Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2770/2025 18.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə və Maraqlı şəxs1nə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə QƏTNAMƏ Açar sözlər: hüquqi əhəmiyyətli fakt, hüquq müəyyənedici sənəd Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə və Maraqlı şəxs1nə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İ. Mülki işin mahiyyəti Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən Seriya RX No0884882 olan Çıxarışın onlara X9 (ölmüşdür), Ərizəçi3, Ərizəçi1, Ərizəçi2 məxsus olması və xx.xx.1988-ci il tarixli 08 nömrəli Nikah akt qeydində və doğum haqqında şəhadətnamədə səhvən qeyd edilən X5, yəni X12 olması faktının müəyyən edilməsinə dair dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçilər ərizəni belə əsaslandırmışdırlar ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının Qərarına əsasən onlara X9 (ölmüşdür), Ərizəçi3, Ərizəçi1, Ərizəçi2 Bərdə rayon Mollalı kəndində 2,2 ha pay torpaq sahəsi verilmişdir. X11 Mənsimov xx.xx.2024-cü il tarixdə ölmüşdür. Qeyd edilən torpağa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən Seriya RX N0884882 olan Çıxarış da alınmışdır. Həmin torpaq onların sahibliyində və istifadəsində olsa da torpaq üzərində sərəncam hüquqlarını həyata keçirə bilmirlər. Belə ki, çıxarışda payçılardan Ərizəçi3 adı səhvən "İmməhani” kimi, mərhum X6 ata adı Əkbər qeyd edilsə də, onun doğum haqqında və nikah haqqında şəhadətnamələrində ata adı “Əfkər” kimi qeyd edilmişdir. Odur ki, Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən Seriya RX №0884882 olan Çıxarışın onlara -X9 (ölmüşdür), Ərizəçi3, Ərizəçi1, Ərizəçi2 məxsus olması və xx.xx.1988-ci il tarixli 08 nömrəli Nikah akt qeydində və doğum haqqında şəhadətnamədə səhvən qeyd edilən X5, yəni X12 olması faktının müəyyən edilməsinə dair məhkəmə aktına ehtiyacı var. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. Daha sonra ərizəçilər Ərizəçi1 məhkəməyə ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin də maraqlı şəxs qismində cəlb olunmasını xahiş etmişdir. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında Ərizəçi1 ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, babasının adı Əkbər olub. Doğum haqqında akt qeydində və nikah haqqında şəhadətnamədə yanlışlıqla Əfkər kimi qeyd olunub. Vərəsəlik işi ilə bağlı babasının adının Əkbər olması barədə məhkəmə qətnaməsinin olması vacibdir. Babası Bərdə rayonu, Mollalı kəndində yaşamışdır. Məhkəmə iclasında Ərizəçi2 ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi3 ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəflər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə və Maraqlı şəxs1nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq nümayəndənin iştirakrı olmadan baxılmasını mümkün hesab etmişdir. İİİ. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: Seriya AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi3 xx.xx.1964-cü ildə anadan olmuşdur. Bərdə rayon Mollagüllər kəndində qeydiyyatdadır. Seriya AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx.xx.1991-ci ildə anadan olmuşdur. Maraqlı şəxs1 tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli №102-05/69 nömrəli Arayışdan görünür ki, X13 ilə Ərizəçi3 Əliheydr qızı arasında nikah haqqında xx.xx.1988-ci il tarixdə 08 nömrəli akt qeydi tərtib olunmuşdur. Az-İİ №434531 nömrəli Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.2024-cü il tarixdə ölmüşdür. XİV-ЖГ №375708 nömrəli Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi1 xx.xx.1989-cu il tarixdə doğulmuşdur. X3, anası Ərizəçi3 kimi qeyd olunmuşdur. АЭ №266841 nömrəli Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 xx.xx.1962-ci il tarixdə vəfat etmişdir. X4, anası X8 qeyd olunmuşdur. XVİ- ЖГ №259535 nömrəli Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi2 xx.xx.1991-ci il tarixdə doğulmuşdur. X3, anası X1 qeyd olunmuşdur. **********19 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bərdə rayon Mollalı kəndində yerləşən 2.20 ha torpaq sahəsi X2, Ərizəçi1, Ərizəçi2 və X6 ümumi birgə mülkiyyətindədir. Bərdə Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X9 aid xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: arvadı-Ərizəçi3, oğlu-Ərizəçi1, oğlu-Ərizəçi2. Maraqlı şəxs1 tərəfindən Ərizəçi1 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ərizəçi atasının doğum və nikah akt qeydində yanlışlığın düzəldilməsi ilə bağlı müraciət etmiş, lakin imtina olnaraq, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, ərizə iki hissədən -Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən Çıxarışın şəxsə məxsus olması və nikah akt qeydində və doğum haqqında şəhadətnamənin şəxsə məxsus olması hissələrindən ibarətdir. Məhkəmə qeyd edir ki, ərizə nikah akt qeydində və doğum haqqında şəhadətnamənin şəxsə məxsus olması hissəsində təmin oluna bilməz. Belə ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il Qərarının 6.2-ci bəndində göstərilir ki, eyni bir şəxsin adının, ata adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, **********19 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda yanlışlıqla mülkiyyətçi- Ərizəçi3 adı “X7” kimi qeyd olunmuşdur. Belə olan halda **********19 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdakı “X7” yazısının mülkiyyətçi Ərizəçi3 məxsus olması faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə qismən təmin edilsin. **********19 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdakı “X7” yazısının mülkiyyətçi Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-2770/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2770/2025
18.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver