Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2879/2024 05.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Ziya Yaşar oğlu, Ərizəçi Əliyeva (Musayeva) Qənahət Cəlal qızının Maraqlı şəxsnə qarşı “Hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyənetdim: Ərizəçi Əliyeva (Musayeva) Qənahət Cəlal qızı məhkəməyə müraciət edərək, onun AZ-T 264773 olan, xx.xx.1956-cı il tarixli doğum haqqında şəhadətnaməsinin “kötüyünün” ata qrafasında atası X1 qeyd edilib bərpa edilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərkən müəyyən edilmişdir ki, mülki iş inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialarla bağlıdır. Azərbaycan Respublikası İnzibati Prossesul Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsinə Bərdə rayon Məhkəməsində baxılmalı olmadığından iddia ərizəsi və əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, iddiaçıya tələbi ilə bağlı Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Bu Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Qeyd olunan prossesual normalara əsasən məhkəmə hesab edir ki, ərizəçi Əliyeva (Musayeva) Qənahət Cəlal qızının Maraqlı şəxsnə qarşı “Hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması” tələbi barədə iddia ərizəsinə ərazi aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilən Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göstərilən maddələrin tələblərinə əsasən iddiaçı ərizəçi Əliyeva (Musayeva) Qənahət Cəlal qızının Maraqlı şəxsnə qarşı “Hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRARVERDİM:
1. Ərizəçi Əliyeva (Musayeva) Qənahət Cəlal qızının Maraqlı şəxsnə qarşı “Hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın.
2. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.
Hakim: Ziya Abdullayev