Məhkəmə qərarları › İş №2(021)-28/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-28/2024

17.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-28/2024 17.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “Borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə 17 iyul 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı "xxxx" ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 09 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 8477.86 manat əsas, 775.27 manat faiz, 2698.85 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-cu il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1129.5 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 13081.03 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi; Tutmanın Cavabdeh2 mülkiyyətindəki Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən, 3 otaqlı, 167.6 kv.m ümumi, 81.7 kv.m yaşayış, 85.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.375 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən, 3 otaqlı, 167.6 kv.m ümumi, 81.7 kv.m yaşayış, 85.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0.375 ha torpaq sahəsi ilə birlikdə hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh2 mülkiyyətindəki Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən, 3 otaqlı, 167.6 kv.m ümumi, 81.7 kv.m yaşayış, 85.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.375 ha torpaq sahəsi ilə birlikdə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh2 və digər şəxslərin Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən, 3 otaqlı, 167.6 kv.m ümumi, 81.7 kv.m yaşayış, 85.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.375 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırılmışdır ki, 2015-ci il 09 iyul tarixli əsas kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “Bərdə” filialından illik 6%-lə 72 ay müddətinə 15000 manat məbləğində kredit limiti verilmişdir. 2015-ci il 09 iyul tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “Bərdə” filialından illik 6%-lə 36 ay müddətinə 15 000 manat -məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh2 _ mülkiyyətindəki Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən, 3 otaqlı, 167.6 kv.m ümumi, 81.7 kv.m yaşayış, 85.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.375 ha torpaq sahəsi 2015-ci il 09 iyul tarixli sonrakı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2021-ci il martın 15-dək Cavabdeh1 2015-ci il 09 iyul tarixli kredit müqaviləsi üzrə banka 8477.86 manat əsas, 775,27 manat faiz, 2698.85 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 11951.98 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir.Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa, 15 mart 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 09 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 8477.86 manat əsas, 775.27 manat faiz, 2698.85 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-cu il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1129.5 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 13081.03 manat borcu vardır. 09 iyul 2015-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 10.3.2-ci bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. İddiaçı "xxxx" ASC-nın nümayəndəsi X3 məhkəməyə ərizə göndərərək iş üzrə baxış iclasının iştirakları olmadan keçirib qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasında nümayəndəsinin iştirakını heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin və ya onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən: xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2xx.xx.1987-ci tarixdə Bərdə rayonu, Bəcirəvan kəndində anadan olmuşdur, Bərdə rayonu Bəcirəvan kəndində qeydiyyatdadır. xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X5 xx.xx.1994-cü tarixdə Bərdə rayonunda anadan olmuşdur, Bərdə şəhəri, M.F.Axundov küçəsi ev 20 qeydiyyatdadır. "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli №12-SKMF- 1-0-433-15 saylı Əsas Kredit müqaviləsindən görünür ki, Kreditor hər birinin məqsədi, məbləği və müddəti hazırkı Müqavilə əsasında və çərçivəsində Tərəflər arasında gələcəkdə bağlanacaq Əlavə Kredit Müqaviləsi ilə müəyyən olunacaq ümumilikdə 15 000 (on beş min) AZN və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində 72 (yetmiş iki) ay müddətinə, yəni 30 iyul 2021-ci il tarixinədək müddət ərzində Borcalana kredit limitini müəyyən etmişdir. "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli №12-SKMF- 1-0-433-15 saylı Əlavə Kredit müqaviləsindən görünür ki, Cavabdeh1 illik 6% olmaqla 12 ay güzəşt müddəti ilə 36 ay müdddətinə 15 000 (on beş min) manat məbləğində kredit verilmişdir. Kreditin təminatı Bərdə rayon Bəcirəvan kəndində mülkiyyətdə olan 0.375 ha torpaq sahəsində mülkiyyətində olan 167.6 kv.m ümumi, 81.7 kv.m yaşayış, 85,9 kv.m yardımçı sahədən ibarət olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evidir. xx.xx.2015-ci il tarixli №12-SKMF-1-0-433-15 saylı İpoteka müqaviləsindən görünür ki, "xxxx" İKB ASC tərəfindən Cavabdeh1 xx.xx.2015-ci il tarixli №12-SKMF-1-0-433-15 saylı Kredit müqaviləsinə əsasən 15 000 (on beş min) manat məbləğində 72 (yetmiş iki) ay müddətinə açılan kredit limiti və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı olaraq Cavabdeh2 mülkiyyətindəki Bərdə rayonu Bəcirəvan kəndində mülkiyyətdə olan 0.375 ha torpaq sahəsində mülkiyyətində olan 167.6 kv.m ümumi, 81.7 kv.m yaşayış, 85,9 kv.m yardımçı sahədən ibarət olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsində ipotekanın predmeti 25 000 (iyirmi beş min) manat dəyərində qiymətləndirilmişdir. RX seriyalı, №0661206 nömrəli, ********* qeydiyyat nömrəli, 27.05.201-ci il qeydiyyat tarixli, **********07-10301 reyestr nömrəli Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə rayonu, Bəcirəvan kəndində mülkiyyətdə olan 0.375 ha torpaq sahəsində mülkiyyətində olan 167.6 kv.m ümumi, 81.7 kv.m yaşayış, 85,9 kv.m yardımçı sahədən ibarət olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 46 nömrəli vərəqində qeydiyyata alınmışdır. RX seriyalı, № ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli, **********07-10301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bərdə rayon Bəcirəvan kəndində mülkiyyətdə olan 0.375 ha torpaq sahəsində mülkiyyətində olan 167.6 kv.m ümumi, 81.7 kv.m yaşayış, 85,9 kv.m yardımçı sahədən ibarət olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi 0.375 ha torpaq sahəsi ilə birlikdə "xxxx" İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. (Yüklülüyün müddəti xx.xx.2015-ci il 72 ay) Azərbaycan Respublikası Bərdə rayon İcra hakimiyyəti Başçısının Bəcirəvan kən inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 278 nömrəli arayışdan görünür ki, Cavabdeh2 ailə üzvləri ilə birlikdə Bərdə rayonu Bəcirəvan kəndində 81.7 kv.m yaşayış sahəsindən ibarət evdə yaşayır. xx.xx.2021-ci il tarixli Xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2021-ci il tarixli Maliyyə arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 12-SKMF-1-0-433-15 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə olan borcu cəmi 11 951,98 manat təşkil edir. xx.xx.2021-ci il tarixli Bildirişdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin olunmuş öhdəliklərin icrasını ipoteka predmetinə “məhkəmə qaydasında tutmanın yönəldilməyə başlandığı barədə xəbərdarlıq edilmişdir. 18 fevral 2021-ci il tarixli ərizədən görünür ki, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödənilmişdir. xx.xx.2021-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. AZE seriyalı 17369521 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1990-cı ildə ünvan 1 ünvanında qeydiyyatdadır. 14 aprel 2021-ci il tarixli etibarnamədən görünür ki, X3 İddiaçı ASC-nin səlahiyyətli şəxsdir. 29 aprel 2021-ci il tarixli 2(021)-1529/2021 saylı Bərdə rayon Məhkəməsinin qərardadından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair 2(021)-1529/2021 nömrəli mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertizanın aparılması "xxxx" MMC-yə tapşırılmışdır. Ekspertiza rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. 17 avqust 2021-ci il tarixli 2(021)-1529/2021 saylı Bərdə rayon Məhkəməsinin qərardadından görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası Bərdə rayon İcra hakimiyyəti Başçısının Bəcirəvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 255 nömrəli arayışdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sorğusu əsasında mərhum Cavabdeh1 məxsus pay torpağını Arvadı Cavabdeh3 və Cavabdeh4 ilə istifadə edir. 15 sentyabr 2021-ci il tarixli 2(021)-1529/2021 saylı Bərdə rayon Məhkəməsinin qərardadından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair 2(021)-1529/2021 nömrəli mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertizanın aparılması "xxxx" MMC-nə tapşırılmışdır. Ekspertiza rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. 15 sentyabr 2021-ci il tarixli 2(021)-1529/2021 saylı Bərdə rayon Məhkəməsinin qərardadından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair 2(021)-1529/2021 nömrəli mülki iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmişdir. Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinə həvalə edilmişdir. Ekspertiza rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən təqdim olunmuş 9/8740 saylı, 18 mart 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 təəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları; 09 iyul 2015-ci il tarixli, 12-SKMF-1-0-433-15 nömrəli kredit müqaviləsində qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Cavabdeh1 İddiaçıAsc-nə olan borcu 30 iyul 2018-ci il tarixə (müqavilə müddətinin sonuna) 8 467,62 manat: əsas borc üzrə 8 358,65 manat, faiz borcu üzrə 108,97 manat. 15 mart 2021-ci il tarixə (iddia tarixinə) 9 514,69 manat: əsas borc üzrə 8 358,65 manat, faiz borcu üzrə 58,97 manat, faiz borcu (illik 5%-lə) 1 097,07 manat təşkil edir. (Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir) 06 iyun 2022-ci il tarixli 2(021)-141/2022 saylı Bərdə rayon Məhkəməsinin qərardadından görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair mülki iş üzrə icraat təzələnmişdir. xx.xx.2022-ci il tarixli məktubdan görünür ki,"xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatət vermişdir. 23 avqust 2022-ci il tarixli 2(021)-141/2022 saylı Bərdə rayon Məhkəməsinin qərardadından görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair 2(021)-141/2022 nömrəli mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Ekspertiza rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. 23 avqust 2022-ci il tarixli 2(021)-141/2022 saylı Bərdə rayon Məhkəməsinin qərardadından görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair 2(021)-141/2022 nömrəli mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Ekspertiza rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. xx.xx.2023-cü il tarixli 10/6816 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə daxil olmuş 2(021)-141/2022 nömrəli mülki iş üzrə təyin edilmiş tikinti-texniki ekspertizanın aparılmasından imtina edilmişdir. xx.xx.2023-cü il tarixli 2(021)-76/2023 saylı Bərdə rayon Məhkəməsinin qərardadından görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı ASC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək,

1. Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə 09 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 8477.86 manat əsas, 775.27 manat faiz, 2698.85 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1965.05 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 13917.03 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi; 2.Tutmanın Cavabdeh2 mülkiyyətindəki Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən, 3 otaqlı, 167.6 kv.m ümumi, 81.7 kv.m yaşayış, 85.9 kv.m yardımcı sahədən ibarət fərdi yaşayış evinə vǝ 0.375 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən, 3 otaqlı, 167.6 kv.m ümumi, 81.7 kv.m yaşayış, 85.9 kv.m yardımcı sahədən ibarət fərdi yaşayış evinə vǝ 0.375 ha torpaq sahəsi ilə birlikdə hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" İKB ASC-nə ödənilməsi;

3. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi;

4. Cavabdeh2 məxsus olan Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən, 3 otaqlı, 167.6 kv.m ümumi, 81.7 kv.m yaşayış, 85.9 kv.m yardımcı sahədən ibarət fərdi yaşayış evinə vǝ 0.375 ha torpaq sahəsi ilə birlikdə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh2 və digər şəxslərin Bəcirəvan kəndində yerləşən, 3 otaqlı, 167.6 kv.m ümumi, 81.7 kv.m yaşayış, 85.9 kv.m yardımcı sahədən ibarət fərdi yaşayış evinə vǝ 0.375 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. xx.xx.2023-ci il tarixli Maliyyə arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 12-SKMF-1-0-433-15 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-ci il tarixə olan borcu cəmi 13 917.03 manat təşkil edir. xx.xx.2023-cü il tarixli məktubdan görünür ki,"xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatət vermişdir. 28 fevral 2023-cü il tarixli 2(021)-76/2023 saylı Bərdə rayon Məhkəməsinin qərardadından görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair 2(021)-76/2023 nömrəli mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertizanın aparılması “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinə tapşırılmışdır. Ekspertiza rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. 30 may 2023-cü il tarixli YDQMN 021-029/2023 saylı hesabatdan görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-76/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı əsasında Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən 3 otaqlı, 167,6 kv.m ümumi, 81.7 kv.m .aşayış, 85,9 kv.m yardımçı sahədən ibarət və 0.0375 ha torpaq sahəsində olan fərdi yaşayış evinin hazırki bazar və likvid dəyərinin müəyyən edilməsi məqsədi ilə sözügedən əmlaka baxış keçirilməsinin zəruriliyi mülkiyyətçiyə izah olunsa da, əmlakın mülkiyyətçisi tərəfindən əmlaka baxış keçirilməsinə icazə verilməmişdir. Buna görə də, əmlakın qiymətləndirilməsi zamanı əmlakın orta təmirli olması ehtimal olunaraq bazar dəyəri hesablanmışdır. Apardıqları araşdırmalar və hesablamalar nəticəsində müəyyən olunmuşdur ki, Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən 3 otaqlı, 167,6 kv.m ümumi, 81.7 kv.m yaşayış, 85,9 kv.m yardımçı sahədən ibarət və 0.0375 ha torpaq sahəsində olan fərdi yaşayış evinin qiymətləndirmə tarixinə bazar dəyiri 34.500 AZN (otuz dörd min beş yüz), likvid dəyəri isə 20.500 AZN (iyirmi min beş yüz) təşkil edir. Qiymətləndirmə obyekti, qiymətləndirmənin aparılması qaydası və qiymətləndirməni yerinə yetirmək üçün istifadə edilən yanaşma və metodlar barədə məlumat bu rəyin ayrılmaz hissəsi olan hesabatda göstərilmişdir. Qiymətləndirilən əmlakın dəyəri barədə mövcud qiymətləndirmə rəyi Azərbaycan Respublikasının «Qiymətləndirmə fəaliyyəti haqqında» xx.xx.1998-ci il tarixli 510- İQ saylı Qanununa, X1 (İVS), Azərbaycan Respublikasının Milli Qiymətləndirmə Standartlarına, eləcə də əmlakın qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qaydalarına uyğun olaraq hazırlanmışdır. 21 iyun 2023-cü il tarixli 2(021)-76/2023 saylı Bərdə rayon Məhkəməsinin qərardadından görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 ərizə verərərək, borclular Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işin xx.xx.2023-cü il tarixli baxış iclasında Cavabdeh1 oğlu Cavabdeh2 bildirdi ki, Cavabdeh1 vərəsəlilik dərəcəsi müəyyən olunanadək mülki işin icraatın dayandırılmasını xahiş etmişdir. 01 avqust 2023-cü il tarixli 2(021)-76/2023 saylı Bərdə rayon Məhkəməsinin AZ1075, Bakı, Nərimanov qərardadından r, Ə.Rəcəbli görünür küç. 33, "Esra Plaza" ki, Cavabdeh1 blok В öldüyündən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin yenidovr.com Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə qeydə alınmış 2(021)-76/2023 saylı mülki iş üzrə icraat, Cavabdeh1 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. İddiaçı ASC-nın etibarnamə üzrə nümayəndəsi Mirumud Seyidov tərəfindən verilmiş ərizədən görünür ki,xx.xx.2023-cü il tarixdə qanunvericiliyin tələbinə əsasən Bərdə rayon icra hakimiyyətinə Cavabdeh1 vəfatından sonra ondan qalmış miras əmlakların faktiki olaraq kimin tərəfindən qəbul olunması sorğu edilmişdir. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bəcirəvan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 255 nömrəli xx.xx.2023-cü il tarixli arayışından görünür ki, mərhum Cavabdeh1 vəfatından sonra ondan miras qalmış Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə ayrılmış 3.40 ha torpaq sahəsini hal-hazırda ailə üzvlərindən arvadı Cavabdeh3 və oğlu Cavabdeh4 faktiki qəbul edərək istifadə edirlər. Odur ki, Sizdən Bərdən rayon məhkəməsinin 2(021 )

76/2023 saylı mülki işin icraatını təzələyərək, Bərdə rayonu Bəciravan kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh3 və Cavabdeh4 məhrum Cavabdeh1 hüquq varisi qismində işə cəlb edilməsini xahiş etmişdir. 11 avqust 2023-cü il tarixli HBD 6637 nömrəli ünvan 2 ünvanlanmış məktubdan görünür ki, İddiaçı ASC Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsindən irəli gələn zəruri məsələlərin həll olunması üçün, vəfat etmiş şəxs mərhum Cavabdeh1 mülkiyyətində olmuş Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə ayrılmış 3.40 ha torpaq sahəsinin hal-hazırda onu vərəsəslərindən kimin istifadəsində və sahibliyində olması barədə banka rəsmi məlumat verilməsini xahiş etmişdir. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bəcirəvan kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 25 avqust 2023-cü il tarixli 255 nömrəli arayışdan görünür ki, İddiaçı ASC-nın sorğusu əsasında mərhum Cavabdeh1 məxsus pay torpağını arvadı- Cavabdeh3 və oğlu-Cavabdeh4 istifadə edirlər. 10 oktyabr 2023-cü il tarixli 2(021)-76/2023 saylı Bərdə rayon Məhkəməsinin qərardadından görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə icraatın təzələnməsi barədə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 tərəfindən verilmiş vəstət təmin edilməmişdir. 14 noyabr 2023-cü il tarixli qərardan şikayətdən görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 rayon Məhkəməsinin 2(021)-76/2023 saylı 10 oktyabr 2023-cü il tarixli qərardadını ləğv edib, vəsatətin təmin olunmasını xahiş etmişdir. 17 noyabr 2023-cü il tarixli 2(021)-76/2023 saylı Bərdə rayon Məhkəməsinin qərardadından görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-76/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli qərardadından iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Şikayət baxılması üçün iş materialları ilə birlikdə 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. 11 yanvar 2024-cü il tarixli 2(104)-451/2024 saylı Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qərardaddından görünür ki, şikayət qismən təmin edilmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-76/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli qərardadı tam, onunla bağlı Bərdə Rayon Məhkəməsinin 2(021)-76/2023 saylı, 17 noyabr 2023-cü il tarixli qərardadı qismən-şikayətin təmin edilməməsi hissəsində ləğv edilmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin icraatın təzələnməsi barədə ərizəsinə baxılması üçün mülki iş Bərdə Rayon Məhkəməsinə qaytarılmışdır. Beləliklə, 27 fevral 2024-cü il tarixli 2(021)-28/2024 saylı Bərdə rayon Məhkəməsinin qərardadından görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. 7 mart 2024-cü il tarixli 6-1-16/2-1821/2024 saylı Azərbaycan Respublikası Mərkəzi Bankın məktubdan görünür ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin kredit öhdəlikləri üzrə ödənişlərin silinmə ardıcıllığı ilə əlaqədar 27 oktyabr 2023-cü il tarixli müraciətinə aidiyyəti üzrə baxılmış və Mərkəzi Bankın 14 noyabr 2023-cü il tarixli 6-1- 16/2-8838/2023 nömrəli məktub ilə cavablandırmışdır. 14 noyabr 2023-cü il tarixli 6-1-16/2-888/2023 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın məktubundan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Məcəllə) 432.4-cü maddəsinə uyğun olaraq əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir və borclunun -müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Hesab edirik ki, bu maddədə borclu tərəfindən ödənişlərin silinməsi ardıcıllığının dəyişdirilməsi istisna edilsə də, kreditor tərəfindən fərqli qayda müəyyənləşdirilə bilər. Belə ki, borc müqavilələri üzrə kreditor tərəfindən fərqli silinmə qaydası müəyyənləşdirilərək əsas borcdan silinmənin həyata keçirilməsi hesablanan faizləri də azaldacaq və son nəticədə borclunun xeyrinə olacaqdır. Həmçinin, Məcəllənin xx.xx.2023-cü il tarixindən qüvvəyə minən 746-1.1.8-ci maddəsinə -uyğun olaraq istehlak krediti müqaviləsinin bağlanılmasından əvvəl borcverən istehlakçı təfindən yetərli miqdarda olmayan və ya artıq miqdarda edilən ödənişlərin öhdəliyin icrasından silinmə ardıcıllığını istehlakçıya təqdim etməlidir. Məcəllənin 746-2.2.8-ci maddəsində isə yetərli miqdarda olmayan və ya artıq miqdarda edilən ödənişlərin öhdəliyin icrasından silinmə ardıcıllığının istehlak krediti müqaviləsində aydın və dəqiq şəkildə göstərilməsi müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli "xxxx"ASC-nın etibarnamə üzrə nümayəndəsi Mirumud Seyidov tərəfindən verilən vəsatətdən görünür ki, icraatınızda olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçrilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli 9/8740 nömrəli rəyinə əsasən cavabdehin banka 5992.56 manat əsas borcu, 303.22 manat faiz borcu müəyyən olunmuşdur. Lakin biz qeyd olunan hesablama ilə razı deyilik, belə ki, ekspert hesablama apararkən borclu tərəfindən ödənilən məbləğlərin təyinatı üzrə silinməsini düzgün nəzərə almamışdır. Odur ki, onlarda olan şifahi məlumata əsasən Mərkəzi Bank tərəfindən Məhkəmə Ekspertizası Mərkəzinə həmin mərkəzin xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq borclu tərəfindən ödənilən məbləğlərin hansı qayda da silinməsi ilə bağlı cavab verilməmişdir. Qeyd etdiklərini nəzərə alıb, Mərkəzi bankdan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həmin mərkəzin xx.xx.2023-cü il tarixdə vermiş əlduğu “Gecikdirilmiş ödənişlərin silinməsi ardıcıllığının müəyyən olunması ilə bağlı” sorğusuna cavabın məhkəmə tərəfindən sorğu edilərək əlavə edilməsinə köməklik etməyinizi xahiş edirəm. 08 iyul 2024-cü il tarixli "xxxx"ASC-nın etibarnamə üzrə nümayəndəsi Mirumud Seyidov tərəfindən verilən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədən görünür ki:

1. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 09 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 8477.86 manat əsas, 775.27 manat faiz, 2698.85 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-cu il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2541 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 14492.98 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi;

2. Tutmanın Cavabdeh2 mülkiyyətindəki Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən, 3 otaqlı, 167.6 kv.m ümumi, 81.7 kv.m yaşayış, 85.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.375 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən, 3 otaqlı, 167.6 kv.m ümumi, 81.7 kv.m yaşayış, 85.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0.375 ha torpaq sahəsi ilə birlikdə hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi;

3. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh2 mülkiyyətindəki Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən, 3 otaqlı, 167.6 kv.m ümumi, 81.7 kv.m yaşayış, 85.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.375 ha torpaq sahəsi ilə birlikdə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh2 və digər şəxslərin Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən, 3 otaqlı, 167.6 kv.m ümumi, 81.7 kv.m yaşayış, 85.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.375 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarımasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixli Maliyyə arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 12-SKMF-1-0-433-15 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan borcu cəmi 14492.98 manat təşkil edir. Məhkəmə tərəfindən müəyyən edildi ki, 09 iyul 2015-ci il tarixli əsas kredit müqaviləsinə əsasən Cavabdeh1 "Nikoyl” İKB ASC-nin "Bərdə" filialında 36 ay müddətinə 15 000 manat və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində kredit limiti ayrılmışdır. 09 iyul 2015-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 6%-lǝ 36 ay müddətinə 15 000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən, 3 otaqlı, 167.6 kv.m ümumi, 81.7 kv.m yaşayış, 85.9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.375 ha torpaq sahəsi 2015-ci il 09 iyul tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İş üzrə iddiaçı "xxxx" ASC üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdehlər müqavilələr üzrə öhdəliklərinin lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarnı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafıq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh1 risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə kredit müqavilələri üzrə iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində ekspert rəylərini nəzərə alaraq iddia tələbləri həmin hissədə qismən təmin olunmalıdır. Belə ki, kredit müqaviləsi üzrə iddiaçının tələb etdiyi əsas borc 8477.86 manat olmuş, lakin ekspert rəyində əsas borc məbləğ 8 358.65 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iddia tələbinin faiz borcuna münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən təqdim olunmuş 9/8732 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyində faiz borcunun 58.97 manat təşkil etdiyi göstərilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi faiz borcuna münasibətdə qismən təmin olunmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində dəbbə pulunun məbləği azaldılmalıdır. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə alır və İddiaçı ASC-nin iddiasının 2698,85 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 847 manat məbləğində pul tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2541 manat məbləğində əldən çıxmış fayda tələbi hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, əldən çıxmış fayda təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış əldən çıxmış fayda pulu azaldılmalı və cavabdehdən əldən çıxmış fayda olaraq 1097,07 manat məbləğində pul tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. MM-in 449.1-ci maddəsinə müvafiq olaraq, (MM-in 445.7-ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsindən kənar) pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlər ödənilməlidir. Bank, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ MM-in 21.2-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.3-cü maddəsindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 09 iyul 2015-ci il tarixli 12-SKMF-1-0-433-15 saylı İpoteka müqaviləsinə əsasən "xxxx" İKB ASC tərəfindən Cavabdeh1 09 iyul 2015-ci il tarixli 12- SKMF-1-0-433-15 saylı Kredit müqaviləsinə əsasən 15 000 (on beş min) manat məbləğində 36 (otuz) ay müddətinə açılan kredit limiti və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən, 3 otaqlı, 167.6 kv.m ümumi, 81.7 kv.m yaşayış, 85.9 kv.m yardımçı sahədən ibarət olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi 0.375 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka saxlayanın tələblərinin ödənilməsi üçün tutma, ipoteka ilə təmin edilmiş öhdəliyi ipoteka verən yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə tərəflər razılığa gəlmişlər. Cavabdeh həmin kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda və qaydada icra etməmiş və iddiaçı (ipoteka saxlayana) ipotekaya tutma yönəltmək hüququndan istifadə etmişdir. İddiaçı cavabdehlərə kredit müqaviləsinə əsasən ödəmədiyi kredit borcuna görə Cavabdeh1 mülkiyyətindəki Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən, 3 otaqlı, 167.6 kv.m ümumi, 81.7 kv.m yaşayış, 85.9 kv.m yardımçı sahədən ibarət olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə və 0.375 ha torpaq sahəsinə məhkəmə qaydasında tutmanın yönəldilməsinin başlanması barədə bildiriş göndərmiş, həmin bildiriş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsində qeydə alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmiş, ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda tutmanın ipoteka predmetinə yönəldilməsini və ipoteka predmetinin açıq hərracdan satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, öhdəlik icra edilmədiyindən kredit borcu üzrə tutma borcun təminatı olaraq ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətindəki Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən, 3 otaqlı, 167.6 kv.m ümumi, 81.7 kv.m yaşayış, 85.9 kv.m yardımçı sahədən ibarət olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə və 0.375 ha torpaq sahəsinə yönəldilməli, həmin fərdi yaşayış evi hərracda satılmalı, satışdan əldə ediləcək pul vəsaiti yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə ipoteka qoyulmuş Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən, 3 otaqlı, 167.6 kv.m ümumi, 81.7 kv.m yaşayış, 85.9 kv.m yardımçı sahədən ibarət olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə qiymətini müəyyən edərkən hesab edir ki, ipoteka qoyulmuş əmlakın likvid qiyməti 25 000 (iyirmi beş min) manat məbləğində müəyyən olunmalıdır. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ipoteka predmeti olan mənzilin qiyməti ilə bağlı suala aydınlıq gətirilməsi üçün müvafiq ekspertiza təyin edilmiş və ekspert rəydən görünür ki, ipoteka ilə yükli edilmiş Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən, 3 otaqlı, 167.6 kv.m ümumi, 81.7 kv.m yaşayış, 85.9 kv.m yardımçı sahədən ibarət olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin 0.375 ha torpaq sahəsi ilə birlikdə likvid bazar dəyəri 25 000 (iyirmi beş min) manat təşkil edir. Bu səbəbdən də, ipoteka predmetinin ilkin satış qiyməti ekspert rəyi ilə müəyyən edilmiş məbləğ götürülməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən, 3 otaqlı, 167.6 kv.m ümumi, 81.7 kv.m yaşayış, 85.9 kv.m yardımçı sahədən ibarət olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə və yerləşdiyi 0.375 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlərin çıxarılması və evin boşaldılması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bu Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, qanunvericilikdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin məhkəmə qərarı ilə ipoteka predmetindən məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur, ipoteka predmetinin boşaldılması deyil. Lakin, bu halda iddia ərizəsində müəyyən olunur ki, bank tərəfindən iddia tələbində ipoteka predmetindən çıxarılma nəzərdə tutulduğundan iddia tələbi həmin hissədə də təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, satışdan əldə olunan vəsait kifayət etmədiyi halda qalan hissədə ümumi qaydada icra edilməsi tələbi müstəqil iddia predmeti ola bilməz. Belə ki, həmin məsələ “İcra haqqında” qanunla tənzimləndiyindən icra qaydasında həll olunan məsələdir. Məhkəmə hesab edir ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında 09 iyul 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi hissəsində də iddia tələbi rədd edilməlidir. Belə ki, həmin müqavilə 36 ay müddətinə bağlamış və müddəti artıq xx.xx.2018-ci il tarixdə bitmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı ASC-nin iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 oğlundan kredit müqaviləsi üzrə 8358,65 manat əsas, 58,97 manat faiz borcu, 847 manat cərimə borcu, kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1097,07 manat məbləğində əldən çıxmış fayda olmaqla olmaqla, cəmi 10 361.69 manat İddiaçı ASC-nin xeyrinə tutulmalı, tutulan məbləğ Cavabdeh2 mülkiyyətindəki Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən, 3 otaqlı, 167.6 kv.m ümumi, 81.7 kv.m yaşayış, 85.9 kv.m yardımçı sahədən ibarət olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə vǝ 0.375 ha torpaq sahəsinə yönəldilməli, mənzilin ilkin satış qiyməti 25 000 (iyirmi beş min) manat müəyyən olunmalı, mənzil açıq hərracdan satılmalı, əldə olunan vəsait hesabına iddiaçının borc tələbi ödənilməli, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi əmlakın mülkiyyətçisinə qaytarılmalı, ipoteka predmetləri açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin ipoteka predmetindən çıxmazsa, onlar, məcburi qaydada çıxarılmalı və mənzili boşaldılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 10 manat məbləğində rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 alınaraq İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 alınaraq İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qiymətləndirmə Ekspertiza tədqiqatının dəyəri 50 manat cavabdehlərdən tutularaq "xxxx" MMC -yə ödəniməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

1. İddia tələbi qismən təmin edilsin.

2. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 kredit müqaviləsi üzrə 8358,65 manat əsas, 58,97 manat faiz borcu, 847 manat cərimə borcu, kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1097.07 manat məbləğində əldən çıxmış fayda olmaqla olmaqla, cəmi 10 361,69 manat kredit borcu, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı alınaraq İddiaçı ASC-yə ödənilsin.

3. Tutma Cavabdeh2 mülkiyyətindəki Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən, 3 otaqlı, 167.6 kv.m ümumi, 81.7 kv.m yaşayış, 85.9 kv.m yardımçı sahədən ibarət olan fərdi yaşayış evinə vǝ 0.375 ha torpaq sahəsinə yönəldilsin.

4. İpoteka predmetinin ilkin satış qiyməti 20 500 (iyirmi min beş yüz) manat müəyyən edilsin.

5. Həmin əmlak açıq hərracdan satılmaqla kredit borcu bu əmlakın dəyərindən tutulsun və artıq qalan məbləğ mülkiyyətçilərə qaytarılsın.

6. İpoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzilə istifadə hüquqları itirilmiş hesab edilməklə, həmin fərdi yaşayış evindən çıxarılsınlar.

7. Qalan hissədə iddia tələbi təmin olunmasın.

8. Ekspertiza tədqiqatının dəyəri 50 manat cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutularaq "xxxx" MMC-yə ödənilsin

9. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilərlər.

10. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir.

Hakim:Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar