Məhkəmə qərarları › İş №2(021)-2813/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2813/2023

19.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2813/2023 19.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X3 iclas kаtibliyi, İddiaçı və iddiaçının vəkili X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Bərdə Regional “ASAN Xidmət” mərkəzində Notariat Kontoru və DƏDKRX publik hüquqi şəxsin 7 saylı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Bərdə Regional “ASAN Xidmət” mərkəzində Notariat Kontoru və DƏDKRX publik hüquqi şəxsin 7 saylı Ərazi İdarəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Bərdə Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisi tərəfindən X2 miras əmlaklarına görə xx.xx.2015-ci il tarixdə V-224 nömrəli vərəsəlik işi üzrə 2V-246 reyestr nömrəli xx.xx.2015-ci il tarixli və X6 miras əmlakına görə xx.xx.2015-ci il tarixdə V-225 nömrəli vərəsəlik işi üzrə 2V-247 reyestr nömrəli qanun üzrə vərəsəllik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və onun X5 və X1 miras qalan əmlaklara hüququnun vərəsəlik hüququnun tanınmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia tələbini davam etdirmək istəmədiyini və ərizədə ona aid sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Bərdə Regional “ASAN Xidmət” mərkəzində Notariat Kontoru və DƏDKRX publik hüquqi şəxsin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Buna baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsiylə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Bərdə Regional “ASAN Xidmət” mərkəzində Notariat Kontoru və DƏDKRX publik hüquqi şəxsin 7 saylı Ərazi İdarəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Bərdə Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisi tərəfindən X2 miras əmlaklarına görə xx.xx.2015-ci il tarixdə V-224 nömrəli vərəsəlik işi üzrə 2V-246 reyestr nömrəli xx.xx.2015ci il tarixli və X6 miras əmlakına görə xx.xx.2015-ci il tarixdə V-225 nömrəli vərəsəlik işi üzrə 2V-247 reyestr nömrəli qanun üzrə vərəsəllik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və onun X5 və X1 miras qalan əmlaklara hüququnun vərəsəlik hüququnun tanınmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb, iddiaçının ərizəsinə qiymət verib belə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, MPM-in 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1— 261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. MPM-in 259.0.11-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli 3 saylı qərarının 2-ci bəndinə əsasən hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. MPM-in 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və MPM-in 170, 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Bərdə Regional “ASAN Xidmət” mərkəzində Notariat Kontoru və DƏDKRX publik hüquqi şəxsin 7 saylı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar