Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-286/2025 07.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi X3 iştirakı ilə, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququ ilə ona məxsus olan cavabdehin əmlakları ilə birlikdə çıxarılması” tələbinə dair və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “evə köçmə və yaşayış sahəsinə istifadə hüququnun tanınması” tələblərinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bərdə rayonu Şirvanlı kəndində yerləşən xüsusi mülkiyyətində olan 0.08 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 119,9 kv.m sahədən ibarət fərdi yaşayış evindən Cavabdeh övladları və əmlakları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun Bərdə rayonu Şirvanlı kəndində 0.08 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 119,9 kv.m fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə onun adına Daşınmaz Əmlaın dövlət reyestrində 80 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin evə isə Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixdə ********** saylı nömrəsi ilə qeydiyyata alınmış Çıxarış da verilmişdir. Hazırki iş üzrə Cavabdeh onun oğlu X6 ilə 2008-ci ildə el adəti ilə toy edib ailə qurublar və onun evində müvəqqəti olaraq yaşamağa başlamışlar. Onların birgə nikahlarından X7 və X8 adlı iki övladları anadan olmuşdur. Halhazırda cavabdehlə oğlu X6 arasında nikahın pozulması tələbi ilə bağlı Bərdə Rayon Məhkəməsində iddia tələbinə baxılır. Oğlu cavabdehə uşaqların saxlanılması üçün aliment ödəyir. Aralarında nikahın pozuması tələbi olsa da cavabdeh əmlaklarını onun evindən aparmaq istəmir. Lakin o, cavabdehin əmlaklarının onun evində qalmasını istəmir. Oğlu Fikrətlə cavabdeh Günayı evləndirdiyi zaman onun evində müvəqqəti olaraq yaşayacağını bildirmişdir. Oğlu Fikrətin evi olmadığı üçün ona bir valideyn kimi müvəqqəti yaşamaq üçün otaq vermişdir. Cavabdeh artıq oğlu ilə ayrı yaşadığı üçün onun əmlaklarının evində qalmasını istəmir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək bildirmişdir ki, ərizə ilə müraciət edən zaman iddia ərizəsində cavabdehin onun evində olan əmlaklarının siyahısını qeyd etməmişdir. Hazırda onun evində olan cavabdehin əmlakları aşağıdakılardır: yataq dəsti mebeli, servant, pianino, divan kreslo dəsti, 6 ədəd stul, 1 ədəd stol, paltar maşını, ət çəkən maşını, sandıq, 2 ədəd samovar, 3 ədəd xalça, 4 ədəd döşək, 6 ədəd yorğan, 6 ədəd yastıq, 6 ədəd stul döşəkçəsi, 2 ədəd lüstur, 3 ədəd pərdə, 2 ədəd tuj məclis qazanı, abedni servis, 3 ədəd aliminum qazan, 2 ədəd tuj qazan balaca boy, xırdavat qab, bıçaq, çəngəl və s., 9 ədəd qutu içi dolu qab ( açılmayıb), xırda qab, tozsoran. Cavabdeh, Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsi və onun qarşılıqlı iddiasının təmin edilərək azyaşlı uşaqları X4 və X5 cavabdeh İddiaçı yaşadığı Bərdə rayonu, Şirvanlı kəndində yerləşən yaşayış sahəsinə istifadə hüququnun tanınması, azyaşlı uşaqları ilə birlikdə evə köçürülməyi və istifadə qaydasının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərisəsini onunla əsaslandırmıışdır ki, cavabdeh İddiaçı iddiası tam əsassızdır, ona qarşı haqsız tələb irəli sürmüşdür. Belə ki, cavabdehin oğlu X6 ilə 17 oktyabr 2008-ci il tarixdə nikahları qeydiyyat orqanlarında rəsmi qeyd etdirməklə evlənmişlər. Birgə nikahlarından 15 avqust 2009-cu il tarixdə X7 və 11 may 2013-cü il tarixdə X8 anadan olmuşdur. Fikrət Ağayevlə toyları olan gün onun və valideynlərinin, o cümlədən cavabdeh İddiaçı birgə yaşadıqları, Bərdə rayonu, Şirvanlı kəndində yerləşən evə gəlin köçüb, həmin ünvanda yaşamışlar, cehiz əşyaları da həmin mənzildə yerləşdirmişlər. Toylarından sonra cavabdehin və X17 yaşadıqları qeyd olunan Bərdə rayonu, Şirvanlı kəndində yerləşən evə qeydiyyata düşmüşdür. X12 əvvəllər mehriban yaşasalar da, son vaxtlarda kənar təsirlər nəticəsində münasibətləri pozulmuşdur. Cavabdeh İddiaçı əri Fikrət Ağayevlə birləşib onun və azyaşlı uşaqları Cavid Ağayevin və Ayxan Ağayevin həmin doğulub böyüdükləri evdə yaşamaqlarına imkan vermirlər. Ona görə də o, 2 azyaşlı uşağı ilə birlikdə hara gedəcəyini və sığınacağını bilmir. Uşaqları Cavid və Ayxan 1-ci sinifdən ünvan 2 tam orta məktəbində oxuyurlar. Əgər o, həmin yaşadığı evdən çıxarılsa, uşaqları əvvəldən oxuduqları məktəbə, həmin məktəbin təhsil sisteminə öyrəndikləri üçün yeni məktəbə uyğunlaşa bilməzlər. Bu isə onların yaxşı təhsil almalarına mane olacaqdır. Bərdə şəhərinə, yaxud başqa kəndə köçüb orada yaşasalar uşaqların həmin yaşayış məntəqəsindən hər gün Bərdə rayonu, Şirvanlı kəndinə məktəbə gəlib-getmələri qeyri-mümkündür. Çünki Şirvanlı kəndi ilə Bərdə şəhəri, yaxud digər yaşayış məntəqələri arasında xeyli məsafə vardır. Həmçinin onun özünün də başqa yaşamaq yeri yoxdur. Cavabdeh isə ona gəlin köçüb 15 il yaşadığı və azyaşlı uşaqları Cavid və Ayxanın doğulub böyüdükləri evdə yaşamaqlarına imkan vermir. Bununla da cavabdeh İddiaçı onun və uşaqları Cavid və Ayxan Ağayevlərin hüquqlarını pozurlar. Onun uşaqları ilə birgə qeydiyyatda olduqları və yaşadıqları Bərdə rayonu, Şirvanlı kəndində yerləşən yaşayış sahəsinə istifadə hüquqları tanınmalı, azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməli və yaşayış sahəsindən istifadə qaydası müəyyən edilməlidir. Belə ki, yuxarıda qeyd etdiyi kimi Fikrət Ağayevlə evlənib cavabdehin qeyd etdiyi həmin evə gəlin köçmüş, cavabdeh onu həmin evə öz arzusu ilə köçürmüş, orada yaşadıqları müddətdə 2 uşaqları anadan olmuş, cavabdehin ailə üzvü olan əri və uşaqları ilə birgə yaşamaq üçün onlara ayrı otaq ayırmış, evdən tam istifadə etmişdirlər. O da onlarla razılaşıb əri və uşaqları ilə həmin evdə yaşamışdır. X17 ailənin kiçik oğlan övladı olduğu üçün evin də ona məxsus olacağına söz vermişdir və buna görə də başqa mənzil almaq barədə düşünməmişdir, nikah dövründə özü də işləmiş, evə qazanc gətirmişdir. Həmçinin əri ilə birlikdə təsərrüfat aparıb, həyətdə mal-qara saxlamış, torpaq sahəsini əkib-becərmişdir. Yalnız işləyib qazandığı pulları cavabdehi və ailə üzvlərini saxlamağa sərf etmiş, evin təmirinə, avadanlığının dəyişdirilməsinə vəsait qoymuşdur. Qeyd olunanlara əsasən tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi X9 iddia ərizəsinə uyğun izahat verərək, ilk iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin isə mahiyyəti üzrə baxılaraq rədd olunmasını xahiş etdi. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, buna baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmin Məcəllənin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, ilk iddia tələbi qismən təmin edilməli, qarşılıqli iddia tələbi isə rədd olunmalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1943-cü il tarixdə ünvan 2ində anada olmuşdur. ünvan 2ində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti başçısının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 830 saylı xx.xx.2024-cü il tarixli arayışda qeyd olunur ki, İddiaçı ünvan 2ində yaşayır. Mülki işə əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Reyestr nömrəsi **********32- 10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan Çıxarışın surətindən görünür ki, ünvan 2i ünvanında 0.08 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 119,9 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə tam İddiaçı mülkiyyətindədir. Mülki işə əlavə olunmuş Seriya AZE ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1980-cı il tarixdə ünvan 2ində anada olmuşdur. ünvan 2ində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti başçısının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 724 saylı xx.xx.2024-cü il tarixli arayışda qeyd olunur ki, Cavabdeh ünvan 2ində yaşayır. Mülki işə əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı № 386168 saylı Çıxarışdan görünür ki, X6 ilə Cavabdeh arasında nikah ünvan 2 icra nümayəndəliyində xx.xx.2008-ci il tarixdə bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Ağayev, arvada Teymurova soyadı verilmişdir. Mülki işə əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı № 360177 saylı Arayışdan görünür ki, X7 xx.xx.2009-cu ildə anadan olmuşdur. X1, anası Cavabdehdır. Mülki işə əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı № 105029 saylı Arayışdan görünür ki, X8 xx.xx.2013-cü ildə anadan olmuşdur. X1, anası Cavabdehdır. Mülki işə əlavə olunmuş mədaxil qəbzlərinindən görünür ki, ilk iddia üzrə 100 manat, qarşılıqlı iddia üzrə 100 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı övladı X6 ilə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh rəsmi ailə qurub həmin mübahisəli evdə yaşamışlar. Onların birgə nikahlarından 2 uşaqları anadan olmuşdur. Hazırda onların ailə münasibətləri pozlmuş və nikahın pozulmasına dair tələbləri məhkəmənin icraatındadır. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh əşyaları isə həmin mübahisəli evdədir. Mübahisəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbləri bir-biri ilə qarşılıqlı əlaqədə olan tələblərdir. Məhkəmə ilk iddia tələbi ilə bağlı mövqeyini bildirərək aşağıdakıları qeyd etməyi zəruri bilir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, sözü gedən ev rəsmi reystrdə İddiaçı adına qeydiyyata alınmışdır. Həmçinin mübahisəsiz hal ondan ibarətdir ki, iddiaçının oğlu ilə cavabdeh rəsmi ailə quraraq cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh sözü gedən mənzildə yaşamışdır. Yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli Qərarı). Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli Qərarına əsasən yaşayış yerindən istifadə 2000-ci ilə qədər, 2000-ci ildən 2009-cu ilə qədər və 2009-cu ildən sonrakı vaxtlara görə müəyyən edilir. Cavbdeh 2008-ci ildən həmin evə köçdüyü üçün bu iddia üzrə MM-nin tələbləri tətbiq edilməlidir. MM-yə əsasən yaşayış sahəsinə istifadə hüququ mülkiyyətçi ilə notarial qaydada bağlanmış müqaviləyə əsasən yaranır. Tərəflər arasında belə bir müqavilə olmadığından cavabdehin istifadə hüququ yaranmamışdır. Yaşayış yerindən istifadə hüququna əsas olmadığından cavabdeh yaşayış yerin çıxarılmalıdır. Çünki bu mülkiyyətçinin mülkiyyət hüquqlarını pozur. X6 ilə Cavabdeh arasında rəsmi nikah pozulmadığından uşaqlara münasibətdə iddia tələbi rədd edilməlidir. Ona görə də ilk iddia tələbi qismən, cavabdehin özünün əşyaları ilə birlikdə çıxarılması hissəsində təmin olunmalı, uşaqlara münasibətdə isə təmin olunmamalıdır. Məhkəmə hesab edir ki, cavabdehə məxsus əmlakların iddiaçının sahibliyində olan evdə qalması və bu əmlakların cavabdeh tərəfindən həmin evdən çıxarılmaması iddiaçının hüquqlarını pozur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 154.1-ci maddəsinə əsasən Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, yaşayış sahəsi iddiaçının mülkiyyətində olduğundan, cavabdeh iddiaçının mülkiyyətində olan əşyalarını evdən çıxarmamaqla mənzil üzərindəki hüquqlarını pozur. Ona görə də iddiaçının pozulmuş hüquqları bərpa edilməli və onun mülkiyyətində olan yaşayış evindən cavabdehə məxsus əşyalar çıxarılmalıdır. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, fərdi yaşayış evi iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətində olduğundan, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh həmin mübahisəli evi zəbt edərək iddiaçının mənzil üzərindəki hüquqlarını pozur. Ona görə də ilk iddia tələbi qismən təmin olunmalı, iddiaçının pozulmuş hüquqları bərpa edilməli, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh onun mülkiyyətində olan yaşayış evindən əmlakları ilə birgə çıxarılmalı, qarşılıqlı iddia isə təmin olunmamlıdır. Qarşılıqlı iddianın təmin olunmamasını isə məhkəmə onunla əsaslandırır ki, evə köçürmə tələbi digər tələblərdən asılı olan tələbdir. Yəni istifadə hüququ, mülkiyyət hüququ tanındığı halda əmələ gəlir ki, hazırkı haldada belə tələb olmamışdır. Qeyd olunanlara əsasən qarşılıqlı iddia təmin oluna bilməz. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1 -ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, ilk iddia tələbi təmin olunduğundan ödənilmiş 100 manat dövlət rüsumu cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh alınaraq iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödənilməli, qaşılıqlı iddia tələbi təmin olunmadığından ödənilmiş 100 manat dövlər rüsumu cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququ ilə ona məxsus olan cavabdehin əmlakları ilə birlikdə çıxarılması” tələbinə dair ilk iddia qismən təmin edilsin. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 2ində yerləşən ümumi sahəsi 119,9 kv.m olan fərdi yaşayış evindən əşyaları ilə birgə -yataq dəsti mebeli, servant, pianino, divan kreslo dəsti, 6 ədəd stul, 1 ədəd stol, paltar maşını, ət çəkən maşını, sandıq, 2 ədəd samovar, 3 ədəd xalça, 4 ədəd döşək, 6 ədəd yorğan, 6 ədəd yastıq, 6 ədəd stul döşəkçəsi, 2 ədəd lüstur, 3 ədəd pərdə, 2 ədəd tuj məclis qazanı, abedni servis, 3 ədəd aliminum qazan, 2 ədəd tuj qazan balaca boy, xırdavat qab, bıçaq, çəngəl və s., 9 ədəd qutu içi dolu qab ( açılmayıb), xırda qab, tozsoran çıxarılsın. İlk iddia tələbi qalan hissədə təmin olunmasın. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “evə köçmə və yaşayış sahəsinə istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia tələbi təmin olunmasın. İlk iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh alınaraq iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödənilsin. Qaşılıqlı iddia üzrə ödənilmiş 1000 manat dövlər rüsumu cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-286/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-286/2025
07.01.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver