Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-279/2024 23.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, İlk iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İlk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Əhmməd oğlunun, Cavabdeh X8 iştirakları ilə, İlk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Əhmməd oğluna, cavabdeh X11 qarşı torpaq sahəsi üzərində mülkiyyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsinə, torpaq sahəsindən çıxarılma və dəymiş ziyanın ödənilməsi, ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı X9 ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 qarşı alqı satqı müqaviləsinin bağlanmış hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inizbati binasında işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İlk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X12 və cavabdeh X11 qarşı torpaq sahəsi üzərində mülkiyyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsinə, torpaq sahəsindən çıxarılma və dəymiş ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı X21 ilk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 qarşı alqı satqı müqaviləsinin bağlanmış hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Bərdə rayonu Lənbəran kəndində 3,387130 ha torpaq sahəsi 10/16 hissə İddiaçı1, 5/16 hissə İddiaçı2nın və 1/16 nissə Rail Məmmədovanın mülkiyyətindədir. Sözügedən torpaq sahəsi onlara Bərdə rayon Aqrar İslahat Komissiyasının qərarı ilə verilmiş və mülkiyyət hüquqları 29 may 2019-cu il tarixdə **********51 saylı reyestr nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmaqla, ********** qeydiyyat nömrəsilə çıxarış verilmişdir. Həmçinin bununla bağlı, A 390610 saylı torpaq sahəsinin plan və ölçüsü də verilmişdir. Bundan başqa, Bərdə rayon Aqrar İslahat Komissiyasının 12 yanvar 1999-cu il tarixli, 01 saylı qərarı ilə iddiaçılardan İddiaçı3 mülkiyyətinə Bərdə rayonu Lənbəran kəndində 0,87 ha torpaq sahəsi də verilmişdir. Uzun illərdir hazır ki iş üzrə cavabdehlər X22 və Cavabdeh2 özbaşınalıq və qanunsuzluq edərək 24 ildən çoxdur onların ümumilikdə 4,26 ha torpaq sahəsinin 1,2 ha hissəsini qanunsuz olaraq əkib-becərərək qazanc əldə edirlər. 24 il ərzində orada müxtəlif kənd təsərrüfatı məhsulları əkib qazanmışlar. Özbaşınalıqlarının dayandırılması barədə haqlı tələblərimə əhəmiyyət verməyərək, hazırda mülkiyətlərində olan torpaq sahəsinə daxil olmağa, oradan istifadə etməyinə də maneə törədirlər. Qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia üzrə Cavabdeh2 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 göstərmişlər ki, guya o, və qardaşı Qaraş Hacıyev həmin qeyd edilən 1,2 hektar torpaq sahəsini özbaşına olaraq ələ keçirib qanunsuz əkib -becərmişdir. Əslində isə o, həmin 1,43 hektar sahəsini 01 avqust 2003-cü il tarixdə 1.000.000 manata ömürlük almışdır. Torpağın alınmasında qardaşı Qaraş Hacıyev, X4, qonşuları X5, mərhum anası X13, sabiq Lənbəran kənd ərazi vahidi üzrə nümayəndə X14, İddiaçı2 iştirak etmişdir. Qeyd etdiyi 1.000.000 manat pulu o, X4 və onun oğlu İddiaçı2 vermişdir. İddiaçılar qeyd etmişlər ki, guya onunla bərabər qardaşı Qaraş Hacıyev də həmin torpaqdan qanunsuz istifadə etmişdir. Əslində isə bu torpağın qardaşı Qaraş Hacıyevə heç bir aidiyyəti yoxdur. O, yalnız torpağın X4, X4 və İddiaçı2 tərəfindən ona satılmasında iştirak etmişdir. O, həmin torpağı zəbt etməmişdir, torpaqdan qanunsuz istifadə etməmişdir. Qeyd etdiyi kimi 1,43 hektar torpağı 1.000.000 manata X4 və onun oğlu İddiaçı2 almışdır. Bundan başqa o, torpağı iddiaçılardan alıb onlara 1.000.000 ( bir milyon ) manatı düzəldib verərkən 30 ( otuz baş ) baş qoyun satıb bu pulu düzəltmişdir. Qeyd etdiyi pul halhazırda dəyərdən düşmüşdür. Həmin pul hal-hazırda 12.000 ( on iki min) manata bərabərdir. Bundan başqa qeyd etdiyi 1,43 hektar sahəsində bir sıra işlər görmüşdür, belə ki, torpağın səthini hamarlatmışdır, vaxtlı-vaxtmda meneral kübrələrdən istifadə etməklə münbütləşdirib tam yararlı hala salmışdır. İndi cavabdehlər torpağın yararlı olduğunu görüb, fırıldaqla həmin torpağı ondan geri almaq istəyirlər, halbu ki, torpağı ona özləri satıblar, dəfələrlə sənədləşmə etməyi təklif edəndə isə ona bildiriblər ki, torpağı sənə satmağımızı danmırıq, lakin hər dəfə bir bəhanə ilə sənədəşmədən yayınıblar. Onun xəbəri olmadan ona satdıqları torpaq sahəsinə Dövlət Reyestrindən çıxarış alıblar. Halbu ki, torpaq bu gündə onun istifadəmdəsindir. O, imkanı olmadığından torpağın alınmasını rəsmləşdirə, reystrdə qeydiyyata aldıra bilməmişdir. Hal-hazırda həmin reyestrdən çıxarışın ləğv edilməsi və onunla cavabdehlərin arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini istəyir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 ilkin iddia ərizəsinə uyğun izahat vermiş, lakin iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Torpaq sahəsi satılsa da, hazırda özlərinin torpağa ehtiyacları olduğundan torpağı geri qaytarmaq istəyirlər. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək, qarşılı iddia ərizəsinə uyğun izahat verərək, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh X22 iddianı üəbul etməyərək, təmin edilməməsini ahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmidir ki, trəflərin hər ikisini də tanıyır, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 öz mülkiyyətlərində olan torpaq sahəsini 2003-cü ilə həmin dövrün pulu ilə 1.000.000 manata onun da şahidliyi ilə Cavabdeh2 satıblar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 öz mülkiyyətində olan torpa sahəsini 2003-cü ildə 1.000.000 manata Cavabdeh2 satmışdır, alqi-atqı zamanı o, da iştirak etmişdir, həmin dövrdə o, Lənbəran kənd icra nümayəndəsi vəzifəsində işləmişdir, Cavabdeh2 pulu onun yanında İddiaçı2 və İddiaçı3 vermişdir. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadəsini dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia tələbi rədd, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X17 xx xxxx 1952-ci ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Lənbəran kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 151333 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı3 xx xxxx 1981-ci ildə doğulmuşdur, Bərdə rayonu, Bərdə rayonu, Lənbəran kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı2 xx xxxxxx 1979-cu ildə doğulmuşdur, Bərdə rayonu, Lənbəran kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 08095989 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh2 27 fevral 1960-cı ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Lənbəran kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 06421026 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X14 01 noyabr 1955-ci ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Lənbəran kəndində qeydiyyatdadır İş materiallarında olan AZE 15310344 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X5 01 yanvar 1965-ci ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Lənbəran kəndində qeydiyyatdadır İş materiallarında olan Bərdə rayonu, Lənbəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 844 saylı, 26 sentyabr 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı2 Bərdə rayonu Lənbəran kəndində yaşayır. İş materiallarında olan Bərdə rayonu, Lənbəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 854 saylı, 27 sentyabr 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı1 Bərdə rayonu Lənbəran kəndində yaşayır. İş materiallarında olan Bərdə rayonu, Lənbəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 855 saylı, 27 sentyabr 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı3 Bərdə rayonu Lənbəran kəndində yaşayır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı1, İddiaçı3, İddiaçı2 ümumi birgə mükiyyətinə, Bərdə rayonu, Lənbəran kəndində ümuumilikdə 3.387130 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarında olan Torpağa Mülkiyyət Hüququna dair JN 978 KOD 61000048 Dövlət Aktndan müəyyən olunur ki, İddiaçı3 mülkiyyətinə Bərdə rayon Aqrar islahat Komissiyasının 12 yanvar 1999-cu il tarixli, 01 saylı qərarı ilə 0.87 ha kənd təsəərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında 01 avqust 2003-cü il tarixli aktdan müəyyən olunur ki, X3 və İddiaçı2 hər birinin 0.86 ha -0.57=1.43 ha torpaq sahəsini Cavabdeh2 satmaları aktlaşdırılmışdır. İş materiallarında olan Torpağa Mülkiyyət Hüququna dair JN 979 KOD 61000048 Dövlət Aktndan müəyyən olunur ki, X1, İddiaçı1, İddiaçı2, X2 mülkiyyətinə Bərdə rayon Aqrar islahat Komissiyasının 12 yanvar 1999-cu il tarixli, 01 saylı qərarı ilə qərarı ilə 3.39 ha kənd təsəərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, tərəflər məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu ödəmişlər. Hazırki mülki mübahisə ilə bağlı məsələni araşdıran məhkəmə aşağıdakı maddi, prosessual hüquq normalarını və Konstitusiya Məhkəməsinin mövqeyini qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında "Mülkiyyət" üçün mühüm və həlledici olan sözügedən marağın iqtisadi dəyəridir. Mülkiyyət özündə daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirir. Yəni, “maddi nemətlər”də (pul, əmlak və s.) mülkiyyət hüquqlarının hüdudları daxilində dəyərləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı iş üzrə tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni 24 iyun 2005-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən, əgər tərəflərdən biri notariat qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydada təsdiqlənməsi tələb edilmir. Həmin Məcəllənin 336.2-ci maddəsinə əsasən, əgər əqd lazımi formada bağlanmışsa, lakin tərəflərdən biri əqddən əmələ gələn hüquqların qeydiyyatından boyun qaçırırsa, digər tərəfin tələbi ilə məhkəmənin həmin hüquqların qeydə alınması barədə qərar çıxarmaq ixtiyarı vardır. Bu halda əqddən əmələ gələn hüquqlar məhkəmənin qərarına uyğun qeydə alınır. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.4-cü maddəsinə əsasən əgər əldə edən qanuni qüvvəyə minmiş məhkəmə qərarına və ya ona bərabər olan sənədə, o cümlədən notariat qaydasında təsdiqləməyə istinad edirsə, notariat qaydasında təsdiqləmə tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinin mahiyyətinə görə, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti üzrə” 31 may 2006-cı il tarixli Qərarında əqdin notarial formasına riayət edilməməsinin nəticələri ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumu hüquqi mövqeyini bir daha təsdiq etməklə qeyd etmişdir ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Bu məqam qanunvericiliklə yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranma əsaslarından biri də hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlərdir. İş materiallarından görünür ki, iddaçılara Bərdə Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə pay torpaq sahəsi verilmişdir və onlar həmin torpaq sahəsinin 1.43 ha hissəsini 2003-ci ildə Cavabdeh2 satmışdırlar. Bu fakt ilkin iddia üzrə iddiaçıların məhkəmədə verdiyi izahatında da öz təsdiqini tapmışdır. Belə ki, iddiaçılar izahatında bildirdi ki, torpaq sahəsini Cavabdeh2 satıblar. Lakin sonradan ataları Məmmədov Frunze vəfat etdiyindən həmin torpağın geri qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Bundan başqa Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”03 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “....Mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisəli torpaq sahəsi barəsində iddiaçıların atası X4, iddiaçı X7 və cavabdeh X18 arasında 01 avqust 2003-cü il tarixində alğı-satqı müqaviləsi bağlanmış və həmin vaxtdan etibarən torpaq sahəsi Cavabdeh2 aşkar sahibliyində və istifadəsində olmuşdur. Torpaq sahəsinə dair dövlət aktının əsli də ona təhvil verilmişdir. Bununla əlaqədar olaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 52-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır. İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir. Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Beləliklə, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyinəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir......” Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, belə ki, iş materiallarından da görünür ki, mübahisəli torpaq sahəsinin 2003-cü ildən ilk iddia üzrə cavabdehin istifadəsində olması, dəfələrlə sənədləşmə ilə bağlı təkliflərdən ilkin iddia üzrə iddiaçıların yayınması, mübahisəli torpaq sahəsi 2003-cü ildən etibarən cavabdehin istifadəsində olması və cavabdehlə həmin torpağa dair heç bir icarə müqaviləsi mövcud olmaması, bundan başqa iddiaçının özünün cavabdehə mübahisəli torpaq sahəsinin satmasını etiraf etməsi və atası vəfat etdikdən sonra məhkəmədə torpağın qaytarılması barədə iddia qaldırmasını etiraf etməsi artıq həmin mübahisəli torpaq sahəsinin ilkin iddia üzrə cavabdeh tərəfindən zəbt edilməməsinə və sonuncuya qanuni əsaslarla satılmasını bilavasitə təsdiq edən faktdır. Bundan başqa iş materiallarında olan aktdan da müəyyən olunur ki, aktda bilavasitə mübahisəli torpaq sahəsinin iddiaçıya icarəyə və ya istifadəyə verilməsi deyil, satılmağı qeyd edilmiş və həmin akt iştirakçılar tərəfindən imza edilmişdir. Həmin imzalayan şəxslər məhkmə iclas zalında həmin faktın doğruluğunu təsdiq etmişlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçılar iddia tələblərində haqlı olmadıqlarından ilkin iddia tələbi təmin edilməməli, ilkin iddia üzrə cavabdeh isə qarşılıqlı iddia tələbində haqlı olduğundan qarşılıqlı iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İlk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Əhmməd oğluna, cavabdeh X11 qarşı torpaq sahəsi üzərində mülkiyyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsinə, torpaq sahəsindən çıxarılma və dəymiş ziyanın ödənilməsi tələbinə dair ilk iddia təmin olunmasın. Qarşılıqlı iddia təmin edilsin. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Əhmməd oğlu ilə ilk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 arasında Bərdə rayonu Lənbəran kəndində yerləşən 1,43 hektar torpaq sahəsinə dair alqı satqı müqaviləsi bağlanmış hesab edilsin. İlk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh2 Əhmməd oğlu ilə ilk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 Bərdə rayonu Lənbəran kəndində yerləşən 1,43 hektar torpaq sahəsinə dair verilmiş ********** saylı 29 may 2019-cu il tarixli çıxarış etibarsız hesab edilsin. İlk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər tərəfindən ödənilmiş dövlət rüsumu onların özlərinə aid edilsin. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ilk iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 alınaraq ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Ənvər oğluna ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-279/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-279/2024
23.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver