Məhkəmə qərarları › İş №2(021)-2867/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2867/2021

17.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2867/2021 17.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, Ərizəçi2 oğlunun iştirakı ilə, Ərizəçilər Ərizəçi1 qızının və Ərizəçi2 oğlunun maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçilər Ərizəçi1 qızı və Ərizəçi2 oğlu maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, X1 29 iyun 2021-ci il tarixdə Bərdə rayonunda anadan olması, atasının Ərizəçi2 oğlu, anasının Ərizəçi1 qızı olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdirlər. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 oğlu ərizəni onunla əsaslandırmışdırlar ki, onlar 08.02.2013-cü ilə rəsmi olaraq ailə qurmuşlar. Onların birgə nikahlarından 4 uşaqları vard ır. Övladlarından azyaşlı Rəhimə 29.06.2021-ci ildə ev şəraitində anadan olmuşdur. Lakin bu günə qədər doğum haqqında şəhadətnamə ala bilməmişlər. Bu barədə Bərdə rayon Qeydiyat Şöbəsinə müraciət etdikdə məhkəməyə müraciət etmələri məsləhət görülmüşdür. Göstərilənləri nəzərə alaraq ərizəsinin təmin olunmasını xahiş etmişdirlər. Ərizəçi Ərizəçi1 qızı məhkəməyə ərizə verərək, üzürlü sənbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Ərizəçi2 oğlu ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsi məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx.xx.1983-cü il tarixdə Xocali şəhərində anadan olmuşdur. Xocalı rayon Cəmilli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 oğlu xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bərdə rayon bölməsi tərəfindən verilmiş 1741 saylı 13.07.2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi2 oğlu Xocalı rayonundan məcburi köçkün olmaqla Bərdə rayon M.Müşfiq küçəsi İnternat məktəbində müvəqqəti məskunlaşmışdır. İş materiallarına əlavə edilmiş AZ-İ № 832902 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi2 oğlu ilə Ərizəçi1 qızı 08.02.2013-cü il tarixdə Bərdə Rayon Qeydiyyat Şöbəsində 47 saylı akt qeydi ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə və arvada Cavadova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİİ № ******* saylı Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavadzadə Ruqəyyə Vasif qızı 11.02.2013-cü il tarixdə anadan olmuşdur. Atası Ərizəçi2 oğlu, anası Ərizəçi1 qızıdır. İş materiallarına əlavə edilmiş AZ-İİİ № 429436 saylı Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X6 26.10.2014-cü il tarixdə anadan olmuşdur. Atası Ərizəçi2 oğlu, anası Ərizəçi1 qızıdır. İş materiallarına əlavə edilmiş AZ-İV № 496097 saylı Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavadzadə Zeynəb Vasif qızı 07.12.218-ci il tarixdə anadan olmuşdur. Atası Ərizəçi2 oğlu, anası Ərizəçi1 qızıdır. İş materiallarına əlavə edilmiş Bərdə rayon Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X12 tərəfindən verilmiş 1583 saylı 31.07.2021-ci il tarixlli Tibbi Arayışda qeyd olunur ki, 26.06.2021-ci il tarixdə anadan olmuş Cavadova ........ Vasif qızına ”Praksini sağlam” diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 02.08.2021-ci il tarixli məktubdan görünür ki, Ərizəçi1 doğumun qeydə alınması barədə həmin orqana müraciət etmiş, lakin ərizəsi təmin olunmamış və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, X4 29 iyun 2021-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Atası Ərizəçi2 oğlu, anası Ərizəçi1 qızıdır. X1 doğum tarixinin “29 iyun 2021-ci il, doğum yerinin Bərdə rayonu olması faktı müəyyən edilməli, doğum haqqında şəhadətnamədə ata adı Ərizəçi2 oğlu, ana adı Ərizəçi1 qızı kimi qeyd olunmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X1 29 iyun 2021-ci ildə Bərdə rayonunda anadan olması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamədə Ərizəçi2 ata adı Ərizəçi2 oğlu, ana adı Ərizəçi1 qızı kimi qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar