Məhkəmə qərarları › İş №2(021)-2771/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2771/2021

08.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2771/2021 08.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi qızının iştirakı ilə, Ərizəçi qızının doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi qızı ərizə ilə məhkəməyə müraciət edərək 13 aprel 2018-ci il tarixdə Bərdə şəhərində anadan olmuş Ələkbərov MehdiHüseyn Hilal oğlunun doğum faktının müəyyən olunmasına, atası X6, anası Ərizəçi Novruz qızı olması faktının edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qızı ərizəsini onunla əsaslandırmışdır ki, onlar həyat yoldaşı X6 ilə 2008-ci il tarixdə qeyri-rəsmi ailə qurub evlənmişlər. Nikahlarını 13 yanvar 2010-cu il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 4 övladları anadan olmuşdur. Lakin baş qarışdığından 13 aprel 2018-ci il tarixdə Bərdə şəhərində anadan olmuş Ələkbərov MehdiHüseyn Hilal oğluna doğum haqqında şəhadətnamə ala bilməmişlər. Hal-hazırda övladlarına doğum haqqında şəhadətnamə almaq istəyirlər, buna görə Bərdə rayon Qeydiyyat Şöbəsinə müraciət etmişlər. Orda isə onlara bildiriblər ki, məhkəməyə müraciət etməlidirlər. Məhkəmə iclasında Ərizəçi qızı ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən Ələkbərova Aygün Qabil qızı göstərdi ki, Ərizəçi qızı qardaşı arvadıdır. X1 ilə Ərizəçi birgə nikahlarından 4 uşaqları var, uşaqlardan Ələkbərov MehdiHüseyn Hilal oğluna baş qarışıq olduğundan doğum haqqında şəhadətnamə almayıblar. İndi uşağa doğum haqqında şəhadətnamə almaq üçün Bərdə Rayon Qeydiyyat Şöbəsinə müraciət etsələr də, orada onlara məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. Məhkəmə iclasında şahid Bədirova Balaxanım Heydər qızı şahid X3 izhatına uyğun izahat verdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olabn Asan-Bərdə tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu, Qasımbəyli kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxx 1987-ci ildə Bərdə rayonu, Qasımbəyli kəndində doğulmuşdur, Bərdə rayonu Qasıbəyli kəndində qeydiyyatdadır. İş materiallarında olan AA2017438 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ələkbərov Hilal Qabil oğlu 19 fevral 1983-cü ildə doğulmuşdur. İş materiallarında olan Bərdə rayon Mərkəzi Xəstəxanası, Publik Hüquqi şəxsi tərəfindən verilmiş 520 nömrəli, 14 iyul 2021-ci il tarixli məktubdan müəyyən olunur ki, Ərizəçi deməsinə görə Ələkbərov Hilal Qabil oğlu və Ələkbərova Cəmalə Novruz qızının birgə nikah dövründə dünyaya gəlmiş 13 aprel 2018-ci il təvəllüdlü Ələkbərov ------ Hilal oğlu Bərdə İSXnın Ailə Sağlamlıq MərkəzindəHəkim Pediatr tərəfindən qeydiyyata götürülmüşdür, uşaq pediatr tərəfindən müayinə olunmuşdur, tam sağlam olması təsdiq olunmuşdur. İş materiallarında olan AZ-İ 556538 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 ilə Bədirova Cəmalə Novruz qızı 13 yanvar 2010-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçmilər. İş materiallarında olan 02 avqust 2021-ci il tarixıi, 497-05/15 nömrəli məktubdan müəyyən olunur ki, Ərizəçi müraciətinə, doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi cavabı verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, Ərizəçi qızının bir oğlan övladı olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Ərizəçi qızının 13 aprel 2018-ci ildə Bərdə rayonunda bir oğlan uşağının doğulması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən doğum tarixli 13 aprel 2018-ci il, doğum yeri Bərdə rayonu, ata qrafasında X6, ana qrafasında Ərizəçi qızı yazılsın. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar