Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-277/2023 04.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı Bərdə rayonu, Gərənə kəndində yerləşən, xüsusi mülkiyyətlərinə verilmiş, 2.31 ha pay torpaq sahəsindən cavabdeh X4 çıxarılmasına, onun həmin torpaq üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsi tələbinə dair iddia üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inizbati binasında işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X6 qarşı məhkəmədə iddia qaldıraraq Bərdə rayonu, Gərənə kəndində yerləşən,xüsusi mülkiyyətlərinə verilmiş, 2.31 ha pay torpaq sahəsindən cavabdeh X4 çıxarılmasına, onun həmin torpaq üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə Bərdə rayon Aqrar islahat Komissiyasının qərarına əsasən Bərdə rayon Gərənə kəndində 2.31 ha pay torpaq sahəsi verilmiş, həmin torpağın hüquqi sahibi kimi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən onun adına reyestr nömrəli **********241, qeydiyyat nömrəsi ********** olan, 17 noyabr 2019-cu il tarixli çıxarış da verilmişdir. İstifadələrində olan pay torpaq sahəsini satmaq istəyərkən məlum olmuşdur ki, həmin torpaq sahəsi onlara məxsus deyil. Onların torpaq sahələri başqa sahədə yerləşir, məhz bu səbəbdən Bərdə rayon DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinə və Torpaq və kadastr idarəsinə müraciət etmişlər. Yuxarıda qeyd edilən torpaq sahəsi onlara tanıdılmış, lakin torpaq sahələri ünvan 1 ünvanda yaşayan X4 istifadəsində olduğu üçün torpaq sahələrinə sahib çıxa bilməmişlər. Onlar tərəfindən aparılmış tədbirlər heç bir nəticə verməmişdir, cavabdeh X10 2.31 ha pay torpaq sahəsindən çıxmamış, onların torpaq üzərində sahiblik və istifadə hüquqlarını pozmuşdur. Bu səbəbdən də torpaqdan istifadə hüquqlarını həyata keçirdə bilmirlər,bununla bağlı aidiyyatı orqanlara və cavabdehə müraciət etsə də nəticəsi olmamışdır. Odur ki, Bərdə rayonu, Gərənə kəndində yerləşən, xüsusi mülkiyyətlərinə verilmiş 2.31 ha pay torpaq sahəsindən cavabdeh X4 çıxarılmasına, onun həmin torpaq üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsinə dair məhkəmə qətnaməsinə ehtiyacı vardır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X11 iddia ərizəsinə uyğun izahat vermiş, iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh X6 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh X4 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxx 1966-cı ildə Bərdə rayonu, Ərəblər kəndində doğulmuşdur, Bərdə rayonu, Gərənə kənddə qeydiyyatdadır. İş materiallarında olan**********qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Ryestrindən Çıxarışın suurətindən müəyyən olunur ki, İddiaçı mülkiyyətinə Bərdə rayonu, Gərənə kəndində 2.31 ha torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarında olan 25 iyul 2022-ci il tarixli aktdan müəyyən oluunur ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsi naturada özünə tanıdılmışdır. İş materiallarında olan Bərdə Rayon Güloğlullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 861 nömrəli, 12 iyul 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Bərdə rayonu, Gərənə kəndində yaşayır. İş üzrə Bərdə Rayon Məhkəməsinin 2(021)-3333/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qərardadı ilə torpaqşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş rəydə göstərilmişdir ki, mübahisənin predmetini təşkil edən 0.20 ha torpaq sahəsi ləğv edilmiş DT və XK-nın Bərdə rayon şöbəsi tərəfindən tərtib edilmiş JN 583Z nömrəli, 07 fevral 2000-ci il tarixli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X14 və onun ailə üzvlərinə məxsusdur, 583Z nömrəli Dövlət aktına əsasən 0.20 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq 22 iyun 2020-ci il tarixli **********14 reyestr nömrəli çıxarış verilmişdir, X7 və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi ilə hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində çıxarışa əsasən X5 və ailə üzvlərinin mükiyyətində olan torpaq sahəsi üst-üstə düşmür, X8 məxsus fərdi yaşayış evinin arxa hissəsində yerləşən 2.0 metr enində 14.2 metr uuzunluğunda mülkiyyətində olan torpaq sahəsi X12 tərəfindən zəbt edilmişdir, həmin torpaq sahəsi 13 oktyabr 2008-ci il tarixli 6385 invertar nömrəli texniki pasporta əsasən X7 mülkiyyətində olan torpaq sahəsidir. İş üzrə Bərdə Rayon Məhkəməsinin 2(021)-315/2021 saylı, 12 mart 2021-ci il tarixli qərardadı ilə təkrar torpaqşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş rəydə göstərilmişdir ki, Gərənə kəndində, ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan mübahisəli 2.31 ha pay torpaq sahəsinin kordinatları naturada müəyyən edilərək məlum olmuşdur ki, həmin torpaq sahəsi, hal-hazırda cavabdeh X10 tərəfindən bütövlüklə istifadə olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3)bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir(ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı«İnsan hüquqları və X13 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və X13 haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X13 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı torpaqdan çıxarılma tələbinə dair iddiası təmin edilməlidir. Azərbaycan Rspublikasının Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdeh X2 alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddiaçı cavabdeh X6 qarşı Bərdə rayonu, Gərənə kəndində yerləşən, xüsusi mülkiyyətlərinə verilmiş, 2.31 ha pay torpaq sahəsindən cavabdeh X4 çıxarılmasına, onun həmin torpaq üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh X1 rayonu,Gərənə kəndində, ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan 2.31 ha torpaq sahəsindən çıxarılsın və İddiaçı həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüququ bərpa edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdeh X2 alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-277/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-277/2023
04.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver