Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2896/2025 23.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İdiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən Cavabdeh icra məmuru Məhəmmədəli Qasımzadənin icra sənədinin icra olunması ilə bağlı hərəkətsizliyinin qanunsuz hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi iddiaçı tərəfindən onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsini xx.xx.2024-cü il tarixli, 2(104)-319/2024 saylı icra sənədinə əsasən İddiaçı mülkiyyətində olan Bərdə rayonu Mollalı kəndində yerləşən 0,51 ha həyətyanı torpaq sahəsinə gedən su yolunun qarşısının kəsən hörgünün alt hissəsi cavabdeh X2 hesabına sökülərək su yolunun açılması cavabdeh X1 istifadəyə maneə yaradan hərəkətlərin qadağa qoyulması qət edilmişdir. Bundan sonra icra sənədi Cavabdehnə göndərilmiş və sözügedən işin icrası Cavabdeh icra məmuru Məhəmmədəli Qasımzadəyə tapşırılmışdır. Ancaq işə baxan icra məmuru məhkəmənin qəbul etdiyi qətnamənin tam icra etmədən icra sənədinin tam icra olunmasını əsas gətirərək xx.xx.2024-cü il tarixdə icra sənədi üzrə xitam vemişdir. Hansı sözügedən su arxı açılmamışdır. Bu faktı işə əlavə etdiyi arayışda da görmək olduğunu qeyd etmişdir. Qeyd etmişdir ki, icra şöbəsinin sözügedən qərarını xx.xx.2025-ci il tarixdə əldə etmişdir. Onu da bildirmişdir ki, dəfələrlə su arxının açılması barədə şikayət və tələblərinə baxmayaraq açılmamışdır. Bu barədə arxın açılmasını təsdiq edən Bərdə RİHB-nın Mollalı kənd İƏD üzrə nümayəndəsi də arayış vermişdir. Bundan sonra İcra şöbəsinə müraciət etmiş və hazırki qərarın mövcudluğu barədə məlumat almışdır. Bundan sonra eyni məzmunlu iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Sözügedən məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(114)-3524/2025 saylı qərardadı ilə mümkünsüz sayılmışdır ki, icra şöbəsinin yerləşdiyi ərazi üzrə məhkəmə baxa bilər. Təkrarən Bərdə rayon Məhkəməsinə müraciət etsə də, xx.xx.2025-ci il tarixli 2(021)-2532/2025 saylı qərardadı ilə iş geri qaytarılmışdır. Sözügedən su arxının açılmasını icra məmuru icra etmədiyindən məcbur qalıb təkrar məhkəyə müraciət etməli olmuşdur. İddiaçının etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasında izahat verib, iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Belə ki, hal-hazırki tələbə iddia icraatı qaydasında deyil, məhkəmə nəzarəti qaydasında baxılmalıdır. Bu səbəbdən hal-hazırki tələb çərçivəsində icraata xitam verilməlidir. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 262.5. maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52, 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdehnə qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun tərəflərə rəsmi qaydada verildiyindən sonra 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-2896/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2896/2025
23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver