Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2845/2021 17.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, Ərizəçi qızının iştirakı ilə, Ərizəçi Ərizəçi qızının maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi qızı maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 03 noyabr 2018-ci il tarixdə Bərdə rayonunda anadan olmuş X5 və 05 dekabr oğlunun doğum faktının müəyyən edilməsinə, atalarının X15 oğlu, analarının Ərizəçi qızı olmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X15 oğlu ilə 24.01.2018-ci ildə qeyrirəsmi olaraq ailə qurmuşlar. Əri Vasif Əliyev 28.07.2021-ci il tarixdə vəfat etmişdir. Onların birgə nikahlarından 03.11.2018-ci il təvəllüdlü Xədicə və 05.12.2020-ci il təvəllüdlü Polad adlı iki uşaqları anadan olmuşdur. Lakin bu günə qədər doğum haqqında şəhadətnamə ala bilməmişlər. Bu barədə Bərdə rayon Qeydiyyat Şöbəsinə müraciət etdikdə məhkəməyə müraciət etmələri məsləhət görülmüşdür. Göstərilənləri nəzərə alaraq ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Ərizəçi qızı ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsi məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.2002-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Seriya AZE № 14279782 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X15 oğlu 24.01.1997-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Bərdə rayon ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş XX- JQ № 403204 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X15 oğlu 24.01.1997-ci il tarixdə anadan olmuşdur. X4, anası X1r. İş materiallarına əlavə edilmiş foto-şəkillərdən görünür ki, X15 oğlu ilə Ərizəçi toy mərasimi keçirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş Ölüm haqqında Tibbi Şəhadətnaməni surətindən görünür ki, X15 oğlu 27.07.2021-ci il tarixdə vəfat etmişdir. Ölüm səbəbi “baş beyin ocaqlı travması” kimi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş AZ-İİ № 182081 saylı Ölüm haqqında Şəhadətnamədən görünür ki, X15 oğlu 27.07.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X17 tərəfindən verilmiş Tibbi Arayışda qeyd olunur ki, 03.11.2018-ci il tarixdə anadan olmuş Zeynalova ........ Aytac qızına ” sağlam” diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 07.09.2021-ci il tarixli məktubdan görünür ki, Ərizəçi doğumun qeydə alınması barədə həmin orqana müraciət etmiş, lakin ərizəsi təmin olunmamış və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, ərizəçi tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 bildirdi ki, X15 oğlu onun oğlu, Ərizəçi isə gəlinidir. Onlar 2018-ci ildə el adəti ilə ailə qurmuşlar, birgə yaşadıqları dövrdə 2 uşaqları anadan olmuşdur. Oğlu Vasif Əliyev 2021-ci il tarixdə vəfat etmişdir. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçi Ərizəçi qızı ilə mərhum X15 oğlu qeyri- rəsmi olaraq ailə qurmuşlar. Birgə nikahlarından 03 noyabr 2018-ci il təvəllüdlü Xədicə və 05 dekabr 2020-ci il təvəllüdlü Polad adlı uşaqları anadan olmuşdur. X15 oğlu vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, X12 qızı 03 noyabr 2018-ci il tarixdə Bərdə rayonunda, X10 05 dekabr 2020-ci tarixdə Bərdə rayonunda anadan olmuşlar. X3, anaları Ərizəçi qızıdır. X12 qızının doğum tarixinin “03 noyabr 2018-ci il, doğum yerinin Bərdə rayonu, X6 doğum tarixinin “05 dekabr 2020-ci il, doğum yerinin Bərdə rayonu, atalarının X11, analarının Ərizəçi qızı olması faktı müəyyən edilməli, doğum haqqında şəhadətnamələrdə ata adı X11, ana adı Ərizəçi qızı kimi qeyd olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi qızına aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X12 qızının doğum tarixinin “03 noyabr 2018-ci il, doğum yerinin Bərdə rayonu, atası X11, anası Ərizəçi qızı olması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamədə X12 qızının ata adı X11, ana adı Ərizəçi qızı kimi qeyd olunsun. X6 doğum tarixinin “05 dekabr 2020-ci il, doğum yerinin Bərdə rayonu, atası X11, anası Ərizəçi qızı olması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamədə X6 ata adı X11, ana adı Ərizəçi qızı kimi qeyd olunsun. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu Ərizəçi qızına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(021)-2845/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2845/2021
17.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver