Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2709/2021 28.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi X12 oğlunun, İddiaçı Tahir qızının, Cavabdeh Cavabdeh Məhyəddin qızının iştirakları ilə, İddiaçı cavabdeh Cavabdeh Məhyəddin qızına qarşı mülkiyyətdən çıxarılma tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh Məhəyəddin qızının və onun ailəsinin (övladlarının) ona məxsus olan Bərdə rayonu Mahir Cəfərov (R.Axundov) küçəsi ev 24-də zəbt etdiyi mənzildə çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 01 oktyabr 2017-ci il tarixdə onun nənəsi X2 rayon, Mahir Cəfərov (R.Axundov) küçəsi ev 24-də 0.01 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 50 kv.m yaşayış, 13.2 kv.m köməkçi sahədən ibarət, 24 nömrəli, fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə İddiaçı Taleh qızının adına Daşınmaz Əmlak Dövlət Reyestrində 5 nömrəli Reyestr kitabının 149 nömrəli vərəqində qeydə alınmışdır. Həmin mülkiyyət hal-hazırda ona mənsub olsa da cavabdeh və ailəsi ona mənsub olan mülkiyyəti özbaşına zəbt etmiş, öz mülkiyyətində ona yaşamağa imkan verməmişdir. Hal-hazırda adıgedən ünvanda yaşayırlar, o, özü isə ailəsi ilə məcburən müvəqqəti olaraq başqa yerdə yaşamaqdadır. Hesab edir ki, cavabdeh və onun ailəsi (övladları) ünvan 1 ünvanından çıxarılması məqsədə uyğundur. Məhkəmə iclasında İddiaçı izahatında iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh Məhyəddin qızı izahatında iddianı qəbul etməyərək, iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 4299 saylı, 22 iyul 2021-ci il tarixli arayışdan görünür ki, X1 şəhəri, M.Cəfərov küçəsi ev 24-də yaşayır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Bərdə şəhəri, R.Axundov küçəsi 0.01 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 50 kv.m yaşayış, 13.2 kv.m köməkçi sahədən ibarət 24 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan 28 avqust 2007-ci il tarixli müqavilədən müəyyən olunur ki, Bərdə şəhəri M.Cəfərov küçəsi 24-də yaşayan Lazımova Xədicə Məlik qızı ona məxsus olan Bərdə şəəhəri R.Axundov küçəsi 24-də yerləşən ümumi sahəsi 63.2 kv.m, yaşayış sahəsi 50 kv.m üç otaqdan ibarət yaşayış evini İddiaçı Tehran qızına bağışlamışdır. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 03 fevral 2006-cı il tarixli, 2-56/2006 nömrəli qətnaməsinin surətindən görünür ki, Lazımova Şahnaz Məhyəddin qızı iki uşağı ilə birlikdə Bərdə şəhəri R.Axundov küçəsi 24 saylı mənzilə köçürülməsi və həmin onlara yaşamaq hüququ verilməsi qət edilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh övladları ilə birlikə Bərdə Rayon Məhkəməsinin 03 fevral 2006-cı il tarixli, 2-56/2006 nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı Tehran qızının mülkiyyətində olan, Bərdə şəhəri Mahir Cəfərov (R.Axundov) küçəsi 24 saylı ünvandakı mənzilinə köçrülmüşdür və həmin mənzildə yaşayır. Məhkəmə iddia tələbi ilə bağlı mövqeyini bildirərək aşağıdakıları qeyd etməyi zəruri bilir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, sözü gedən ev Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Bərdə şəhəri, R.Axundov küçəsi 0.01 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 50 kv.m yaşayış, 13.2 kv.m köməkçi sahədən ibarət 24 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmış və cavabdeh mübahisəli mənzilə köçürülməklə ona yaşamaq hüququ verilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və həmin qətnamə mübahisələndirilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci ilin sentyabrın 1dən sonra yaşayış evindən istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı olan mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinə uyğun, bu tarixə qədər yaranmış hüquq münasibətləri ilə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülk Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Cavabdeh Məhyəddin qızına qarşı mülkiyyətdən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2709/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2709/2021
28.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver