Məhkəmə qərarları › İş №2(021)-2818/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2818/2024

25.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2818/2024 25.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “Bərdə rayonu Güloğlular kəndində yerləşən fərdi yaşayış evindən cavabdehin çıxarılması” tələbinə dair mülki işə 25 sentyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, onun Bərdə rayonu Güloğlular kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı, fərdi yaşayış evindən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə vərərək cavabdehlə barışıq əldə olunduğundan işin baxılmamış saxlanmasını və sənədlərinin ona geri qaytarılmasını xahiş etmişdir. Ona görə də iddia Azərbaycan Respublikası MPM-nin 259.0-11-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra cavabdeh ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. İddiaçı Cavabdeh qarşı “Bərdə rayonu Güloğlular kəndində yerləşən fərdi yaşayış evindən cavabdehin çıxarılması” tələbi barədə vermiş olduğu iddia ərizəsi baxılmamış saxlanılsın.

2. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu ona geri qaytarılsın.

3. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim:Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar