Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2917/2021 07.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi Aqil qızının iştirakı ilə, Ərizəçi doğum qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 28 sentyabr 2015-ci il tarixdə Bərdə şəhərində anadan olmuş X3 və 11 may 2017-ci il tarixdə Bərdə şəhərində anadan olmuş X4 doğum faktının, ataları X17 oğlunun, anaları Muxtarova Türkan Aqil qızının olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X18 oğlu ilə 2014-cü il tarixdə qeyri-rəsmi olaraq ailə qurub evlənmişdir. Onların birgə yaşayış dövründə 28 sentyabr 2015-ci il tarixdə Bərdə şəhərində anadan olmuş X5 və 11 may 2017-ci il tarixdə Bərdə şəhərində anadan olmuş X6 doğum haqqında şəhadətnamə ala bilməmişlər, hal-hazırda doğum haqqında şəhadətnamə almaq istəyirlər. Övladlarına doğum haqqında şəhadətnamə almaq üçün Bərdə rayon Qeydiyyat Şöbəsinə müraciət etmişlər, orda onlara məhkəməyə müraciət etməyi bildiriblər. Məhkəmə iclasında ərizəçi Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X8 bildirdi ki, ərizəçinin həyat yoldaşıdır, onlar qeyri rəsmi ailə qurublar, birgə yaşadıqları dövrdə 28 sentyabr 2015-ci il tarixdə Bərdə şəhərində anadan olmuş X10 və 11 may 2017-ci il tarixdə Bərdə şəhərində anadan olmuş X11 anadan olmuşdur. Doğum haqqında şəhadətnamə ala bilməyiblər, hal-hazırda doğum faktının müəyyən edilməsi uşaqlara doğum haqqında şəhadətnamə almaq üçün lazımdır. Məhkəmə iclasında şahid X16 şahid X2 izahatına uyğun izahat verdi. Məhkəmə ərizəçinin ifadələrini dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarınada olan AA ******* nörməli şəxsiyət vəsiqsəinin surətindən müəyyən olunur ki, Muxtarova Türkan Aqil qızı 01 iyun 1998-ci ildə doğulmuşdur. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəqisəqinin surətindən müəyyən olunur ki, İbrahimov Təbriz İntiqam oğlu 08 sentyabr 1994-cü ildə doğulmuşdur. İş materiallarında olan AZ-İİ 44933 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 ilə Ərizəçi arasında nikah 26 avqust 2021-ci ildə 891 nömrəli akt qeydi ilə bağlanmışdır. İş materiallarında olan Bərdə rayonu Kətəlparaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 680 saylı, 16 avqust 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, X1 rayonu, Kətəlparaq kəndində yaşayır. İş materiallarında olan Ağdam rayonu Mərkəzi Xəstəxanası, Publik Hüquqi şəxsi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, X22 qızı həqiqətən 28 sentyabr 2015-ci il tarixdə Ağdam rayonu Xaçınçay kənd sahə xəstəxanasında qadın cinsinə məxsus uşaq doğumuşdur. İş materiallarında olan Bərdə rayonu Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsi tərəfindən verilmiş 1847 saylı, 11 avqust 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi qızının 28 sentyabr 2015-ci il tarixdə anadan olmuş qız uşağı Muxtarova---------Türkan qızı hal-hazırda yaşayır, həkim müayinəsindən keçərkən sağlam olduğu müəyyən edilmişdir. İş materiallarında olan Bərdə Mərkəzi Xəsgtəxanası Publik Hüquqi şəxsi tərəfindən verilmiş 833 nömrəli, 11 avqust 2021-ci il tarixli məktubdan müəyyən olunur ki, Ərizəçi deməsinə görə İbrahimov Təbriz İbtiqam oğlu və Ərizəçi Aqil qızının birgə yaşayış dövrndən dünyaya gələn 28 sentyabr 2015-ci il təvəllüdlü Muxtarova------Türkan qızı Bərdə İlkin Səhiyyə Xidmətinin Ailə Sağlamlıq Mərkəzində həkim Pediatr tərəfindən qeydiyyata götürldü. Türkan Muxtarovanın övladı həkim pediatr tərəfindən müayinə olundu və praktiki sağlam olması təsdiq olundu. İş materiallarında olan Bərdə rayonu Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsi tərəfindən verilmiş 1848 saylı, 11 avqust 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi qızının 11 may 2017-ci il tarixdə anadan olmuş oğlan uşağı Muxtarov---------Türkan oğlu hal-hazırda yaşayır, həkim müayinəsindən keçərkən sağlam olduğu müəyyən edilmişdir. İş materiallarında olan Bərdə Mərkəzi Xəsgtəxanası Publik Hüquqi şəxsi tərəfindən verilmiş 664 nömrəli, 11 avqust 2021-ci il tarixli məktubdan müəyyən olunur ki, Ərizəçi deməsinə görə İbrahimov Təbriz İbtiqam oğlu və Ərizəçi Aqil qızının birgə yaşayış dövrndən dünyaya gələn 11 may 2017-ci il təvəllüdlü Muxtarova------Türkan oğlu Bərdə İlkin Səhiyyə Xidmətinin Ailə Sağlamlıq Mərkəzində həkim Pediatr tərəfindən qeydiyyata götürldü. Türkan Muxtarovanın övladı həkim pediatr tərəfindən müayinə olundu və praktiki sağlam olması təsdiq olundu. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 13 avqust 2021-ci il tarixli 529-05/15 nömrəli məktubundan müəyyən olunur ki, Ərizəçi qeydiyyat şöbəsinə müraciət etmiş, ona faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, və Ərizəçi 28 sentyabr 2015-ci il tarixdə Bərdə şəhərində qızı və 11 may 2017-ci il tarixdə Bərdə şəhərində oğlan övladının olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamələrin alınması üçün lazımdır. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilisin. Ərizəçi 28 sentyabr 2015-ci il tarixdə Bərdə şəhərində bir qız və 11 may 2017-ci il tarixdə Bərdə şəhərində bir oğlan övladının doğulması, ataları X8, anaları Ərizəçi olması faktı müəyyən edilsin. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2917/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2917/2021
07.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver