Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2807/2022 25.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas kаtibi Abbasova Afət Ağarza qızının katibliyi, cavabdehlər İddiaçı2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, İddiaçı2 və Cavabdeh3 qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, İddiaçı2 və Cavabdeh3 qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair iddia qaldıraraq Bərdə rayonu Otuzikilər kəndində yaşayan ümumi birgə mülkiyyətdə olan 1,61 ha torpaq sahəsinin-mərhum atası X3 və anası X1 məxsus hissəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə və miras əmlak üzərində payının müəyyən edilməsi və payına uyğun naturada bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı1 qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Buna baxmayaraq iddiаçı İddiaçı1 təyin edilmiş məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehlər İddiaçı2 və Cavabdeh3 məhkəmə iclasında iddianın baxılmamış saxlanılmasına etiraz etməmiş, bu barədə məhkəməyə ərizə təqdim etmişdirlər. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-cı maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Həmin maddədə qeyd olunmuşdur ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Bu Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263, 264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, İddiaçı2 və X2 qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-2807/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2807/2022
25.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver