Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2704/2025 13.06.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi X2, İddiaçı 13 saylı X1 Mərkəzinin Cavabdeh qarşı “Özbaşına tutulmuş meşə fondu torpağının istifadəsinə qadağa qoyluması, ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi” tələbinə dair ərizəsini nəzərdən keçirib Müəyyənetdim: İddiaçı 13 saylı X1 Mərkəzi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bərdə şəhər sakini Cavabdeh tərəfindən Mərkəzin Aslan-Əyricə meşəbəyliyinin 6 saylı dolayın 39-cu kvartalında qanunsuz olaraq 1 ədəd 15x4, 1 ədəd 25x4, 1 ədəd 10x15, 1 ədəd 6x4, 1 ədəd 3x3 əsaslı tikililərin və 16 ədəd söhbətgahların sökülməsi, ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq 13 saylı X1 Mərkəzinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iş üzrə Cavabdeh vergi ödəyicisi olmaqla adına aktiv VÖEN mövcuddur, mübahisə obyektləri icarə obyektləridir. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş Fiziki şəxsin sahibkarlıq uçotu haqqında Şəhadətnamədən görünür ki, Cavabdeh adına ********** qeydiyyat nömrə ilə VÖEN verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İstinad edilən qanunvericilik normalarının tələblərinə əsasən iddiaçı 13 saylı X1 Mərkəzinin Cavabdeh qarşı “Özbaşına tutulmuş meşə fondu torpağının istifadəsinə qadağa qoyluması, ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi” tələbinə dair ərizəsi geri qaytarılmalıdır. İddiaçıya izah edilir ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra eyni tələblə yenidən aidiyyəti məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq Qərarverdim: İddiaçı 13 saylı X1 Mərkəzinin Cavabdeh qarşı “Özbaşına tutulmuş meşə fondu torpağının istifadəsinə qadağa qoyluması, ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı 13 saylı X1 Mərkəzinə geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-2704/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2704/2025
13.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver