Məhkəmə qərarları › İş №2(021)-2705/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2705/2022

12.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2705/2022 12.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9, Ərizəçilər Ərizəçi1 və Ərizəçi3 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestir Xidmətinin 7 saylı Bərdə ərazi İdarəsinə və X29 Xidmət Mərkəzində Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ərizə ilə məhkəməyə müraciət edərək X3, X16 və X5 miras qalmış ümumbirgə mülkiyyətində olan Bərdə rayonu Samux kəndinddə yerləşən 3,*898 ha torpaq sahəsinin miras əmlak kimi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə və hər birinin payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayonu, Samux kəndində yerləşən 3,*898 ha torpaq sahəsi Bərdə rayon Aqrar islahat Komissiyasının qərarı ilə X3, X16, X17 və X6 ümumi birgə mülkiyyətinə verilmişdir. Sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqları 11 may 2*21-ci il tarixdə, 1821**9144 saylı qeydiyyat nömrəsi ilə DƏDRX-də dövlət qeydiyyatına alınmışdır. Sözügedən torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfinddən AA 6**21* saylı “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. Ərizəçilərdən Oqtay və Ərizəçi3lar Əjdərxan və Nariya Ərəbovaların uşaqlardır. Ərizəçi1 və Aynur Əsədova isə X15 və X1* uşaqlarıdır. X15 ilə X17 arasında olan nikah 14 avqust 2**9-cu ildə pozulmuşdur. X3 22 avqust 2**6-cı ildə, X18 2* iyun 2*18-ci ildə, X15 isə 18 dekabr 2*11-ci ildə vəfat etmişlər. 18 dekabr 2*18-ci ildə vəfat etmiş Bərdə rayonu Samux kəndi ünvanında qeydiyyatda olmuş atası X5 qalmış mirasın qəbul edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün Bərdə regional “Asan Xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. Lakin mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyindən, müddətin ötürüldüyü bildirilmişdir. Mərhum valdeyinlərindən qalmış miras əmlakı hər biri aralarında hər-hansı problem və anlaşılmazlıq olmadan qəbul etmişlər. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi3 ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Ərizəçilər Ərizəçi2 və Ərizəçi4 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestir Xidmətinin 7 saylı Bərdə ərazi İdarəsinə və X29 Xidmət Mərkəzində Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan Bərdə rayonu, Samux kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 143 nömrəli, 3* iyun 2*22-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi3 Bərdə rayonu, Samux kəndində yaşayır. İş materiallarında olan Bərdə rayonu, Samux kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 124 nömrəli, 27 may 2*22-ci il tarixli arayışdan müəyyən olunur ki, mərhum X15 vəfat edənə kimi Bərdə rayonu Samux kəndində yaşamışdır və vəfatından sonra ailə üzvləri Ərizəçi1 və Ərizəçi2 qalmışdır. İş materiallarında olan Bərdə rayonu, Samux kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 123 nömrəli, 27 may 2*22-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərəbov Əjdərxan oğlu vəfat edənə kimi Bərdə rayonu Samux kəndində yaşamışdır və vəfatından sonra ailə üzvüləri Ərizəçi4 və Ərizəçi3 qalmışdır. İş materiallarında olan Bərdə rayonu, Samux kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 122 nömrəli, 27 may 2*22-ci il tarixli arayışdan müəyyən olunur ki, X16 vəfat edənə kimi Bərdə rayonu Samux kəndində yaşamışdır və vəfatından sonra ailə üzvləri Ərizəçi4 və Ərizəçi3 qalmışdır. İş materiallarında olan 61**13*97277 qeydiyyat nömrəli çıxarışın surətindən müəyyən olunur ki, X2 mülkiyyətində Bərdə rayonu, Samux kəndində 3.*898 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İ 522428 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X15 18 dekabr 2*11-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İ 944573 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X16 2* iyun 2*18-ci ildə ölmüşdür. İş materiallarında olan 26 may 2*22-ci il tarixli, *5/Q-7**/69 nömrəli arayışdan müəyyən olunur ki, X2* xx xxx 1987-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur, atası X15, anası X12r. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi4 xx xxxxxx 1956-cı ildə ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi3 xx xxx 196*-cı ildə Bərdə rayonunda doğulmuş, Bərdə rayonu, Samux kəndində qeydiyyatdadır. İş materiallarında olan 21 iyun 2*22-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi3 xx xxx 196*-cı ildə doğulmuşdur, anası Ərizəçi3dır. İş materiallarında olan 21 iyul 2*22-ci il tarixli arayışdan müəyyən olunur ki, X3 22 avqust 2**6-cı ildə ölmüşdür. İş materiallarında olan 21 iyul 2*22-ci il tarixli çıxarışdan müəyyən olunur ki, X3 və X11 *1 noyabr 1951-ci ildə 75 nömrəli akt qeydi ilə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx xxx 1987-ci ildə ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx xxx 199*-cı ildə doğulmuşdur. İş materiallarında olan Mingəçevir şəhəri Mənzil-Kommunal Təsərrüfatı Kombinatı tərəfindən verilmiş 13 iyun 2*22-ci il tarixli, 152 nömrəli arayışdan müəyyən olunur ki, Tağıyeva X14 şəhəri, Nakelman küçəsi ev 31, mənzil 141 nömrəli evdə yaşayır. İş materiallarında olan 5 nömrəli MİS 394 nömrəli 17 iyun 2*22-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərəbov X4 şəhəri H.Əliyev ½, ev 12 ünvanında yaşayır. İş materiallarında olan X29 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 13*9/2*22 saylı, *6 iyun 2*22-ci il tarixli məktubdan müəyyən olunur ki, Ərizəçi1 mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddəti ötürmüşdür. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, mərhum X3, X16 və X5 miras qalmış ümumi birgə mülkiyyətlərində olan Bərdə rayonu, Samux kəndində 3.*898 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi faktiki olaraq Ərizəçi1, X19, Ərizəçi3 və Ərizəçi4 tərəfindən qəbul edilərək, idarə edilmişdir. Buna görə də Ərizəçi1, X19, Ərizəçi3 və Ərizəçi4 tərəfindən mirasın qəbul edilməsi faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-22*, 227, 233, 3*5-3*7, 36*-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi1, X19, Ərizəçi3 və Ərizəçi4 tərəfindən X1, X7 və X5 miras qalmış Bərdə rayonu, Samux kəndi ünvanında yerləşən 3,*988 ha həyətyanı torpaq sahəsinin miras əmlak kimi qəbul edilməsi faktı təsdiq edilsin. Bərdə rayonu, Samux kəndi ünvanında yerləşən 3,*988 ha həyətyanı torpaq sahəsinə Ərizəçi1, X19, Ərizəçi3 və Ərizəçi4 ¼ hissədə payları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar