Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-284/2025 21.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdehnə və üçüncü şəxs X2 ASC-yə qarşı “xx.xx.2024-ci il tarixli, №8İ-14828 icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-ci il tarixli, №8İ-14828 nömrəli icra qeydinin ləğv edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı1 iddia ərizəsini belə əsaslandırmışdır ki, Bərdə Regional "Asan Xidmət" Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli İcra Qeydi ilə 125micBRD/24 saylı əlavə kredit müqaviləsinə əsasən ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı1 məxsus ipoteka predmeti olan Bərdə şəhəri, Gəncə küçəsi 6, ev 21 saylı fərdi yaşayış evinə 0,0431 ha torpaq sahəsi ilə birlikdə əmlaka tutma yönəldilmişdir. Hesab edir ki, Bərdə Regional "Asan Xidmət" Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli İcra Qeydi ləğv edilməlidir. Bele ki, maddi vəziyyəti ilə əlaqədar ödənişləri gecikdirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat» in 164-cü bəndinə əsasən icra qeydində ödəniləsi məbləğ, əsas borc, faiz borcu və penya məbləği ayrı-ayrılıqda göstərilməli və tələb olunub alınası əşyalar, çatası faiz və peniyalarla birlikdə olan məlumatlar əks olunmalıdır. Həmçinin ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İcra qeydində İddiaçı1 məxsus ipoteka predmeti olan Bərdə şəhəri, Gəncə küçəsi 6, ev 21 saylı fərdi yaşayış evinə 0,0431 ha torpaq sahəsi ilə birlikdə Əmlaka tutma yönəldilməsi qeyd edilsə də, ilkin satış qiyməti göstərilməmişdir. Göründüyü kimi Notariat Ofisi tərəfindən qeyd olunan icra qeydi verilərkən yuxarıda qeyd olunan Təlimatın tələbləri pozulmuş, Telimatın tələbinə uyğun olaraq göstərilməsi mecburi olan məlumatlar İcra Qeydində tam olaraq göstərilməmişdir. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş uçüncü şəxs X2 ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı1 idda tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş seriya AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1965-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Bərdə şəhəri Gəncə küçəsi ev 21-də qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Seriya AA №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli 125micBRD/24-EM Əsas Kredit və X1 müqaviləsindən görünür ki, "xxxx" KB ASC tərəfindən İddiaçı2 300 000 (üç yüz min) manat məbləğində, 120 ay müddətinə, xx.xx.2034-cü il tarixinədək müddət ərzində həmin müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verilməsi müəyyən olunmuşdur. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli 125micBRD/24 saylı əlavə kredit müqaviləsindən görünür ki, İddiaçı2 24 ay müddətinə, xx.xx.2024-cü il tarixədək , illik 17% ödəmək şərtilə 50000 (əlli min ) manat məbləğində kredit verilmişdir. Mülki işə əlavə edilmiş "xxxx" KB ASC, İddiaçı2 və İddiaçı1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 125micBRD/24 saylı Zaminlik müqaviləsindən görünür ki, İddiaçı2 xx.xx.2024-cü il tarixli 125micBRD/24 saylı əlavə kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Mülki işə əlavə edilmiş İpoteka müqaviləsindən görünür ki, "xxxx" KB ASC, İddiaçı2 və İddiaçı1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli İpoteka Müqaviləsindən görünür ki, xx.xx.2024 - cü il tarixli 125micBRD/24-EM saylı Əsas Kredit Müqaviləsinin təminatı olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********04-10301 saylı reyestr, qeydiyyat nömrəsi **********, xx.xx.2023-cü il tarixində qeydə alınmış Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 84 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində qeydiyyata alınmış və ipoteka kimi çıxış edən ünvan 2 ünvanında yerləşən 0.0431 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 21 saylı Fərdi-yaşayış evi "xxxx" KB ASC-nin xeyrinə yüklü edilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat tarixi xx.xx.2023-cü il olan çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında 0,0431 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 152 kv.m olan fərdi yaşayış evi İddiaçı1 xüsusi mülkiyyətində olmuşdur. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, İddiaçı1 məxsus olan ünvan 3 ünvanında 0,0431 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 152 kv.m olan fərdi yaşayış evi "xxxx" KB ASC – nin xeyrinə yüklü edilmişdir. Mülki iş materiallarına əlavə olunmuş İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında Bərdə regional “ASAN xidmət” Mərkəzində Notariat Kontorunun xx.xx.2024-ci il tarixli, №8İ-14828 nömrəli İcra Qeydinin surətindən görünür ki, Unibank KB ASC-nin tələbi ilə ipoteka qoyan Bərdə rayon Gəncə küçəsi ev 21 ünvanında qeydiyyatda olan İddiaçı1 məxsus ipoteka predmeti olan Bərdə rayonu Gəncə küçəsi 6 ev 21 saylı fərdi yaşayış evinə 0,0431 ha torpaq sahəsi ilə birlikdə əmlaka tutma yönəldilmişdir. (Öhdəliyi müəyyən edən 125micBRD/24 saylı əlavə kredit müqaviləsinə əsasən müddət üçün vaxtında ödənilməmiş 50000 AZN əsas borc, 2861,75 AZN faiz borcu, 396,07 AZN dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 53257,82 AZN təşkil etmişdir). Həmçinin qeyd olunmuşdur ki, İddiaçı2 25 manat dövlət rüsumu dövlət rüsumu olmaqla, 53282,82 manat pul tutulsun. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, borclu İddiaçı2 Unibank KB ASC tərəfindən xx.xx.2024-cü il tarixli 125micBRD/24-EM və xx.xx.2024-cü il tarixli 125micBRD/24 saylı kredit müqavilələri üzrə borcunun ödənilməsi, borcun 20 gün müdətində ödənilmədiyi halda “Notariat haqqında” Azərnbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyinn icrasını təmin etmək üçen yaranmış borc məbləği və verilməli əmlak barəsində notairus tərəfindən icra qeydi aoarılacağı barədə xəbərdarlıq edilmişdir. Mülki iş materiallarına əlavə olunmuş Sürətli Poçt xidmətinin sənədlərinin surətindən görünür ki, Bərdə rayon Vaqif küçəsi ev 135 ünvanına İddiaçı2 ünvanlanmış poçt göndərişləri xx.xx.2024-cü il tarixində “qapı bağlıdır”qeydi aparılmışdır. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, borclu İddiaçı1 Unibank KB ASC tərəfindən xx.xx.2024-cü il tarixli 125micBRD/24-EM və xx.xx.2024-cü il tarixli 125micBRD/24 saylı kredit müqavilələri üzrə borcunun ödənilməsi, borcun 20 gün müdətində ödənilmədiyi halda “Notariat haqqında” Azərnbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyinn icrasını təmin etmək üçen yaranmış borc məbləği və verilməli əmlak barəsində notairus tərəfindən icra qeydi aoarılacağı barədə xəbərdarlıq edilmişdir. Mülki iş materiallarına əlavə olunmuş Sürətli Poçt xidmətinin sənədlərinin surətindən görünür ki, Bərdə rayon Gəncə küçəsi ev 21 ünvanına İddiaçı1 ünvanlanmış poçt göndərişləri xx.xx.2024-cü il tarixində qəbul edilmişdir. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, borclu İddiaçı1 Unibank KB ASC tərəfindən xx.xx.2024-cü il tarixli 125micBRD/24-EM və xx.xx.2024-cü il tarixli 125micBRD/24 saylı kredit müqavilələri üzrə borcunun ödənilməsi, borcun 21 gün müdətində ödənilmədiyi halda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmeti olan İddiaçı1 mülkiyyətində olan Bərdə rayon Gəncə küçəsi ev 21-ə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə prosedurun başlayacağı barədə xəbərdarlıq edilmişdir. Mülki iş materiallarına əlavə olunmuş Sürətli Poçt xidmətinin sənədlərinin surətindən görünür ki, Bərdə rayon Gəncə küçəsi ev 21 ünvanına İddiaçı1 ünvanlanmış poçt göndərişləri xx.xx.2024-cü il tarixində qəbul edilmişdir. Mülki iş materiallarına əlavə olunmuş Cavabdeh xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bərdə regional “ASAN xidmət” Mərkəzində Notariat Kontorunun xx.xx.2024-ci il tarixli, №8İ-14828 nömrəli İcra Qeydi üzrə icraata başlanılmışdır. Mülki iş materiallarına əlavə olunmuş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, xx.xx.2024-cü il tarixli 125micBRD/24-EM Əsas Kredit və X1 müqaviləsinə əsasən "xxxx" KB ASC tərəfindən İddiaçı2 120 ay müddətinə 300 000 (üç yüz min) manat məbləğində kredit xətti açılmışdır. Həmin kredit müqaviləsi çərçivəsində xx.xx.2024-cü il tarixli 125micBRD/24 saylı əlavə kredit müqaviləsi bağlayaraq İddiaçı2 24 ay müddətinə, xx.xx.2024-cü il tarixədək, illik 17% ödəmək şərtilə 50000 (əlli min) manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixli 125micBRD/24 saylı Zaminlik müqaviləsinə əsasən İddiaçı1 xx.xx.2024-cü il tarixli 125micBRD/24 saylı əlavə kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. xx.xx.2024 - cü il tarixli 125micBRD/24-EM saylı Əsas Kredit Müqaviləsinin təminatı olaraq xx.xx.2024-cü il tarixli İpoteka Müqaviləsinə əsasən İddiaçı1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.0431 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 21 saylı Fərdi-yaşayış evi "xxxx" KB ASC-nin xeyrinə yüklü edilmişdir. Unibank KB ASC tərəfindən İddiaçı2 və İddiaçı1 xx.xx.2024-cü il tarixli bildirişlər göndərilərək, xx.xx.2024-cü il tarixli 125micBRD/24-EM və xx.xx.2024-cü il tarixli 125micBRD/24 saylı kredit müqavilələri üzrə borcunun ödənilməsi, borcun 20 gün müdətində ödənilmədiyi halda notarius tərəfindən icra qeydinin aparılacağı barədə xəbərdarlıqlar edilmişdir. Həmin bildirişlər Sürətli Poçt Xidməti tərəfindən İddiaçı1 xx.xx.2024-cü il tarixdə çatdırılmışdır. İddiaçı1 tərəfindən 20 gün müddətində mübahisələndirilmədiyindən Unibank KB ASC-nin tələbi ilə İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2024-cü il tarixli İcra Qeydinə əsasən ipoteka qoyan İddiaçı1 məxsus ipoteka predmeti olan Bərdə rayon Gəncə küçəsi ev 21 ünvanında yerləşən əmlaka tutma yönəldilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat» in 164-cü bəndinə əsasən icra qeydində ödəniləsi məbləğ, əsas borc, faiz borcu və penya məbləği ayrı-ayrılıqda göstərilməli və tələb olunub alınası əşyalar, çatası faiz və peniyalarla birlikdə olan məlumatlar əks olunmalı, ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. Lakin İcra qeydində İddiaçı1 məxsus ipoteka predmeti olan Bərdə şəhəri, Gəncə küçəsi 6, ev 21 saylı fərdi yaşayış evinə 0,0431 ha torpaq sahəsi ilə birlikdə Əmlaka tutma yönəldilməsi qeyd edilsə də, ilkin satış qiyməti göstərilməmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, xx.xx.2024-ci il tarixli, №8İ-14828 nömrəli İcra Qeydində ödəniləsi məbləğ, əsas borc, faiz borcu və penya məbləği göstərilmişdir. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat» in 164-cü bəndinə əsasən icra qeydlərində özündə ipoteka predmetinin satış qiymətinin əks etdirməsi göstərilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat» in164-cü maddəsinə əsasən İcra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: icra qeydi aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; tələbkarın adı və ünvanı; borclunun adı və ünvanı; ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə); haqqın miqdarı, tələbkarın ödəyəcəyi və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; icra qeydinin aparıldığı tarix (il, ay, gün); icra qeydinin reyestrdə qeyd olunduğu nömrə; Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Eyni Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli; ödəniş müddətinin keçirilməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildiriş təqdim olunur. Həmin Qərara əsasən: 1-1. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. Qeyd. Tələbkar bu Siyahı ilə müəyyən edilmiş sənədlərlə icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) bu Siyahı ilə müəyyən edilmiş icra qeydinin aparılması üçün digər sənədlərə əlavə olunmalıdır. X3 Məhkəməsinin Mahmudov Rusiyaya qarşı 26 iyul 2007-ci il tarixli 35082/-04 saylı qərarında qeyd olunmuşdur ki, məhkəmə Konvensiya çərçivəsində sübutlara qiymət verərkən belə hesab edir ki, sübut təqdim etmək vəzifəsi faktı təkzib edənin üzərinə deyil, təsdiq edənin üzərinə düşür. Sübutlar kifayət qədr əsaslı, açıq və digər sübutlarla təsdiq olunan hallara əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məkkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdehnə və üçüncü şəxs X2 ASC-yə qarşı “xx.xx.2024-ci il tarixli, №8İ- 14828 icra qeydinin ləğv edilməsi” tələbi təmin olunmamalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdehnə və üçüncü şəxs X2 ASC-yə qarşı “xx.xx.2024-ci il tarixli, №8İ-14828 icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-284/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-284/2025
21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver