Məhkəmə qərarları › İş №2(021)-2773/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2773/2021

02.09.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2773/2021 02.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X1 oğlunun katibliyi, iddiaçı Mustafayeva Mətanət Cabir qızının , Cavabdeh qızının iştirakları ilə , İddiaçı İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının çıxarılması ” tələbinə dair mülki işə baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə şəhərində yerləşən ona məxsus fərdi yaşayış evindən Cavabdeh məxsus cehiz əşyalarının çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdeh qızı məhkəmə iclasında ərizə təqdim edərək, işin mahiyyəti üzrə baxılmasına etirazı olmadığını bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Ərizələri nəzərə alan məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının çıxarılması ” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının çıxarılması ” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və və iddia ərizəsinə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bərdə rayon Məhkəməsinə şikayət verilə bilər. Bərdə rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(021)-880/21 saylı qərardadına əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Sizə geri qaytarılır. Qoşma: Qərardad surəti, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar