Məhkəmə qərarları › İş №2(021)-2762/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2762/2021

08.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2762/2021 08.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Cavabdeh qarşı zəbt edilmiş ərazinin boşaldılması tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin İnzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Cavabdeh zəbt edilmiş torpaq sahəsinin boşaldılması, gələcəkdə yaranacaq süni maneələrin aradan qaldırılması, əldən çıxmış 50.400 manat bəhərin (faydanının), 10 000 manat maddi zərərin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun caabadeh Cavabdeh Ələkbər oğlundan tutularaq onlara ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışdır ki, 26 iyun 1997-ci il tarixdə Bərdə Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə İddiaçı1 və Babayeva Gülnarə Həmid qızına Bərdə rayonunun Soğanverdilər kəndinin ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1.28 hektar torpaq sahəsi verilərək, torpaq sahəsi ilə bağlı JN-228 kod 61000088 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Buna baxmayaraq bu müddət ərzində qeyd olunan torpaq sahəsi qohumları olan cavabdeh tərəfindən zəbt olunaraq istifadə olunmuşdur, orada yonca əkib becərmişdir. Qeyd edilən torpaq sahəsini özlərinin əkib becərmək istədiyini cavabdehə dəfələrlə bildirsələr də, sonuncu müxtəlif bəhanələrlə torpağın qaytarılmasından boyun qaçırmış, onları hədələmişdir. 29 iyun 2001-ci il tarixdə təkrarən bu barədə cavabdeh Quliyev Xanəli Əkbər oğluna müraciət ediblər, lakin sonuncu torpağın verilməsindən imtina etmişdir, orada mübahisə yaratmış, onları döyüb xəsarət yetirmişdir. Həmin hadisə ilə əlaqədar olaraq Bərdə rayon Polis Şöbəsində qanuna müvafiq olaraq araşdırma aparılmışdır. Lakin buna baxmayaraq hal-hazırda onlara məxsus olan torpaq sahəsi cavabdehin istifadəsində qalmaqdadır. Onlar yaranmış mübahisənin məhkəmədən kənar həlli istiqamətində gördükləri bütün tədbirlər bir nəticə vermədiyindən hesab edirlər ki, yaranmış mübahisənin həlli, yalnız qanunvericilikdə göstərilən qaydada məhkəmə vasitəsi ilə həyata keçirə bilər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Cavabdeh 1997-2021-ci illərdə, 21 il ərzində onların torpağından istifadə etməsi nəticəsində onlara 50.400 manat ziyan dəymidir, belə ki, öz torpaqlarından istifadə edə bilməsələr də 1.28 hektardan 1 ilə 600 ədəd, 21 ildə isə 12600 ədəd yonca kipi əldə edərdilər, yonca kipinin 1 ədədinin qiyməti 4 manat olduğundan əldə edəcəkləri qacan 50.400 manat olacaqdı. Eyni zamanda 21 il ərzində torpaq sahəsinin istifadəsi nəticəsində torpaq qismən yararsız vəziyyətə gətirilmişdir. Torpaq sahəsini istifadəyə yararlı hala gətirmək üçün 10.000 manatdan artıq pul lazımdır. Nəticə olaraq, cavabdeh əlavə olaraq onlara 10.000 manat maddi ziyan vurmuşdur. Daha sonra İddiaçı1 və İddiaçı2 məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh onların mülkiyyətində olan qanunsuz zəbt etdiyi torpaq sahəsindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar Hüseynova Qənirə Ələkbər qızı və İddiaçı2 Həmid qızı iddianı müdafiə edərək, cavabdeh Cavabdeh Ələkbər oğlunun onların torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, torpağı zəbt etməyib. Əgər zəbt etmişdirsə niyə bu vaxta qədər tələb etmirdilər. Torpağa heç bir madi ziyan vurmamışdır. İddiaçılara məxsus torpaq sahəsini əkib-becərir. Hal-hazırda 1,28 ha torpaq sahəsinin iddiaçılara verilməsindən imtina etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx xxxx 1978-ci il tarixdə Tərtər rayonu Köçərli kəndində anadan olmuşdur. Ağcəbədi rayonu Hindarx qəsəbəsində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx xxxxxx 1952-ci ildə Bərdə rayonu Soğanverdilər kəndində doğulmuş, Bərdə rayonu, Soğanverdilər kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş JN 228 KOD 61000088 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar islahat Komissiyasının 04 dekabr 1996-cı il tarixli 04 saylı qərarı ilə İddiaçı1 qızna və X2 1.28 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş dövlət reysterindən çıxarışın surətindən müəyyən olunur ki, Bərdə rayonu Soğanverdilər kəndində 1,28 ha torpaq sahəsinə İddiaçı1 və İddiaçı2 mülkiyyət hüquqları qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Seriya AZE № 16833308 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 08 iyun 1982-ci ildə Ağcəbədi rayonu Hindarx kəndində doğulmuş, Ağcəbədi rayonu, Hindar qəsəbəsindən qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı X5 29 iyul 2021-ci il tarixli, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarının surətindən müəyyən olunur ki, Quliyev Tamerlan Xanəli oğlunun və Cavabdeh olunun əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddısinin tərkibi olduğundan barələrində həmin maddə ilə inzibati xətalar haqqında iş üzrə icraat başlanılması üçün qərarın surəti şöbəsinin İTB-nə göndərilmişdir. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, cavabdeh Cavabdeh iddiaçıların pay torpaq sahəsini zəbt etməsi sübuta yetirilmişdir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 29 iyul 2021-ci il tarixli qərarda izahat verən X3 və Cavabdeh izahatlarında İddiaçı1 və İddiaçı2 mülkiyyətlərində olan Bərdə rayonu Soğanverdilər kəndində 1,28 ha torpaq sahəsindən Cavabdeh istifadə etməsi faktı təsdiq edilmişdir. Bunda başqa Cavabdeh həmin faktı məkhəmə iclasında da etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə mövcud sübutları müqayisəli qaydada təhlil edərək müəyyən etdi ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətlərində olan Bərdə rayonu Soğanverdilər kəndində 1,28 ha torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X4 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiaları təmin edilməli və iddiaçıların mülkiyyətlərində olan Bərdə rayonu Soğanverdilər kəndində 1,28 ha torpaq sahəsini qanunsuz zəbt etmiş cavabeh Cavabdeh həmin torpaq sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçılar Hüseynova Qənirə Ələkbər qızının və İddiaçı2 Həmid qızının Cavabdeh Ələkbər oğluna qarşı “torpaqdan çıxarılma” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh iddiaçılar İddiaçı1 qızının və İddiaçı2 mülkiyyətlərində olan Bərdə rayonu Soğanverdilər kəndində 1,28 ha torpaq sahəsindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar