Məhkəmə qərarları › İş №2(021)-2878/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2878/2021

17.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2878/2021 17.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı “qohumluq faktının müəyyən edilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, X5 onun xalası (anasının bacısı ) olması faktının müəyyən edilməsinə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Abdullayeva Xanım Aslan qızı onun xalası (anasının bacısı) olmuşdur. X15 ailə qurmamış, övladları olmamışdır. O, həmişə onun anası Zalxa Abdullayeva ilə birgə yaşamış, təsərrüfatı birgə idarə etmişlər. X13 vəfatından sonra onun miras əmlakın sənədləşdirilməsi ilə bağlı problemlər yaranmış, bu səbəbdən Bərdə rayon Qeydiyat Şöbəsinə müraciət etdikdə, ona məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Odur ki, X5 onun xalası (anasının bacısı ) olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Ərizəçi ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AZE № 0******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə Bərdə rayonu Mustafaağalı kəndində anadan olmuşdur. Bərdə rayon Qaradırnaq kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Hüseynalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 311saylı, 13.07.2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Bərdə rayon Qaradırnaq kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Bərdə rayon Mustafaağalı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 22.07.2021-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamə surətindən görünür ki, xx.xx.1959-cu il tarixdə Bərdə rayonunda anadan olmuş Ərizəçi oğlunun anası X8r. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Hüseynalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 312 saylı, 13.07.2021-ci il tarixli arayışdan görünür ki, 16.07.2021-ci il tarixdə vəfat etmiş X5 atası Abdullayeva Abdulla oğlu və anası X3r. İş materiallarına əlavə edilmiş Bərdə rayon VVAQ Şöbəsi tərəfindən verilmiş 07.08.1990-ci il tarixli doğum haqında şəhadətnamə surətindən görünür ki, X12 01.07.1935-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. X2, anası Abdullayeva Hürümələk Teymur qızıdır. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 15 iyul 2021-ci il tarixli arayışdan görünür ki, X12 01.07.1935-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. X2, anası Abdullayeva Hürümələk Teymur qızıdır. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 24 fevral 2021-ci il tarixli ölüm haqqında şəhadətnamə surətindən görünür ki, Abdullayeva Zalxa Aslan qızı 17.02.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 12 iyul 2021-ci il tarixli arayışdan görünür ki, Abdullayeva Zalxa Aslan qızı 17.02.2021ci il tarixdə vəfat etmişdir İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 12 iyul 2021-ci il tarixli arayışdan görünür ki, Abdullayeva Xanım Aslan qızı 16.07.2001ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 26 avqust 2021-ci il tarixli ölüm haqqında akt qeydindən görünür ki, Abdullayeva Xanım Aslan qızı 16.07.2001-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Hüseynalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 377 saylı, 30.08.2021-ci ci il tarixli arayışdan görünür ki, Bərdə rayon Qaradırnaq kəndində yaşamış mərhum X5 vəfatından sonra ailə üzvləri oğlu 1953-cü ildən Bərdə rayon Yenidaşkənd kəndində vəfat edənə kimi yaşamışdır. İş materiallarına əlavə edilmiş fərdi uçot kartoçkasından görünür ki, X12 01.07.1935ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. X2, anası Abdullayeva Nurmələk Teymur qızı olmuşdur. İş materiallarına əlavə edilmiş 450-05/15 saylı, 09 iyul 2021-ci il tarixli Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, Ərizəçi doğum haqqında akt qeydinin bərpa olunması üçün həmin orqana müraciət etmiş, lakin ərizəsi təmin olunmamış və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş 22.07.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmununa qiymət verərək belə hesab edir ki, X7 Ərizəçi anası Abdullayeva Zalxa Aslan qızının bacısı olması faktı iş materialları sübut olunduğundan ərizə təmin edilməli, həmin hüquqi fakt təsdiq edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Ərizəçi anası Abdullayeva Zalxa Aslan qızının bacısı mərhum X11 olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar