Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2776/2021 20.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi qızının iştirakı ilə, Ərizəçi Ərizəçi qızının maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 06 mart 2014-cü il tarixdə Bərdə rayonunda anadan olmuş X8, 05 sentyabr 2016-cı il tarixdə Bərdə rayonunda anadan olmuş X1 doğum faktının müəyyən edilməsinə, atalarının X10 oğlu, analarının Ərizəçi qızı olmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X16 oğlu ilə 2013-cü ildə qeyri-rəsmi olaraq ailə qurmuşlar. Nikahlarnı 17.07.2021-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 06 mart 2014-cü il təvəllüdlü Əsəd və 05 sentyabr 2016-cı il təvəllüdlü Şirinxanım adlı iki uşaqları anadan olmuşdur. Lakin bu günə qədər doğum haqqında şəhadətnamə ala bilməmişlər. Bu barədə Bərdə rayon Qeydiyat Şöbəsinə müraciət etdikdə məhkəməyə müraciət etmələri məsləhət görülmüşdür. Göstərilənləri nəzərə alaraq ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Ərizəçi qızı ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsi məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Seriya AZE № 16438958 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X11 26.12.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhər Bakıxanov qəsəbəsi, Sülh küçəsi 8, inzibati bina qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Hüseynalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 338 saylı, 02.08.2021-ci il tarixli arayışdan görünür ki, X11 Bərdə rayon Hacılar kəndində yaşayır. İş materiallarına əlavə edilmiş AZ-İİ № 454513 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X11 ilə Ərizəçi qızı 17.07.2021-ci il tarixdə 4 saylı Bakı “ASAN Xidmət” X7 1397 saylı akt qeydi ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Əsədova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon Doğumevi tərəfindən verilmiş Dəyişmə vərəqindən görünür ki, Ərizəçi qızı 09.09.2016-cı il tarixə uşağı dünyaya gətirmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon Doğumevi tərəfindən verilmiş Dəyişmə vərəqindən görünür ki, Ərizəçi qızı 06.03.2014-cü il tarixə uşağı dünyaya gətirmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon X2 tərəfindən verilmiş 539 saylı Tibbi Arayışda qeyd olunur ki, 05.09.2016-cı il təvəllüdlü Yahyayeva ........ Aygün qızına ”sağlam” diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon X2 tərəfindən verilmiş 538 saylı Tibbi Arayışda qeyd olunur ki, 06.03.2014-cü il təvəllüdlü Yahyayev ........ Aygün oğluna ”sağlam” diaqnozu qoyulmuşdur İş materiallarına əlavə edilmiş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 27.07.2021-ci il tarixli məktubdan görünür ki, Ərizəçi övladlarının doğumun qeydə alınması barədə həmin orqana müraciət etmiş, lakin ərizəsi təmin olunmamış və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, X11 06.03.2014-cü il təvəllüdlü Əsədin və 09.09.2016-cı il təvəllüdlü Şirinxanımın atası olmasını etiraf etmişdir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, ərizəçi tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında iştirak edən X11 ərizə təqdim edərək bildirdi ki, Ərizəçi ilə 2013-cü il el adəti ilə evlənmişlər, nikahlarını 2021-ci ildə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından Əsəd və Şirinxanım adlı övladıları vardır. Lakin bu günə qədər doğum haqqında şəhadətnamə almamışlar. Ərizəçi ərizəsinin təmin olunmasını xahiş etdi. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçi Ərizəçi qızı ilə X11 qeyri- rəsmi olaraq ailə qurmuşlar. Nikahlarını 17.07.2021-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 06.03.2014-cü il təvəllüdlü Əsəd və 05.09.2016-cı il təvəllüdlü Şirinxanım adlı iki uşaqları anadan olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, X12 06 mart 2014-cü il tarixdə Bərdə rayonunda və X4 05 sentyabr 2016-cı il tarixdə Bərdə rayonunda anadan olmuşdur. X6, anası Ərizəçi qızıdır. X8 doğum tarixinin “06 mart 2014-cü il, doğum yerinin Bərdə rayonu olması, X1 doğum tarixinin “05 sentyabr 2016-cı il, doğum yerinin Bərdə rayonu olması, atalarının X11, analarının Ərizəçi qızı olması faktı faktı müəyyən edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi qızına aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X8 06 mart 2014-cü ildə Bərdə rayonunda anadan olması, atasının X11, anasının Ərizəçi qızı olması faktı müəyyən edilsin. Əsədova Şirinxanım Vüqar qızının 05 sentyabr 2016-ci ildə Bərdə rayonunda anadan olması, atasının X11, anasının Ərizəçi qızı olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu Ərizəçi qızına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(021)-2776/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2776/2021
20.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver