Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2791/2022 25.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X2 iclas kаtibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı evə köçürmə və cavabdehin ona qarşı qeyri-qanuni hərəkətlərinin qadağan olunması tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun iki azyaşlı uşağı ilə birlikdə Bərdə rayon İmamqulubəyli kəndində yerləşən uşağı xx.xx.2012ci il təvəllüdlü X1 mülkiyyətində olan fərdi yaşayış evinə köçürülməsinə və Cavabdeh ona qarşı qeyri-qanuni hərəkətlərinə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı oğlu məhkəməyə ərizə verərək iddiasının baxılmamış saxlanmasını və sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianın baxılmamış saxlanmasına etiraz etmədi. Məhkəmə işdə olan sənədləri araşdırıb, iddiaçının ərizəsinə qiymət verib belə hesab edir ki, iddia ərizəsi MPM-nin 259.0.11-ci maddəsinin tələbinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalı və iddiaçıya geri qaytarılmalıdır. Belə ki, MPM-in 259.0.11-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı evə köçürmə və cavabdehin ona qarşı qeyri-qanuni hərəkətlərinin qadağan olunması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-2791/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2791/2022
25.08.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver