Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2721/2023 26.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı, Cavabdeh Azərbycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti Bərdə regional X8 nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh Azərbycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti Bərdə regional X3rşı əmrin etibarsız hesab edilməsi və işə bərpa tələbinə dair mülki işə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdeh Azərbycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti X24 X4 meşəbəyliyinin 1 saylı dolayında meşə gözətçisi işləməyini nəzərə alaraq 27 aprel 2023-cü il tarixli 030/K nömrəli əmrin etibarsız hesab edilərək, işə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 17 aprel 2019-cü ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meşələrin inkişafı departamentinin Bərdə regional X11 yardımçı təsərüfatı işlər üzrə mütəxəsis vəzifəsinə təyin edilmişdir. Bundan sonra Soltanbut Meşəbəyliyinə fəhlə təyin edilmişdir. 05 may 2022-ci ildə isə mərkəzin Bərdə meşəbəyliyinin 1 nömrəli meşə dolayına meşə gözətçisi təyin edilmişdir. Buna baxmayaraq onun Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndi əsas götürərək əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini guya yerinə yetirmədiyinə görə 27 aprel 2023-ci il tarixdən işinə xitam verilmişdir. İşindən azad edilməsinə səbəb onun günahı və təqsiri deyil. Hesab edir ki, o, haqsız işdən çıxrılmışdır. Çünki o, Tərtər rayonun kəndində yaşayır, ara məsafəsinə baxılsa müəyyən olunar ki, meşədə törədilən hadisədən o, tez məlumat tuta bilməzdi. Məlumat bilən kimi də regional rəhbərliyə şifahi olaraq bildirmişdir. Bundan sonra o, Mediasiyaya müraciət etmişdir, cavabdeh tərəf gəlməmişdir. Mediasiya 30 may 2023-cü il tarixdə 01815 saylı imtina arayışı verərək məhkəməyə müraciət etməsini məsləhət görmüşdür. Mən də məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Daha sonra İddiaçı məhkəməyə ərizənin dəqiqləşdirilməsi barədə ərizə verərək mənim Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyi yanında Meşələrin inkişafı xidmətinin X24 X4 meşəbəyliyinin 1 saylı dolayında meşə gözətçisi işinə bərpa olunmağı və ödənilməyən əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti Bərdə regional X8 nümayəndəsi X17 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, izahatında göstərmişdir ki, İddiaçı əmək müqaviləsinə onun özünün təsiri ucbatından xitam verilmişdir. İşdən çıxarılmasında heç bir qanun pozuntusuna yol verilməmişdir, iddiasının heç bir əsası yoxdur, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Mülki işə əlavə edilmiş AA ******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxx 1962-ci ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş AZE 14280808 saylı Azərbaycan Respuublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X17 07 sentyabr 1979-cu ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Tərtər rayon İcra Hakimiyyəti başçısının irəvanlı kənd inzbati ərazi dairəsi üzrə nümayəndəiyi tərəfindən verilmiş 69 nömrəli, 01 iyun 2023-cü il tarixli arayışdan müəyyən olur ki, İddiaçı Tərtər rayonu İrəvanlı kəndində yaşayır. Mülki işə əlavə edilmiş Əmək Müqaviləsinin surətindən müəyyən olunur ki, həmin müqavilə İddiaçı ilə Azərbycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti Bərdə X12 Mərkəzi arasında bağlanmışdır. Mülki işə əlavə edilmiş Azərbycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti Bərdə regional X8 23 saylı, 05 may 2022-ci il tarixli əmrinin surətindən müəyyən oluunur ki, İddiaçı 05 may 2022-ci il tarixdən X24 X4 müşəbəyliyində ümumi sahəsi 74,0 ha olan 15 saylı kvartalın və sahəsi 156.4 ha olan 16 saylı kvartalın və sahəsi 114,1 ha olan 17 saylı kvartalın bazasında yaradılmış ümumi sahəsi 344,5 ha olan 1 saylı meşə dolayına Meşə gözətçisi vəzifəsinə (9-cu dərəcə) təyin edilsin və həmin tarixdən Soltanbud-02 meşəbəyliyinin fəhləsi vəzifəsindən azad edilsin. Mülki işə əlavə edilmiş Azərbycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 142/ü saylı, 25 aprel 2023-cü il tarixli əmrindən müəyyən olunur ki, vəzifə səlahiyyətləri üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyinə görə Mərkəzin müşə əkinləri üzrə baş mühəndisi X1 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən xəbərdarlıq edilsin. Mülki işə əlavə edilmiş Bərdə meşəbəyliyinin meşəbəyisi Camalov Müşfiq tərəfindən yazılmış Xidməti Məruzədə göstərilmişdir ki, Bərdə meşəbəyliyinin 1 saylı dolayının meşə gözətçisi İddiaçı verilmiş göstərişlərə əməl etmir, Tərtər rayonunda yaşadığı üçün iş yerinə çox gec gəlib çatır, bu səbəbdən də Bərdə Meşəbəyliyinin 1 saylı meşə dolayının 15, 16, 17- saylı kvartallarında xoşa gəlməz halların baş verməsinə gətirib çıxarır. Belə ki, yuxarıda adı gedən meşə dolayısında və əksər kvartallarında sahibsiz malqara otlamasının qurumuş ağacların qanadlarının kəsilməsinin şahidi olmuşdur. Göstərilə səbəbləri nəzərə alıb İddiaçı barəsində tədbir görülsün. Mülki işə əlavə edilmiş Azərbycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti Bərdə regional X8 030/k saylı, 27 aprel 2023-cü il tarixli əmrinə əsasən İddiaçı 25 aprel 2023-cüil tarixdən mərkəzin Bərdə meşəbəyliyinin 1 saylı dolayının meşə gözətçisi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə uyğun olraq (işçi özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhtəliyi yerinə yetirmədikdə) xitam verilmişdir. Azərbycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti Bərdə regional X8 13 mart 2023-cü il tarixli 005288 nömrəli AKT-ın surətindən müəyyən olunur ki, Bərdə meşəbəyliyi 1 saylı dolayının 16-cı kvartalında qəfləti yoxlama aparılarkən sözügedən meşə ərazisində qanunsuz akasiya cinsindən müxtəlif diametrdə yəni-10 ədəd diametri-8 sm, 30 ədəd -10 sm, 15 ədəd diametr 12 sm, 5 ədəd diametri 20-cm kəsilmiş ağaclar 034 nömrə ilə damğalandı, 70-ədəd yabanı nar kolu, cəmi 60 ədəd akasya ağacı kök üstə kəsilməmiş, 70 ədəd yabanı nar kolunun kökündən çıxarılmasının təqsirkarı məlum olmamışdır, 01 saylı meşə dolayının meşə gözətçisi İddiaçı izahatı alınması aktlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş X12 Mərkəzində meşə gözətçisinin vəzifə təlimatlarında aşağıdakılar göstərilmişdir: 26.1. ona tapşırılmış (həvalə olunmuş) dolayda meşələrin, tarixi və təbiət abidələrinin, kardonların (meşəçi evlərinin), tikili və qurğuların, mərz nişanlarının, kvartal dirəklərinin və s. qorunub mühafizə olunmasını yerinə yetirməli; 26.2. meşədən istifadəyə dair hüquqi sənədləri yoxlamalı (Dolayda meşə məhsullarının buraxılış orderini, ot çalınması, ov edilməsini, meşə fondu torpaqlarının istifadəyə və icarəyə verilməsini və digər normativ qaydaların yerinə yetirilməsini) və nəzarət etməli, bu sahədə baş verə biləcək qanun pozuntularının qarşısını almalı; 26.3. Dolayın ərazisində özbaşına qırıntılara və meşə qanunvericiliyinin digər pozulmalarına dair yazılı məlumatı meşəbəyliyə və ya mərkəzə təqdim etməli; 26.4. meşə istifadəçiləri və meşə ərazisinə daxil olan digər şəxslər tərəfindən yanğın təhlükəsizlik qaydalarının tələblərinə riayət edilməsini yoxlamalı, meşədə yanğın təhlükəsizliyi qaydalarına nəzarət etməli,yanğın baş verdikdə onun söndürülməsi üçün tədbirlər görməli, yanğın haqqında meşəbəyiyə, mərkəzə və digər aidiyyatı qurumlara xəbər verməli; 26.5. meşə dolayında ziyanverici və xəstəliklər, təbii fəlakət nəticəsində yıxılmış yaxud kök üstə qurumuş ağaclar (kollar) və meşə fonduna ziyan verə biləcək digər hadisələr nəzərə çarpdıqda, bilavasitə rəhbərliyə xəbər verməli; 26.6. meşə qanunvericiliyini pozanların qanunsuz yolla əldə etdikləri meşə məhsullarına görə qanunamüvafiq tədbir görülməsi üçün onları meşədə və ya meşədən çıxan yolda saxlamalı, əgər meşə qanunvericiliyini pozan şəxsi, meşə məhsulunu istifadə olunacaq yerə qədər təqib edirsə, məhsulun həmin yerdə başını bağlamalı (sekvestr etməli); 26.7. meşəbərpa tədbirlərinin aparılması, ağac və kol cinslərinin toxumlarının yığılması, meşələrdə bütün növ xidməti qırma sahələrinin ayrılmasında və qırmaların aparılmasında,həmçinin meşədən digər istifadə işlərinin görülməsində iştirak etməli; 26.8. meşə quruluşu işləri aparılan zaman, meşənin sərhədlərini, kvartal mərzlərini, sərhəd, kvartal və digər dirəkləri yerində bu işləri aparan mütəxəssislərə göstərməli; 26.9. dolayının ərazisində meşələrin qorunub mühafizə olunmasına bilavasitə məsuliyyət daşımalıdır. Hüquqları: 26.10. başı bağlanmış meşə məhsulunu yerli hakimiyyət orqanının və ya bələdiyyənin nümayəndəsinin iştirakı ilə sənədləşdirmək, saxlamaq üçün qəbzlə yerli hakimiyyət orqanının nümayəndəsinə və ya meşə qanunvericiliyini pozan şəxsə (istisna hallarda) təhvil vermək; 26.11. meşə qanunvericiliyinin pozulması hallarını aşkar edib yazılı məlumat vermək; 26.12. Meşə yanğınları baş verdiyi halda onun qarşısının alınması üçün tədbirlər görmək, yanğının söndürülməsinə meşədəki və yaxınlıqdakı obyektlərin, yaşayış məntəqələrinin nəqliyyat vasitələrini və canlı qüvvələri cəlb etmək; 26.13. ona təhkim olunmuş silah və sursatlardanxidməti ərazisində istifadə etmək; 26.14. Normal iş şəraiti ilə təmin olunmaq. Bilməlidir: 26.15. gözətçisi olduğu dolayı, onun sərhədlərini, meşə yollarını və mərzlərini, nohurları, çayları, təbii və süni gölləri, quyuları, meşəqırma sahələrini, qonşu meşə gözətçilərinin yaşadıqları yerləri, yaxındakı yaşayış məntəqələrini, meşəbəyliyin və mərkəzin olduğu yeri, icarəyə və istifadəyə verilmiş yerləri, habelə meşədə yanğın təhlükəsizliyi qaydalarını, meşələrin qorunub mühafizə edilməsi qaydalarını; 26.16. meşə gözətçisinin işinə aidiyyəti olan əsasnamə, qayda, əmr, sərəncam və s. vacib məlumatları; 26.17. ona təhkim olunmuş silah və sursatların, rabitə vasitələrinin qorunub saxlanması qaydasını və istifadəsini. Mülki işə əlavə edilmiş İddiaçı izahatında göstərmişdir ki, meşə gözətçisi kimi ona məxsus olan ərazidə iş günləri vaxtında ağacların kəsilməsi və nar ağaclarının kəsilməsi, nar kollarının kökündən çıxrılması baş vermişdir. O, iş saatı vaxtında gəldikdə görmüşdür. Dərhal meşəbəyi Camalov Müşviqə telefon vasitəsi ilə məlumat vermişdir. Müşviq isə ona bildirmişdir ki, onlar həmin ərazidə meşə zolağı üçün əkin sahəsi hazırlayırlar, ərazidə əkin üçün şum aparılmışdır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişfaı Xidmətinin 13 saylı Regional X8 3-14-27-23/2-133/2023 saylı, 21 avqust 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, 13 Saylı X12 Mərkəzi bildirir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı xidmətinin 25 aprel 2023-cü il tarixli 142/ü nömrəli əmrinə əsasən Mərkəzin Bərdə meşəbəyliyinin meşəbəyisi X14 ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir, meşələrin qorunması və mühafizəsi üzrə baş mühəndis X20 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir və Mərkəzin meşə əkinləri üzrə baş mühəndisi X1 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-ci maddəsinin 3-cü hissəsinə əsasən xəbərdarlıq edilmişdir. Mərkəzin Bərdə meşəbəyliyinin 1 saylı dolayının meşə gözətçisi İddiaçı barəsində 27 mart 2023-cü il tarixdə 023/k nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət və 27 aprel 2023-cü il tarixli 030/k nömrəli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Bərdə Regional X8 023/k saylı 27 mart 2023-cü il tarixli əmrindən müəyyən olunur ki, X24 X4 meşəbəyliyinin 1 saylı meşə dolayının meşə gözətçisi İddiaçı işində yol verdiyi nöqsanlara görə və əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyinə görə Azərbaycan Respublikası ƏMək Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilsin. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişfı Xidmətinin 13 saylı Regional X8 3-14-27-23/2-133/2023 saylı, 21 avqust 2023-cü il tarixli məktubunda göstərilmişdir ki,13 Saylı X12 Mərkəzi Sizin şifahi sorğunuza cavab olaraq bildirir ki, X9 Komitəsi var və Mərkəzin hər bir əməkdaşı Komitənin üzvüdür. Həmkarlar İttifaqı Komitəsinin sədri X6, katib X18. Qeyd: Mərkəzin keçmiş əməkdaşı olan Bərdə meşəbəyliyinin 1 saylı meşə dolayının meşə gözətçisi İddiaçı da, işlədiyi müddət ərzində Həmkarlar İttifaqının üzvü olub. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə əsasən, əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 42-ci maddənin 1-ci hissəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 46-cı maddənin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Həmin Məcəllənin 56-cı maddənin 1-ci hissəsinə əsasən, istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. Həmin Məcəllənin 56-cı maddənin 2-ci hissəsinə əsasən, işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. Həmin Məcəllənin 287-ci maddəsinə əsasən, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Həmin Məcəllənin 288-ci maddəsinə əsasən, bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi. Həmin Məcəllənin 292-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəllənin 294.1-ci maddəsinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 296.2-ci maddəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının əməkhaqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən bağlanılmış əmək müqaviləsinə xitam verilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinə əsaüsən, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Göründüyü kimi, qanunverici işçinin əmək müqaviləsinin ləğv edilməsi zamanı işəgötürənin və ya onun qanunvericiliyə uyğun səlahiyyət verdiyi rəhbər şəxsin üzərinə mühüm vəzifələr qoymuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Lakin iş materiallarından görünür ki, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişfı Xidmətinin 13 saylı X12 X2 Təşkilatının üzvü olsa da, onun işdən çıxarılması zamanı qanunvericiliklə müəyyən edilmiş tələblərə və qaydalara riayət edilməmiş, Həmkarlar İttifaqı təşkilatının razılığı alınmamışdır. Bundan başqa İddiaçı tərəfindən vəzifə təlimatları üzrə müşələrin qorunması və qeyri-qanuni hərəkətlər barədə vaxtında məlumat vermiş olsa da, onun hansı tələbləri kobud pozması qeyd edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəm hesab edir ki, İddiaçı cavabdeh Azərbycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti Bərdə regional X3rşı əmrin etibarsız hesab edilməsi və işə bərpa tələbi ilə məhkəməyə müraciət etməsində haqlı olmuş və bu səbəbdən də iddia tələbi həmin hissədə təmin edilməlidir. Həmçinin, işə götürən işçi ilə əmək müqaviləsinə xitam verən zaman Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin tələblərinə riayət etməmişdir. Belə ki, həmin maddədə göstərilir ki, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada - təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Beləliklə məhkəmə hesab edir ki, işçinin işdən azad edilmə ilə bağlı əmr qanunamüvafiq qaydada rəsmiləşdirilmədiyindən qanunsuz hesab edilərək ləğv edilməlidir. Məhkəmə iddia tələbinin “məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia həmin hissədə də təmin edilməlidir. Belə ki, iddiaçının işdən çıxarılma ilə bağlı əmri qanunsuz hesab edilərək ləğv edildiyindən onun işə bərpa olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə əmək haqqı da ödənilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qaydada olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, iddiaçı öz iddia tələbində haqlıdır və iddia təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı cavabdeh Azərbycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti Bərdə regional X3rşı əmrin etibarsız hesab edilməsi və işə bərpa, əmək haqqı tələbinə dair iddiası təmin edilsin. İddiaçı Əhmədzadə X7 Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti X24 X4 meşəbəyliyinin 1 saylı dolayında meşə gözətçisi vəzifəsinə bərpa edilsin. İddiaçı məcburi işburaxma dövrü üçün ödənilməyən əmək haqları hesablanaraq ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
HakimElsun Əhmədov