Məhkəmə qərarları › İş №2(021)-2792/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2792/2021

20.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2792/2021 20.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, İddiaçı Hafiz oğlunun Cavabdeh oğluna qarşı torpaq üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı İddiaçı Hafiz oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayonu, Otuzikilər kəndində yerləşən və mülkiyyətində olan 0.5322ha torpaq sahəsindən cavabdeh X1 çıxarılmasına və torpaq sahəsinin sagibliyinə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəməyə etiraz verərək, Bərdə rayon məhkəməsinin hakimi Elsun Əhmədovun icraatında olan onun cavabdeh X2 qarşı “torpaq üzrərində mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsinə hakim Elsun Əhmədonu baxmasına etiraz etmiş və etiraz ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi etirazı və mülki işin materiallarını araşdırıb hesab edir ki, İddiaçı sədrlik edən hakimə verdiyi etiraz baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 19-cu maddəsinə əsasən hakimin işə baxılmasına aşağıdakı hallarda yol verilmir: o, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə; O, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə; O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin mahiyyəti üzrə baxılmasında iştirak etmişsə; o, əvvəllər tərəflərdən birinin nümayəndəsi, yaxud vəkili olmuşsa və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə; o, məhkəmədə baxılan mübahisə üzrə əvvəllər tərəflər arasında mediasiya prosesində mediator kimi iştirak etmişdirsə; tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin və ya vəkilinin qohumudursa və ya qohumu olmuşsa; onun şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən etiraz edilmişsə, məhkəmə işdə iştirak edən şəxslərin fikrini, həmçinin etiraz olunan şəxs izahat vermək istəyirsə, onun izahatını dinləməlidir. İşə təkbaşına baxan hakimə etiraz edilməsi məsələsi məhkəmənin sədri tərəfindən həll edilir. Həmin Məcəllənin 21.2-ci etiraz etmə və ya özü-özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Sonradan etiraz etməyə və ya özü-özünə etiraz etməyə yalnız o halda yol verilir ki, etirazın əsasları məhkəməyə və etiraz edənə işə baxılmağa başlanandan sonra məlum olsun. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Həmin Məcəllənin 22.6-cı maddəsinə etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Məhkəmə qeyd olunan qanunvericilik normalarına əsasən hesab edir ki, iddiaçı və onun vəkili tərəfindən verilmiş etirazda heç bir dəlil və sübut göstərməmiş, əksinə iddiaçının məhkəməni 08 sentyabr 2021-ci il tarixdə aldatmaq məqsədilə təqdim etdiyi “komyuter texnologiyaları” vasitəsindən istifadə edərək təhrif etdiyi foto şəkili “sübut” kimi təqdim etməyə cəhd etmiş və bununla da, məhkəmə baxışını süni şəkildə uzatmağa çalışmışdır. Qeyd edilən əsaslara görə də, İddiaçı Hafiz oğlu tərəfindən verilmiş vəsatət etirazın əsaslarına dair sübut təqdim edilmədiyindən baxılmamış saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 19, 22, 263, 264-cü maddəsini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ İddiaçı Hafiz oğlunun Cavabdeh oğluna qarşı torpaq üzərində mülkiyyət hüquqlarını pozn hərəkətlərin qanunsuz hesab edilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə iddiaçı Ağayev Vəzir Hafiz oğlu tərəfindən verilmiş hakimə etiraz baxılmamış saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar