüdlü Əzizova (Əzizli) Aytən Rahib qızına doğum haqqında şəhadətnamə ala bilməyiblər. Onların nikahı olmadığından və Maraqlı şəxs2 2011-ci il tarixindən onları tərk etdiyi üçün övladlarına doğum haqqında şəhadətnamə ala bilməmişdir. Hazırda isə Maraqlı şəxs2 harda olmasından məlumatı yoxdur. Ən son məlumatı olduğu zaman Maraqlı şəxs2 Yevlax rayon Nərimanlı kəndində yaşayırdı. Hal-hazırda o, övladlarına doğum haqqında şəhadətnamə almaq istəyir. Bu barədə Bərdə rayon Qeydiyat Şöbəsinə müraciət etdikdə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Göstərilənləri nəzərə alaraq ərizəsinin təmin olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(021)-2701\2025 saylı qərardadı ilə Maraqlı şəxs2 iş üzrə maraqlı şəxs qismində cəlb olunmuşdur. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, uşaqları Bərdə rayon Həsənqaya kənd Balabəyli kənd məntəqəsində doğulublar. O, həbsdə olduğuna görə uşaqlarına sənəd ala bilməmişdir. Uşqaların anası Gülnar yenidən ailə həyatı qurub. Yevlax rayonunda yaşayır. Hər iki övladı Həsənqaya kənd orta məktəbində oxuyublar. Doğum haqqında şəhadətnamələri olmadığına görə keçən il 9-cu sinifdən hər ikisini çıxarmışdır. Onlar arasında 1 yaş fərq olmasına baxmayaraq eyni sinifdə oxumuşdurlar. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs1 nümayəndəsi və Maraqlı şəxs2 məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün sayır. İİİ. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: Seriya AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1984cü il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X18 "Bərdə Rayon Mərkəzi Xəstəxanası" X20 tərəfindən vəkilə verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Maraqlı şəxs2 deməsinə görə Ərizəçi ilə birgə yaşayış dövründə xx.xx.2007-ci il tarixdə anadan olmuş Əzizli ........... Rahib qızı ilə xx.xx.2009- cü il tarixdə anadan olmuş Əzizli ...........Rahib qızı Bərdə RMX-nın Ailə Sağlamlıq Mərkəzində xx.xx.2025-ci il tarixdə qeydiyyata götürülmüşdürlər. Həkim pediatr tərəfindən müayinə olunmuş və pratktik sağlam olmaları təsdiq olunmuşdur. Bərdə Rayonu Balabəyli kənd sahə məntəqəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tibbi arayışdan görünür ki, X6 Maraqlı şəxs2 xx.xx.2007-ci il tarixdə dünyaya gətirmişdir. Bərdə Rayonu Balabəyli Kənd Sahə məntəqəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tibbi arayışdan görünür ki, X7 Maraqlı şəxs2 xx.xx.2009-cu il tarixdə dünyaya gətirmişdir. Bərdə Rayonu Balabəyli X16 tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 25 nömrəli Tibbi arayışdan görünür ki, Maraqlı şəxs2 xx.xx.2009-cu il tarixdə dünyaya gətirdiyi X13 xx.xx.2015-ci ildə Balabəyli X16bda müayinə olunmuşdur, sağlamdır. Bərdə Rayonu Balabəyli X16 tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 24 nömrəli Tibbi arayışdan görünür ki, Maraqlı şəxs2 xx.xx.2007-ci il tarixdə dünyaya gətirdiyi X14 xx.xx.2015-ci ildə Balabəyli X16bda müayinə olunmuşdur, sağlamdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Bərdə Rayon Mərkəzi Xəstəxanası" X20 tərəfindən verilmiş Arayışdan görünür ki, xx.xx.2007-ci ilə təvəllüdlü Əzizova (Əzizli) ..... Rahib qızı həkim pediatr müayinəsindən keçmiş və sağlam olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Bərdə Rayon Mərkəzi Xəstəxanası" X20 tərəfindən verilmiş Arayışdan görünür ki, xx.xx.2009-cu ilə təvəllüdlü Əzizova (Əzizli) ..... Rahib qızı həkim pediatr müayinəsindən keçmiş və sağlam olduğu müəyyən olunmuşdur. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Həsənqaya kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 197 nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Balabəyli həkim məntəqəsinin verdiyi tibbi arayış əsas götürərək xx.xx.2007-ci ildə X14 və xx.xx.2009-ci ildə X13 anadan olmuşdur. Hal-hazırda babası X15, nənəsi X3 və atası Ərizəçi himayəsində Bərdə rayon Həsənqaya kəndində yaşayır. Maraqlı şəxs1 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Ərizəçi övladlarının doğumun dövlət qeydə alınması barədə həmin orqana müraciət etmiş, lakin ərizəsi təmin olunmamış və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Qarabağ Regional Təhsil İdarəsinin Bərdə rayon R.Orucov adına Saatlı kənd tam orta məktəb tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş məlumatda qeyd olunmuşdur ki, ki, Həsənqaya kənd sakinləri X11 və X12 məktəbdə İX sinifdə davamiyyətləri olmadıqları üçün və eyni zamanda X9 keçirdiyi buraxılış imtahanlarında iştirak etmədikləri üçün 2022-ci tədris ilindən təhsillərini davam etdirməmişdirlər. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X15 bildirmişdir ki, Ərizəçi onun oğludur. Aytac və Aytən onun oğlu Ərizəçi övladlarıdır. Onların babasıdır. Onları o böyütmüşdür. Nəvələri Həsənqaya kəndində onunla yaşayırlar. Maraqlı şəxs2 yenidən ailə həyatı qurub Bərdə rayonu Gərənə kəndində yaşayır. Maraqlı şəxs2 Rahiblə yola gedə bilmədiyi üçün 2011-ci ildə çıxıb gedib və ayrılıblar. Məhkəmə iclasında şahid qismində iştirak edən X8 bildirmişdir ki, Ərizəçi onun oğludur. Aytac və Aytən onun oğlu Ərizəçi övladlarıdır. Onların nənəsidir. Onları o böyütmüşdür. Onlar Həsənqaya kəndində onunla yaşayırlar. Maraqlı şəxs2 yenidən ailə həyatı qurub Bərdə rayonu Gərənə kəndində yaşayır. Maraqlı şəxs2 Rahiblə yola gedə bilmədiyi üçün 2011-ci ildə çıxıb gedib və ayrılıblar. Məhkəmə iclasında iştirak edən xx.xx.2007-ci il təvəllüdlü Aytac bildirmişdir ki, o, Bərdə rayon Həsənqaya kəndində babası, nənəsi, atası və bacısı ilə birlikdə yaşayır. Hazırda məktəbə getmir. Anasının adı Gülnardır. Onu son dəfə 4 yaşı olanda görüb. Anasının onları qoyub getməsi barədə heçnə bilmir. Anası hazırda ailə qurub. Onun harada yaşaması barədə məlumatı yoxdur. Anası ilə əlaqəsi yoxdur. Məhkəmə iclasında iştirak edən xx.xx.2009-cu il təvəllüdlü Aytən bildirmişdir ki, o, Bərdə rayon Həsənqaya kəndində babası, nənəsi, atası və bacısı ilə birlikdə yaşayır. Hazırda məktəbə getmir. Anasının adı Gülnardır. Onu son dəfə 4 yaşı olanda görüb. Anasının onları qoyub getməsi barədə heçnə bilmir. Anası hazırda ailə qurub. Onun harada yaşaması barədə məlumatı yoxdur. Anası ilə əlaqəsi yoxdur. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, iddiaçı Ərizəçi ilə Maraqlı şəxs2 qeyri-rəsmi nikahlarından xx.xx.2007-ci il tarixdə Əzizova (Əzizli) Aytac Rahib qızı və xx.xx.2009-cu il tarixdə Əzizova (Əzizli) Aytən Rahib qızı dünyaya gəlmişdir. Ərizəçi uşaqlara doğum haqqında şəhadətnamə almaq üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin imtina olunaraq məhəkəməyə müraciət etməsi tövdiyyə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsin əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci madəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Aytac adlı uşaq xx.xx.2007-ci il tarixdə Bərdə rayonunda və Aytən adlı uşaq isə 28 fevral 2009-cu il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Ataları Ərizəçi, anaları Maraqlı şəxs2dır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi Maraqlı şəxs1nə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə ərizəsi təmin edilsin. Maraqlı şəxs2 01 dekabr 2007-ci il tarixdə Bərdə Rayonu X1 (Aytac) cinsindən olan uşaq dünyaya gətirməsi faktı müəyyən edilsin. Maraqlı şəxs2 28 sentyabr 2009-cu il tarixdə Bərdə Rayonu X1 (Aytən) cinsindən olan uşaq dünyaya gətirməsi faktı müəyyən edilsin. 01 dekabr 2007-ci il tarixdə Bərdə Rayonu Balabəyli X10 doğulan qadın cinsindən olan həmin uşağın anasının Maraqlı şəxs2, atasının Ərizəçi olması faktı müəyyən edilsin. 28 sentyabr 2009-cu il tarixdə Bərdə Rayonu Balabəyli X10 doğulan qadın cinsindən olan həmin uşağın anasının Maraqlı şəxs2, atasının Ərizəçi olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-2701/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2701/2025
18.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver