Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2757/2024 25.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif qızı Tağıyevin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla “Doğum faktının müəyyən edilməsi” tələbinə dair mülki işə 25 sentyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 22 fevral 2023-cü il tarixdə Bərdə şəhərində anadan olmuş X4 doğum faktının müəyyən olunmasına, X2, anası Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onlar həyat yoldaşı X9 il 30 may 2022-ci il tarixdə qeyri-rəsmi olaraq ailə həyatı qurub evlənmişlər. Onların birgə yaşayış dövründə 2(iki) övladları anadan olmuşdur. Lakin onlar baş qarışıqlığından 22 fevral 2023-cü il tarixdə Bərdə şəhərində anadan olmuş X6 doğum haqqında şəadətnamə ala bilməmişlər. Hal-hazırda onlar övladlarına doğum haqqında şəhadətnamə almaq istiyirlər.Onlar övladlarına doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişlər, orda isə onlar bildirdilər ki, məhkəməyə müraciət etməlidir. Bu faktı aşağıdakı şahidlərdə təstiq edə bilərlər.
1. X10
2. X11 Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X7 göstərdi ki, Ərizəçi atasıdır. X1 22 fevral 2023-cü il tarixdə doğulmuşdur və Bərdə rayonu Göyüşlü kəndində yaşayır. Məhkəmə iclasında şahid qismində izahat verən X13 göstərdi ki, Ərizəçi qohumdur. X12 22 fevral 2023-cü il tarixdə doğulmuşdur və Bərdə rayonu Göyüşlü kəndində yaşayır. Məhkəmə iclasında şahid qismində izahat verən X5 göstərdi ki, Ərizəçi qohumdur. X12 22 fevral 2023-cü il tarixdə doğulmuşdur və Bərdə rayonu Göyüşlü kəndində yaşayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Maraqlı şəxs tərəfindən verilmiş 19 iyul 2024-cü il tarixli 3-16-5/8-15-377/2024 saylı məktubdan görünür ki, doğum faktını təsdiq edən sənədin olmamasını nəzərə alaraq, Qeydiyyat şöbəsində Ərizəçi tərəfindən verilmiş ərizənin təmin edilməsi mümkün deyildir. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.2006-cı il tarixdə anadan olmuşdur. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.2000-cı il tarixdə anadan olmuşdur. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 18- 1-28/2-1381/2024 nömrəli məktubdan görünür ki, Ərizəçi deməsinə görə X9 ilə birgə yaşayış dövründən olan xx.xx.2023-cü il tarixdə anandan olmuş Quliyev ------- Zümrüd oğlu Bərdə RMX-nin Ailə Sağlamlıq Mərkəzində xx.xx.2024-cü il tarixdə qeydiyyata götürülmüşdür. Həkim pediatr tərəfindən müayinə olundu və praktik sağlam olması təsdiq olunmuşdur. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Bərdə rayon X8 Hüquqi şəxsin arayışından görünür ki, xx.xx.2023-cü il tarixdə anadan olmuş oğlan uşağı Quliyev ------- Zümrüd oğlu hal-hazırda yaşayır və həkim pediatr müayinəsindən keçərkən sağlam olduğu müəyyən edilmişdir. 22 iyul 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, Ərizəçi məhkəməyə ərizə verməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edildi ki, X12 22 fevral 2023-cü ildə anadan olmuşdur. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin xx.xx.2024cü il tarixli 18-1-28/2-1381/2024 nömrəli məktubdan da görünür ki, Ərizəçi deməsinə görə X9 ilə birgə yaşayış dövründən olan xx.xx.2023-cü il tarixdə anandan olmuş Quliyev ------- Zümrüd oğlu Bərdə RMX-nin Ailə Sağlamlıq Mərkəzində xx.xx.2024-cü il tarixdə qeydiyyata götürülmüşdür Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.3-cü maddələrinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında iştirak edən X9 həyat yoldaşı Ərizəçi ilə rəsmi nikah olmadan ailə münasibətlərinə daxil olduğunu, onların birgə ailə həyatından 22 fevral 2023-cü il tarixdə X3 anadan olduğunu bildirmişdir. İstinad edilən qanunvericilik normalarının tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, X4 22 fevral 2023-cü il tarixdə Bərdə rayon Göyüşlü kəndində anadan olması, onun atasının X9, anasının isə Ərizəçi olması faktı ərizəçinin, habelə şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə tamamilə təsdiq olunduğundan ərizə təmin edilməli, X4 22 fevral 2023-cü il tarixdə Bərdə şəhərində doğulması, atasının X9, anasının isə Ərizəçi olması faktı müəyyən olunmalıdır. Mübahisənin gerçək hallarından görünür ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə özünə doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, Ərizəçi öz tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, ərizəçi məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 100 manat dövlət rüsumu ödəmiş, hesab olunur ki, həmin rüsum iddiaçının özünə aid edilməlidir. MPM-in 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qətetdi:
1. Ərizə təmin edilisin.
2. X4 22 fevral 2023-cü il ildə Bərdə şəhərində doğulması, atasının X9, anasının isə Ərizəçi olması faktı müəyyən edilsin.
3. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin.
4. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verə bilərlər.
Hakim: Ziya Abdullayev