Məhkəmə qərarları › İş №2(021)-2847/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2847/2021

21.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2847/2021 21.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi Asəf qızı ərizə ilə məhkəməyə müraciət edərək Bərdə rayonunda dünyaya gəlmiş, 29 iyun 2021-ci il tarixdə Bərdə şəhərində anadan olmuş X5 doğum faktının müəyyən olunması, atası X9, anası Quliyeva Nazlı Asəf qızının olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Asəf qızı ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X9 ilə 24 yanvar 2017-ci il tarixdə rəsmi olaraq ailə qurub evlənmişlər, birgə nikahlarından bir övladları anadan olmuşdur. Lakin baş qarışdığından onlar 29 iyun 2021-ci il tarixdə Bərdə şəhərində anadan olmuş X7 doğum haqqında şəhadətnamə ala bilməmişlər. Hal-hazırda onlar övladlarına doğum haqqında şəhadətnamə almaq istəyirlər. Doğum haqqında şəhadətnamə almaq üçün Bərdə rayonu, Qeydiyyat Şöbəsinə müraciət etmişlər. Orada isə məhkəməyə müraciət etməli olduqları bildirilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X9 bildirmişdir ki, Ərizəçi onun həyat yoldaşıdır, onlar rəsmi olaraq evlənmişlər, birgə nikahlarından bir uşaqları olmuşdur. Lakin başları qarışıq olduğundan doğum haqqında şəhadətnamə ala bilməmişlər. Buna görə də doğum haqqında şəhadətnamə almamışlar. İndi isə doğum haqqında şəhadətnamə almaq üçün Qeydiyyat Şöbəsinə müraciət etmişlər. Orada isə məhkəməyə müraciət etmələri bildirilmişdir. Faktın müəyyən olunması, uşağa doğum haqqında şəhadətnamə almaq üçün lazımdır. Məhkəmə iclasında şahid X2 və şahid X6, şahid Quliyev Vüqar Aydın oğlunun izahatına uyğun izahat verdilər. Məhkəmə ərizəçinin ifadələrini dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZE ******** nörməli şəxsiyət vəsiqsəinin surətindən müəyyən olunur ki, Ərizəçi Asəf qızı xx xxxx 1996-cı ildə Yevlax rayonu¸Qoyunbinəsi kəndində doğulmuş, Kəlbəcər rayonu, Şaplar kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 16856427 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X9 24 oktyabr 1977-ci ildə Bərdə şəhərində doğulmuşdur, Bərdə şəhəri H.Əliyev prospekti ev 155 m, 80 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZ İİ 167391 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 ilə İsalı Nazlı Asəf qızı arasında olan nikah 24 yanvar 2017ci ildə 102 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Quliyeva soyadı verilmişdir. İş materiallarında olan Asan-Bərdə tərəfindən verilmiş 44229221 nömrəli arayışdan müəyyən olunur ki, Quliyev Vüqar Aydın oğlu Bərdə şəhəri H.Əliyev prospekti ev 155 m, 80 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayon İlkin Səhiyyə xidmətinin Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 690 nömrəli 01 iyul 2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Ərizəçi deməsinə görə X9 ilə birgə nikah dövründə 29 iyun 2021-ci il təvəllüdlü Quliyev ---------- Vüqar oğlu Bərdə İSX-nin Ailə Sağlamlıq Mərkəzində həkim pediatr tərəfindən qeydiyyata götürülmüş, müayinə olunmuş, praktik sağlam olması təsdiq olunmuşdur. İş materiallarında olan AZ-İİİ 926381 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 18 oktyabr 2016-cı ildə doğulmuşdur, atası Quliyev Vüqar Aydın oğlu, anası Ərizəçi Asəf qızıdır. İş materiallarında olan AZ-İV 106647 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 01 mart 2018-ci ildə doğulmuşdur, atası Quliyev Vüqar Aydın oğlu, anası Ərizəçi Asəf qızıdır. İş materiallarında olan Ş 006533 nömrəli vəsiqənin surətindən müəyyən olunur ki, X8 şəhid ailəsidir. İş materiallarında olan AZE 06420970 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X4 25 oktyabr 1957-ci Bərdə rayonu Qurtlar kəndində doğulmuşdur, Bərdə şəhəri, Nizami küçəsi ev 155,m 80- ünvanında qeydiyyatdadır. İş materillarında olan AZE 09533738 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Quliyeva Nərgiz Aydın qızı 20 yanvar 1988-ci ildə doğulmuşdur, ünvan 5 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbsi tərəfindən verilmiş 01 iyul 2021-ci il tarixli 429-05/15 nömrəli məktubundan müəyyən olunur ki, Ərizəçi Asəf qızı qeydiyyat şöbəsinə müraciət etmiş, ona faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməsi məsləhət körülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, Ərizəçi Quliyev Vüqar Aydın oğlu ilə birgə nikahından bir oğlan övladının olması faktı təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamənin alıması üçün lazımdır. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilisin. Ərizəçi Asəf qızının 29 iyun 2021-ci il tarixdə Bərdə rayonunda bir oğlan övladının doğulması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında X9, ana qrafasında Ərizəçi qeyd edilsin. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar