Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-280/2024 08.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X8 iclas kаtibliyi, iddiaçıların etibarnamə üzrə nümayəndələri olan vəkil Nümayəndə və X13, Cavabdeh1 iştirakları ilə, İddiаçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh1 və üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə və X23 Xidmət Mərkəzində Notariat Ofisinə qarşı “Miras əmlak üzərində vərəsəlik qaydasında pay hüququnun tanınması, miras əmlakdan payların müəyyən edilməsi, naturada bölünməsi, torpaqdan çıxarma, ötürülmüş müddətin üzrlü sayılması və maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh1 və üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə və X23 Xidmət Mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bərdə rayonu, Məmmədli kəndində yerləşən 4,75 ha kənd təsərrüfatı təyinatlı və 0,22 ha həyətyanı torpaq sahəsinə mərhum X5 miras qalmış hissəsinə iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 vərəsəlik qaydasında pay hüququnun tanınması, payların müəyyən edilməsi, həmin torpaq sahələrinin naturada bölünməsi, Cavabdeh1 həmin torpaq sahələrindən çıxarılması, həmin miras əmlakların qəbul edilməsi üçün ötürülmüş müddətin üzürlü sayılması, cavabdehdən 4176 manat məbləğində maddi ziyanın və iddia qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun alınaraq iddiaçılara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini belə əsaslandırmışlar ki, İddiaçı1 mərhum X14 ilə 04 mart 2000-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Ailə qurduqları gündən mərhum R.İsmayılovun yaşadığı Bərdə rayonu, Məmmədli kəndində 0,22 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamışlar. Birgə nikahlarından xx.xx.2001-ci ildə X3 və xx.xx.2004-cü ildə İddiaçı2 anadan olmuşdur. X1 və digər ailə üzvlərinə məxsus Bərdə rayonu, Məmmədli kəndində 4,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0,22 ha həyətyanı torpaq sahəsi vardır. Hazırda mülkiyyətçilərdən X15, X10 və X14 vəfat etmişdir. Cavabdeh1 həmin torpaq sahələrindən və fərdi yaşayış evindən istifadə edir. İddiaçılar mərhum X5 miras qalmış torpaq sahələrini cavabdehdən tələb edirlər, lakin cavabdeh mirası verməkdən imtina edir. Cavabdeh xeyli müddətdir iddiaçılara düşən pay torpaq sahəsindən istifadə etməklə gəlir əldə etmişdir. Hesab edirlər ki, keçən müddət ərzində həmin torpaq sahəsindən hər il yonca əkib-becərməklə gəlir əldə etmək olardı. Keçən müddət ərzində cavabdeh tərəfindən iddiaçılara 4176 manat maddi ziyan vurulmuşdur. Bu da işdə olan rəydə öz əksini tapır. Məhkəmə iclasında iddiaçıların nümayəndələri Nümayəndə və X17 iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinin əsassız olması səbəbindən rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə və X23 Xidmət Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə işə üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib iş materialları üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: X23 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2023-cü il tarixli 2013/2023 saylı məlumatdan görünür ki, İddiaçı1 17 yanvar 2020-ci ildə vəfat etmiş əri X5 miras qalmış əmlaka dair vərəsəlik işinin açılması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün müraciət etmiş, həmin ərizəyə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Odur ki, mirasın qəbul edilməsi müddətinin uzadılması, eyni zamanda miras qalmış əmlakın bölüşdürülməsi üçün müvafiq rayon məhkəməsinə müraciət edilməsi xahiş olunmuşdur. İşdə olan Bərdə rayon Məmmədli kənd İN-liyi tərəfindən verilmiş Vİİ-ЖГ № 404865 saylı 04 mart 2000-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X14 ilə İddiaçı1 arasında 04 mart 2000-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlanandan sonra ərə İsmayılov, arvada Əliyeva soyadı verilmişdir. AZ-İ № 573569 saylı 10 mart 2005-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı2 25 avqust 2004-cü ildə Bərdə rayonu, Məmmədli kəndində doğulmuşdur. X2, anası İddiaçı1dır. AZ-İ № 045511 saylı doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı3 xx xxxxxx 2001-ci ildə Bərdə rayonu, Məmmədli kəndində doğulmuşdur. X2, anası İddiaçı1dır. AZ-İİ № 062258 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X14 17 yanvar 2020-ci ildə dəqiqləşdirilməmiş ağciyər-ürək çatışmazlığı səbəbindən Bakı şəhərində vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən vəkil sorğusuna cavab olaraq göndərdiyi xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, sorğuda qeyd olunan X15, X10 və X7 adına Bərdə rayonu, Məmmədli kəndində 4 nəfər ailə üzvü ilə birlikdə 4,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0,22 ha həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində aşkar edilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 1,2 ha torpaq sahəsinə əkilən yonca bitkisinin qiymətləndirilməsinə dair 15 sentyabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 1,2 ha torpaq sahəsinə əkilən yonca bitkisinin becərilməsi üçün çəkilən xərc və gəlirin qiymətləndirilməsi aparılmışdır. 1 ha torpaq sahəsindən 1 il müddətində 300 bağ yonca kipi əldə edilə bilər. 2020-2023-cü illər üzrə ümumi torpaq sahəsinə əkilən yonca bitkisinin xərci çıxıldıqdan sonra cəmi dəyəri 4176 AZN təşkil etmişdir. Bərdə RİHB-nın Məmmədli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 298 saylı arayışından görünür ki, İddiaçı1 hal-hazırda Bərdə rayonunun Məmmədli kəndində daimi qeydiyyatdadır və ailə tərkibi oğlu İddiaçı3 və qızı İddiaçı2dır. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.2004-cü ildə doğulmuşdur. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.2001-ci ildə Bərdə rayonunda doğulmuşdur. Bərdə rayonu, Məmmədli kəndində yaşayır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1977-ci ildə Bərdə rayonunda doğulmuşdur. Bərdə rayonu, Məmmədli kəndində yaşayır. xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı1 məhkəmədə iddia qaldırılması üçün 100,0 AZN dövlət rüsumu və 0,40 AZN xidmət haqqı ödəmişdir. İşdə olan Bərdə rayon Məmmədli kənd icra nümayəndəliyi tərəfindən verilmiş 05 aprel 2013-cü il tarixli AZ-İ № 581109 saylı ölüm haqqında şəhadətnamənin surətindən və Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli AZ-İİ № 581109 saylı arayışdan görünür ki, X10 xx.xx.2013-cü ildə qara ciyər çatmamazlığı səbəbindən Bərdə rayonunda ölmüşdür. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 14 fevral 2024-cü il tarixli 260-05/69 saylı arayışın surətindən görünür ki, X15 10 yanvar 2001-ci ildə Bərdə rayonu, Məmmədli kəndində miokard infarktı səbəbindən vəfat etmişdir. İşdə olan JN-0067 KOD 61000068 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, X11, X6, X9 və Cavabdeh1 Bərdə rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1997-ci il tarixli 14 saylı qərarı ilə Bərdə rayonu, Məmmədli kəndində 4,75 ha əkin sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyun 2024-cü il tarixli məlumatına əsasən ekspert vəsatətinin təmin olunmaması səbəbindən iş üzrə məhkəmə tikinti texniki ekspertizasının aparılmasından imtina edilmiş, rəy verilməsi mümkün olmamış və iş materialları məhkəməyə icrasız geri qaytarılmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən Bərdə rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli 2(021)-280/2024 nömrəli qərardadı ilə mübahisəli torpaq sahələrinə dair rəy, elektron kadastr məlumat bazasında mövcud olan Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən hazırlanmışdır. Cavabdehin nümayəndəsinin iştirakı ilə mübahisəli torpaq sahəsinin koordinatları naturada təyin edilərək TEKUİS məlumat bazasına əsasən müqayisə edilmişdir. Ekspert qarşısında qoyulmuş suallara cavab olaraq qeyd edilmişdir ki, TEKUİS Məlumat bazasına əsasən “Torpağa mülkiyyət hüququna dair” JN-0067 nömrəli Dövlət Aktı ilə X15, X10, X14 və Cavabdeh1 birgə mülkiyyətlərinə verilmiş 4,33 ha torpaq sahəsinin, 1/12 hissəyə və ya 3/12 hissəyə sənəd üzrə bölünməsi mümkündür. Bu rəyə əlavə edilmiş sxematik planda öz əksini tapmışdır. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-0067 saylı şəhadətnamə ilə mülkiyyətə verilmiş 0,22 ha həyətyanı torpaq sahəsinin, kənd arası yola çıxışı yeganə giriş qapısında olduğundan, həyətə gediş-gəliş yolunu və tikinti altı torpaq sahəsini ümumi birgə mülkiyyətdə saxlanılmaqla, qalan mülkiyyətdə olan torpaq sahəsinin 1/12 hissəyə və ya 3/12 hissəyə sənəd üzrə bölünməsi mümkündür. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1275-ci maddəsinə əsasən miras qoyan vəsiyyətnamədə mirasın bölüşdürülməsi qaydasını müəyyənləşdirə bilər, o cümlədən mirası bölüşdürməyi üçüncü şəxsə etibar edə bilər. Üçüncü şəxsin qərarı aşkar ədalətsizdirsə, vərəsələr üçün məcburi deyildir. Bu halda bölgü məhkəmənin qərarı ilə aparılır. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Yuxаrıdа göstərilən qаnunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi” deyilir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zаmаndа qаnunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmаsını şərtləndirir. Bu haqda Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Bundаn bаşqа, mülki qanunvercilik mirаs əmlakın vərəsələr arasında onların hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun olaraq bölüşdürülməsinin mümkünlüyü, paylarla bağlı vərəsələr arasında ixtilaflar və mübahisələr olduqda isə payların məhkəmə qaydasında bölüşdürülməsi və vərəsəlik hüquqlarının məhkəmə qaydasında müdafiə edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin mirasın bölüşdürülməsi anlayışı adlanan 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Qeyd edilməlidir ki, miras əmlak qarşılıqlı razılıq əsasında, notariat qaydasında və məhkəmə qaydasında bölüşdürülür. Miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Həmçinin vərəsələr miras qoyan tərəfindən mirasın bölüşdürülməsinə, eləcə də miras qoyanın təyin etdiyi şəxs tərəfindən mirasın bölüşdürülməsinə etiraz etdikləri təqdirdə, məhkəməyə müraciət etməklə mirasın bölgüsünün həyata keçirilməsini xahiş edə bilərlər. Mülki Məcəllənin əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması adlanan 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Lakin, nəzərə alınmalıdır ki, vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi miras əmlakın bölüşdürülməsindən daha mürəkkəb və əhəmiyyətli hüquqi fəaliyyətdir. Belə ki, şəxsin ləyaqətsiz vərəsə hesab olunub-olunmaması, vəsiyyətnamənin və ya vəsiyyət sərəncamının etibarsızlığı, mirasın qəbulu faktının olub-olmaması kimi bir sıra mübahisələr birbaşa vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin müəyyənləşdirməsinə aid mübahisələrdir. Həmçinin Mülki Məcəllənin 1297-1299-cu maddələrinə uyğun olaraq, miras payının bərabərləşdirilməsi üçün xüsusi töhfənin nəzərə alınması, miras qoyanın sağlığında bağışlamalar yolu ilə məcburi pay sahibi olan vərəsələrin məcburi paylarının pozulmasına səbəb olması hallarında, kimlərin kimlərə qarşı hansı nisbətdə mülki məsuliyyət daşıması və s. bu kimi hallarla bağlı hüquqi mübahisələr vərəsəlik paylarının müəyyən edilməsinə təsir göstərən mübahisələrdir. Odur ki, Mülki Məcəllənin 1291-ci maddəsi ilə yalnız miras əmlakın bölüşdürülməsi ilə bağlı mübahisələrə baxılmasının məhkəmələrə aid edilməsinin nəzərdə tutulmasına əsaslanmaqla, vərəsələrin dairəsi və payların həcmi ilə bağlı mübahisələrə məhkəmələrdə baxılmasının istisna edilməsi hüquqi məntiqə zidd olar. Vərəsəliklə bağlı sonuncu qərarlardan olan Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2024-cü il tarixli qərarının nəticə hissəsinə əsasən vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edildiyindən və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir. Beləliklə, işin faktiki hallarından müəyyən olunur ki: mərhum X7 ailə üzvləri və qanun üzrə birinci növbəli vərəsələri olan İddiaçı1 onun həyat yoldaşı (arvadı), övladları isə İddiaçı2 və İddiaçı3dur. Bərdə rayon Aqrar İslahat Komissiyasının qərarı ilə X15, X10, X14 və Cavabdeh1 ümumi birgə mülkiyyətinə Bərdə rayonu, Məmmədli kəndində 4,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0,22 ha həyətyanı torpaq sahəsi verilmişdir. Mübahisə predmeti olan torpaq sahəsinin mülkiyyətçilərindən X15 10 yanvar 2001-ci ildə, X10 02 aprel 2013-cü ildə, X14 isə 17 yanvar 2020-ci ildə vəfat etmişlər. Belə olan halda hazırki iş üzrə iddiaçılar mərhum Ramin İsmayılovun vərəsələri olmaqla ondan qalan miras payından vərəsəlik qaydasında pay almaq hüququna malikdirlər. Məhkəmə hesab edir ki, pay hüququ üzrə X15, X10, X14 və Cavabdeh1 ümumi birgə mülkiyyətinə verilmiş Bərdə rayonu, Məmmədli kəndində 4,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0,22 ha həyətyanı torpaq sahəsindən X7 vərəsələri olan İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinə 1/12 hissədə pay hüququ tanınmalı, torpaq sahəsinin geri qalan birgə mülkiyyətçilərindən Cavabdeh1 payı 3/12 hissədə vərəsəlik payı tanınmalı, birgə mülkiyyətçilərdən vəfat etmiş mərhum miras qoyanlar X15 və X4 hər birinin 3/12 hissədə payları isə açıq saxlanılmalıdır. Həmçinin, iş üzrə naturada bölgü ilə bağlı ekspertiza keçirilməsindən imtina edilsə də işdə olan mütəxəssis rəyinin surətindən görünür ki, X15, X10, X14 və Cavabdeh1 ümumi birgə mülkiyyətinə verilmiş Bərdə rayonu, Məmmədli kəndində 4,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0,22 ha həyətyanı torpaq sahəsinin mütəxəssis rəyinə əlavə edilmiş sxematik bölgü planı üzrə bölünməsi mümkündür. (Bölgü yuxarıda göstərilmiş qaydada iddiaçıların hər birinə 1/12 hissədə, birgə mülkiyyətçilərin hər birinə 3/12 hissədə aparılmışdır). Məhkəmə iddia tələbinin mirasın əmlakın qəbulu üçün müddətin üzürlü sayılması ilə bağlı hissəsinə münasibət bildirirərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2024-cü il tarixli qərarının nəticə hissəsinə əsasən vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edildiyindən və həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı olmadığından və müddətdən asılı olmayaraq vərəsənin vərəsəlik pay hüququ qorunduğundan burada müddətin ötürülməmiş hesab edilməsi və müddətin keçməsinin üzürlü hesab edilməsinə zərurət qalmır və bu hissədə iddia təmin edilməməlidir. Bundan başqa iddia tələbi Cavabdeh1 torpaq sahəsindən çıxarılması və ondan 4176 manat məbləğində maddi ziyanın tutulması hissələrində də təmin edilməməlidir. Belə ki, işdə olan dövlət aktına və sorğunun cavabına əsasən Bərdə rayonu, Məmmədli kəndində yerləşən 4,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0,22 ha həyətyanı torpaq sahəsi 4 nəfərin ümumi birgə mülkiyyətində olmuşdur ki, birgə mülkiyyətçilərdən biri və yeganə sağ qalanı hazırki iş üzrə Cavabdeh1dur. Bundan başqa məhkəmə qeyd edir ki, miras qalmış torpaq sahələri naturada bölündükdən sonra kimin hansı sahəni qanunsuz zəbt etməsini və ya istifadə etməsini müəyyən etmək olar. Hazırki halda isə torpaq sahəsi faktiki olaraq naturada bölünməyib. Bundan başqa məhkəmə iddia tələbinin cavabdehdən 4176 manat ziyanın tutulması hissəsi ilə bağlı qeyd edir ki, nə iddia ərizəsində, nə də mütəxəssis rəyində 4176 rəqəminin necə yaranması və hardan əldə edilməsi əsaslandırılmayıb. Bundan başqa iş üzrə rəy verən mütəxəssisin qiymətləndirmə sahəsində lazımi icazə, sertifikata və lisenziyaya malik olması və peşəkarlığı (diplom, sertifikat, şəhadətnamə və s.) ilə bağlı heç bir sənəd iş materiallarına əlavə edilməmişdir. Belə olan halda həmin rəyi məhkəmə mötəbər hesab etmir və mötəbər olmayan rəyə əsaslanıb göstərilən miqdarda maddi ziyanın cavabdehdən tutulması yolverilməzdir. AR.MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçılara ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. X15, X10, X14 və Cavabdeh1 ümumi birgə mülkiyyətində olan Bərdə rayonu, Məmmədli kəndində yerləşən 4,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0,22 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinin 1/12 hissədə pay hüququ, torpaq sahəsinin geri qalan birgə mülkiyyətçilərindən Cavabdeh1 3/12 hissədə vərəsəlik payı (pay hüququ) tanınsın, birgə mülkiyyətçilərdən vəfat etmiş mərhum miras qoyanlar X15 və X4 hər birinin 3/12 hissədə payları isə açıq saxlanılsın və miras paylarına uyğun olaraq torpaq sahələri iş materialında olan mütəxəssis rəyinə əlavə edilmiş sxematik bölgü planına uyğun olaraq naturada bölünsün. İddia tələbi qalan hissədə təmin edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh1 alınaraq iddiaçılara ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-280/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-280/2024
08.10.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver