Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2702/2022 21.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X10, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh nümayəndəsi Nümayəndə2 və vəkili X4 iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “Evə köçürülmə tələbinə” dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək özünün az yaşlı uşağı xx.xx.2018-ci il təvəllüdlü X13 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Süleyman Rüstəmov küçəsində yerləşən bir qonaq otağı, iki yataq otağı, bir mətbəx, bir sanitar qovşaqdan ibarət olan evə köçürülmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xаhiş etmişdir. İddiа tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2017-ci il tarixində nikaha daxil olmaqla ailə qurmuş, nikahları rəsmi dövlət qeydiyyatına alınmışdır. Birgə nikahlarından 20 iyun 2018-ci il tarixdə X13 adlı bir uşaqları doğulmuşdur. Nikahları Tərtər rayon məhkəməsinin 2(061) 925/2020 saylı, 13 avqust 2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və az yaşlı qızı Fatimə onun yanında saxlanmışdır. O cavabdehlə ailə qurduqdan sonra xx.xx.2019-cu il tarixdə 31000 manata Abşeron rayonu Xırdalan şəhəri X12 yerləşən ev almış, həmin tarixdən həmin evdə yaşamışlar. Onun bütün cehiz əmlakları da hal-hazırda həmin evdədir. Bir müddət əvvəl Tərtər rayonuna valideyinlərinin yanına 2-3 günlük qonaq gəlib qayıtdıqdan sonra evə daxil olmaq istəyərkən fərdi evin açarlarının dəyişildiyini görmüşdür. Uşağının və onun bütün geyim və cehiz əşyaları həmin evdə qalmışdır. Dəfələrlə cavabdehə müraciət etsə də cavabdeh onu və azyaşlı uşağını evə buraxmaqdan imtina etmişdir. Odur ki, məhkəmədən özünün uşağı ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Süleyman Rüstəmov küçəsində yerləşən bir qonaq otağı, iki yataq otağı, bir mətbəx, bir sanitar qovşaqdan ibarət olan evə köçürülməsinə dair qətnаmə qəbul edilməsini məhkəmədən xаhiş edir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək və izahatında göstərmişdir ki, Cavabdeh onun oğludur.Oğlu ilə İddiaçı ailə quran zaman Sahilə ona məxsus olan Bərdə rayonu, Türkmən kəndində yerləşən evinə gəlin köçmüş, cehiz əmlakları həmin evə yığılmışdır. İddiaçıya məxsus olan əmlaklar hal-hazırda həmin evdədir. Abşeron rayonu, Xırdalan şəhəri, X12 yerləşən mübahisəli evi o satın almışdır, həmin ev ona məxsusdur. Oğlu Cavabdeh və ailə üzvlərinə müvəqqəti həmin evdə yaşamaq üçün icazə vermişdir. İddiaçı bir müddət həmin evdə yaşadıqdan sonra evdən çıxıb kirayədə yaşayıblar. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh vəkili X1 Qərib Əhməd oğlu ilə eyni məzmunlu izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Lakin, məhkəmə iclasında onun nümayəndəsi Nümayəndə2 və vəkili X11 iştirak etmişlər. Məhkəm işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Tərtər Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(061) 925/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında Bərdə regional Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsində bağlanmış 06 avqust 2017-ci il tarixli 853 saylı nikah qeydi pozulmuş, tərəflərin birgə nikahlarından anadan olmuş X13 anası X2 himayəsində saxlanmış, 20 iyun 2018-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün 14 iyul 2020-ci il tarixdən hesablanmaqla hər ay 140 manat məbləğində aliment Cavabdeh tutularaq X3 verilməsi qət edilmişdir. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu ildə anadan olmuşdur. İş materiallarında olan Abşeron rayonu İcra Hakimiyyəti 4 nömrəli Mənzil Kommunal Təsərrüfatı İdarəsinin 8 iyun 2020-ci il tarixli, 2529 nömrəli arayışından görünür ki, İddiaçı Xırdalan şəhəri, Quşçuluq massivi, S.Rüstəmov küçəsi, dalan 6-da yaşamışdır. İş materiallarına əlavə edilmiş Abşeron rayonu, Quşçuluq massivi, 6-cı küçə, ev 26-da qeydiyyatda olan X5 və X9 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, İddiaçı həqiqətən Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Süleyman Rüstəmov küçəsi, dalan 6 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayır. Ödəniş qəbzindən görünür ki, xx.xx.2020-ci il tarixdə müştəri Nümayəndə2 334004F26D670970 nömrəli karta 50 kub.m üçün 5 manat ödəniş etmişdir. Abunə haqqında məlumatdan görünür ki, ünvan 1 ünvanında yaşayan abunə kodu **********02325 olan Cavabdeh qaz sayğacına görə 13.82 manat borc hesablanmışdır. Azərsu ASC Abşeron Sukanal İdarəsinin xx.xx.2020-ci il tarixli hesab fakturasından görünür ki, ünvan 2 ünvanında abonent kodu **********012 olan Nümayəndə2 63.50 manat borc hesablanmışdır. Abşeron rayonu İcra Hakimiyyəti 4 nömrəli Mənzil Kommunal Təsərrüfatı İdarəsinin 12 iyun 2021-ci il tarixli, 32478 nömrəli arayışından görünür ki, İddiaçı yaşadığı ünvan 3 ünvanında yerləşən evə dair 4 saylı Mənzil Tikinti İstehsalat İstismar İdarəsində heç bir sənəd qeydiyyatdan keçmir. İş materiallarında olan alq-satqı haqqında razılaşmadan görünür ki, X16 mülkiyyətində olan daşınmaz əmlakı torpaq sahəsi 1,5 sot evin sahəsi 95 kvm olan evi 310000 manata alıcıya satmağı alıcı isə həmin əmlakı almağı öhdəsinə götürmüşdür. Abşeron Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli 2(012)-2325/2021 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə iddiası təmin edilmiş, İddiaçı xx.xx.2018-ci il təvəllüdlü X13 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Süleyman Rüstəmov küçəsində yerləşən 1 qonaq otağı, iki yataq otağı, bir mətbəx, bir sanitar qovşaqdan ibarət olan evə köçürülməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1094/2022 nömrəli, 24 may 2022-ci il tarixli qərardaddından görünür ki, Abşeron Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli 2(012) 2325/2021 nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş aidiyyati üzrə baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Bundan başqa cavabdeh tərəf iş üzrə sübut qismində məhkəməyə akt və şəkillər təqdim etmişdir. həmin şəkillərdə cehiz əşyalarının olduğu görünür. Cavabdeh tərəf məhkəmə iclasında həmin şəkillərin Bərdə rayonu, Türkmən kəndində yerləşən evdə iddiaçıya məxsus cehiz əşyalarına aid olduğunu bildirmişdir. Məhkəməyə təqdim edimiş aktda da iddiaçının cehiz əşyalarının Bərdə rayonu Türmən kəndində cavabdehin atası Nümayəndə2 məxsus evdə yerləşdiyi və bu halı bir sıra şəxslərin imzaları ilə təsdiq etdiyi görünür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiаçı İddiaçı Cavabdeh qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək özünün az yaşlı uşağı xx.xx.2018-ci il təvəllüdlü X13 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Süleyman Rüstəmov küçəsində yerləşən bir qonaq otağı, iki yataq otağı, bir mətbəxt, bir sanitar qovşaqdan ibarət olan evə köçürülmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xаhiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi iddianı müdafiə etmiş, cavabdehin nümayəndəsi və vəkili isə iddianı qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə xx.xx.2017-ci il tarixində rəsmi nikaha daxil olmaqla ailə qurmuş, nikahları rəsmi dövlət qeydiyyatına alınmışdır. Birgə nikahlarından 20 iyun 2018-ci il tarixdə X13 adlı bir uşaqları doğulmuşdur. Nikahları Tərtər rayon məhkəməsinin 2(061) 925/2020 saylı , 13 avqust 2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və az yaşlı qızı Fatimə onun yanında saxlanmışdır. O cavabdehlə ailə qurduqdan sonra xx.xx.2019-cu il tarixdə 31000 manata Abşeron rayonu Xırdalan şəhəri X12 yerləşən ev almış, həmin tarixdən həmin evdə yaşamışlar. Bir müddət əvvəl Tərtər rayonuna valideyinlərinin yanına 2-3 günlük qonaq gəlib qayıtdıqdan sonra evə daxil olmaq istəyərkən fərdi evin açarlarının dəyişildiyini görmüşdür. Uşağının və onun bütün geyim və cehiz əşyaları həmin evdə qalmışdır. Dəfələrlə cavabdehə müraciət etsə də cavabdeh onu və azyaşlı uşağını evə buraxmaqdan imtina etmişdir. Cavabdehin nümayəndəsi iddiaçının həmin evə köçürülməsinə etiraz edir. Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Süleyman Rüstəmov küçəsində yerləşən fərdi yaşayış evi özbaşına tikilidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-180.2-ci maddələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Göründüyü kimi Mülki Məcəllənin 180-cı maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına t i k i n t i aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun t i k i n t i y ə d a i r sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da cavabdehlə eyni şərtlər daxilində mübahisəli evdən yararlanmaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər arasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçı və cavabdeh arasında iddianın predmetini təşkil edən münasibətlər (evdən istifadə hüququ) yarandığı vaxt ev dövlət qeydiyyatına alınmamışdır. Məhkəmə cavabdeh tərəfindən məhkəmə baxış iclasında təqdim edilmiş aktı və şəkilləri tədqiq edərək onları iş üzrə mötəbər sübut hesab etmir və hesab edir ki, şəkillərdə cehiz əşyalarının fotoşəkilləri əks edilsə də şəkillərdən həmin cehiz əşyalarının kimə aid olduğu və harada yerləşməsi müəyyən edilmir. Həmçinin, aktda iddiaçının Bərdə rayonu Türkmən kəndində cavabdehin atası Nümayəndə2 məxsus evdə cehiz əşyalarının yerləşdiyi qeyd edilsə də həmin akt və oradakı imzaların həqiqiliyi səlahiyyətli orqanlar (kənd icra nümayəndəliyi, bələdiyyə, notarius və s.) tərəfindən təsdiq edilməmiş, akta imza atan şəxslər isə şahid qismində məhkəməyə dəvət edilməmiş və dindirilməmişlər. Belə ki, həmin şəxslər yalnız şahid qismində məhkəmə iclasında ifadə verdikdən, imzaların həqiqiliyi müəyyən edildikdən və etirazda göstərilən hallarla əlaqədar olduqda məhkəmə tərəfindən iş üzrə mötəbər sübut qismində nəzərə alına bilər. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə cavabdehlə eyni hüquqlara malikdir. İş materiallarından müəyyən edilir ki, iddiaçı ilə cavabdehin birgə nikah dövründə, yəni 2019-cu ildə sözügedən fərdi yaşayış evi satın alınmış, iddiaçı cehiz əmlaklarını həmin evə köçürərək himayəsində olan azyaşlı qızı ilə həmin evdə yaşamağa başlamışdır. Beləliklə, məhkəmə iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, mübahisə predmeti olan fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamasına və özbaşına tikili olmasına baxmayaraq həmin ev birgə nikah dövründə alındığından və İddiaçı azyaşlı övladı ilə birlikdə həmin fərdi yaşayış evində yaşadığından, iddiaçının cehiz əmlakları həmin evdə olduğundan və iddiaçının başqa daimi yaşayış yeri olmadığından iddiaçının övladı ilə birlikdə mübahisə predmeti olan fərdi yaşayış evində övladı ilə birlikdə yaşamaq hüququ vardır. Belə ki, iş üzrə təqdim edilmiş sübutlarla müəyyən edilir ki, iddiaçı cavabdehlə nikah bağladıqdan sonra birgə nikah dövründə yəni xx.xx.2019-cu il tarixdə 31000 manata Abşeron rayonu Xırdalan şəhəri X12 yerləşən ev satın almış və həmin tarixdən həmin evdə yaşamışlar. Odur ki, iddia tələbi təmin edilməli və İddiaçı himayəsində olan azyaşlı övladı X13 ilə birlikdə Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Süleyman Rüstəmov küçəsində yerləşən bir qonaq otağı, iki yataq otağı, bir mətbəx, bir sanitar qovşaqdan ibarət olan evinə köçürülməlidir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qaydada olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Bundan başqa MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən ödənilən 10 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddiа təmin edilsin. İddiaçı xx.xx.2018-ci il təvəllüdlü X13 ilə birlikdə Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Süleyman Rüstəmov küçəsində yerləşən bir qonaq otağı, iki yataq otağı, bir mətbəx, bir sanitar qovşaqdan ibarət olan fərdi yaşayış evinə köçürülsün. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnаmənin surəti rəsmi qаydаdа verildiyi gündən 1 (bir) аy müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-2702/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2702/2022
21.09.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver